Azərbaycanda vahid turizm
reyestri yaradılmalıdır
Fevralın 25-27-də İordaniya
Haşimilər Krallığının paytaxtı Amman şəhərində
Kral II Abdulla ibn Hüseynin himayəsi ilə "Global
Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi
keçirilib. Forumda 60-a yaxın ölkədən 500-dən
artıq nümayəndə iştirak edib. Ölkəmizi bu
zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə
Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev
təmsil edib.Türkiyə Sağlıq Turizmi Konseyinin təşəbbüsu
və dəstəyi ilə Azərbaycan Sağlamlıq vəTermal
Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan
Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının
vitse-prezidenti seçilib. Ruslan
Quliyevlə müsahibəmizdə
Azərbaycanın turizm imkanları,
tibbi turizm potensialı barədə söhbət etdik.
-
Ruslan bəy, öncə istərdim
Amman səfəriniz barəsində
danışasınız.
- Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammori idi. Zirvə toplantısının açılış mərasimində İordaniya Haşimilər Krallığının baş naziri, zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal və Dina Mired, səhiyyə naziri cənab Mahmud Al-Şeyyab və turizm naziri Xanım Lina Mazhar Annab iştirak etdilər. Biz həmkarlarımıza Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verdik. Azərbaycanın bu təşkilatda vitse-prezidentlik statusu minimum 2 il müddətində davam edəcək.60-a yaxın ölkəni birləşdirən bu təşkilatın 2019-cu ildə Global Sağlamlıq turizmi Forumunun Azərbaycan keçirilməsinə böyük imkanlar var. Bu müddət ərzində Bakı, Naftalan, Qalaaltı,Qəbələ və Naxçıvanda sağlamlıq turizmi ilə bağlı silsilə xarakterli tədbirlərin keçirilməsini qarşımızda hədəf kimi müəyyən etmişik. Ölkə daxilində də bu təşkilatın tanıdılmasına böyük zərurət var. Məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəyə turist axınına səbəb ola biləcək fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir. Sonda "Qlobal sağlıq turizmi Amman" deklorasiyası qəbul olundu. Deklorasiyada Sağlamlıq Turizminin 8 əsas istiqaməti müəyyən olunmuşdur.
1)tibbi turizm,
2)dental turizm,
3) spa turizmi
4) kulinariya turizmi
5)idman turizmi
6) 3-cü
yaş qrupu turizmi -Assisted residential turizm
7) velnes turizm
8) əlçatan sosial turizm
Qlobal Sağlamlıq
Turizmi Təşkilatı
Türkiyənin təşəbbüsü
ilə yaradılıb. Bizim təşkilatımız isə
4 ilə yaxındır fəaliyyət
göstərir.
Ölkədə fəaliyyətdə
olan sağlamlıq mərkəzləri, yəni
Naftalan, Qalaltı, Naxçıvan Qəbələdə
fəaliyyət göstərən
sağlamlıq turizm müəssisələri bizim
assosiasiyanın üzvləridirlər.
İndiyə qədər
ölkə daxilində
və xaricində keçirilən
görüş, forum və
seminarlarda iştirak etmişik. Hazırda sağlamlıq turizmi
xəritəsinin yaradılması
gündəmdə olan
məsələlərdəndir. Qeyd edim ki,
bu üzvlük bizə Azərbaycanın turizm potensialını geniş müstəvidə
təqdim etmək imkanı verir.Bu ölkəyə əlavə
turist axınını
cəlb etmək üçün fəaliyyəti
koordinasiya etmək imkanı yaradır.Biz qarşıya məqsəd
qoymuşuq ki, ölkəyə turizmdən
gələn
investisiyanın artımına
nail ola bilək. Çünki artıq neft
iqtisadiyyatından qeyri
neft iqtisadiyyatına keçid dövrü başlamışdır. Bunun
üçün də iki ən effektiv sahə var, turizm və kənd təsərrüfatı.
Bilirsiniz ki, sovet dövründə,
80-ci illərin sonunda Azərbaycanın sağlamlıq
müəssisələri populyar
idilər. Naftalan, Qızılqum adla
deyilirdi. Qeyd edim
ki, biz Xəzər dənizinin sağlamlıq
potensialından lazımi
şəkildə istifadə
edə bilmirik. Abşeron yarımadasında
müalicəvi göllər,
palçıq vulkanları
var. Problem bundadır ki, Səhiyyə
Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi ilə koordinasiyanı təşkil
etməliyik. Biz Turizm Şurasının yaradılması fikrinə
çox nikbin baxırıq. Yəni
turizmlə bağlı
bütün problemləri
bu müstəvidə
müzakirəyə çıxara
biləcəyik.
Bu gün sağlamlıq turizmi Azərbaycan üçün
niyə vacibdir? Biz bu
gün dəniz turizmi məsələsində
özümüzü İspaniya
və ya Türkiyə ilə müqayisə edə bilmərik.
Ekoloji və sağlamlıq
turizminin model
ölkəsi olmaq
imkanlarımız var. İşgüzar turizmdə
və ya dəniz turizmində gecələmə sayı azdır. Lakin bildiyiniz kimi müalicə
kursu ən az 15 gün təşkil etdiyinə görə sağlamlıq
turizminin ilin bütün aylarında effektiv gəlir gətirmək imkanı var.
- Bəs Azərbaycanda
mövcud olan sağlamlıq turizmi potensialından yetərincə
istifadə etməyə
nə mane olur? Təbiət bizə Duz dağ,
Naftalan, Qalaltı kimi nemətlər bəxş edib. Sıfırdan yaratmırıq. Var olan neməti
dəyərləndirmək lazımdır…
- Azərbaycanda baş verən devalvasiya ölkəni birdən-birə
başqa ölkələr
üçün cazibədar
ucuz bazar halına gətirdi. Keçən illə müqayisədə 35% enmə
müşahidə olundu,
əksinə xarici ölkələrin tur paketləri Azərbaycan vətəndaşları üçün
bahalaşdı. Bundan sonra
biz əmin olduq ki, postneft dövrü
başlanıb. Əsas problem ondan ibarətdir ki, biz bu gün
turizmin ölkəyə
gətirə biləcəyi
dividendləri başa
düşməliyik. 11
iqlim tipinin doqquzu Azərbaycandadır,
müxtəlif tarixi, mədəni abidələrimiz,
zəngin mətbəximiz
var. Lakin bunun təqdim etmə mədəniyyəti yaradılmalıdır.
Burada orta və kiçik
sahibkarlıq mütləq
şəkildə təşviq
olunmalıdır. Turizmdə birinci
məsələ ölkənin
tanıdılması məsələsi
idi. Güman edirəm ki, Azərbaycanda keçirilən
böyük beynəlxalq
tədbirlər, o cümlədən
"Eurovision", "Formula-1",
Avropa Oyunları,
İslam Oyunları ölkəni coğrafi məkan kimi dünyaya tanıtdı. İkinci hazırlıq məsələsidir.
Yəni dünya bazarına rəqabət qabiliyyətli
turizm paketinin çıxarılmasıdır. Məhsul nə zaman cazib
qiymətdə olur?
Onun maya dəyərinə təsir
edən amillər aradan qaldırılarkən.Yenə
qeyd edirəm, subsidiya proqramları həyata keçirilməli,
kiçik və orta sahibkarlıq təşviqi edilməlidir.
Viza sadələşdirilməsi addımı
vacibdir. Dövlət
tərəfindən atılan
cüzi dəstək nəzərəçarpacaq müsbət
nəticələrə səbəb
olur. Yol xəritəsi hazırlanan
zaman, turizm haqqında
qanun hazırlanarkən
səhvlər buraxsaq,
sonra bunun əziyyətini çəkəcəyik.
İndi otelləri 100
min yataq sayına, bu sahədə çalışanların sayının
50 mindən çox olması
hədəfimizdir. Ölkə daxili
turizmi əlçatan
etmək vacibdir. Amman deklarasiyasının
bəndlərindən biri əlçatan
turizmi özündə
ehtiva edir. Bura sosial turizm də
demək olar. Yəni ən kasıb təbəqənin
də turizmin imkanlarından istifadə etməsi nəzərdə
tutulur. Biz bütün
seqmentlərdən turist
cəlb etməkdə
maraqlı olmalıyıq.
Gürcüstanda aparılan
monitorinqlər göstərib
ki, onlarda brend otellərdə qalmaq daha bahalıdır. Ancaq bu ölkədə öz evlərini otel
kimi istifadəyə verənlər çoxdur.
Turistləri aqroturizm, kənd
turizmi də cəlb edir. Avropada aqroturizm çox populyardır. Bu gün Göygöl ətrafında, Qəbələdə,
Lahıcda, Lənkəranda
buna imkan var. Uzun müddət kənd turizmi anlayışı bizdə
qəribə qarşılanırdı.
Bizim mentalitetə uyğun olaraq kənd adamları deyirdilər ki, necə ola
bilər, biz qonağı
evə yerləşdirək,
ondan pul alaq? Təcrübə göstərir ki, bu gəlirli
bir sahədir. Düşünürəm ki, səhər
yeməyi bazasında bütün dünyada qəbul edildiyi kimi, bir günü
20-25 dollar olmaqla ucuz otellər yaradıla bilər. Bu fəaliyyət
növü ilə məşğul olanlara şərait yaradılmalıdır.
Bu da bir xidmət növüdür,
hər kəs bununla məşğul ola bilməz.
Prezidentimizin fərmanında da
qeyd edildiyi kimi, vahid turizm
reyestrinin yaradılmasına
ehtiyac var. Azərbaycan
stabil ada statusuna malik ölkədir. Ümumdünya
turizm təşkilatı
qarşısında hər
bir ölkənin öhdəliyi var, etik davranış məcəlləsinə imza
atmışıq. Bu o deməkdir ki, ölkəmizə gələn
hər bir turistin təhlükəsizliyi
ən yüksək səviyyədə qorunur.
Bəzi düşmən qüvvələr
xaricdə süni şəkildə bizim Qarabağ problemimizi gözə soxaraq Azərbaycanın turizm imkanlarını kölgə
altına qoymaq istəyirlər. Amma keçirilən
yüksək səviyyəli
beynəlxalq tədbirlərin
insidentsiz ötüşməsi
ondan xəbər verir ki, Azərbaycan
bu problemi həll edib. Xidmət səviyyəsinin də yüksək səviyyəyə
qaldırılması vacibdir.
Çünki turizmdə təhlükəsizlik
və xidmət səviyyəsi ən vacib amilləri təşkil edir.
- Dini turizm üçün
də əlverişli
məkanıq…
- Bəli, Azərbaycan alternativ turizm üçün böyük potensiala malikdir. Əshabi-Kərf, Bibiheybət, İmamzadə,
Peyğəmbər nəslinin
nümayəndələrinin məzarlarının ölkəmizdə
olması dini turizmin inkişaf
etdirilməsinə böyük
imkanlar yaradır. Biz ölkədaxili turizm marşrutlarına həmin obyektləri daxil edirik. Ümumiyyətlə, ölkənin hərtərəfli
şəkildə tanıdılması
üçün müxtəlif
addımlar atılır,
tədbirlər görülür.
Folklor paytaxtları, mədəniyyət paytaxtları,
ədəbiyyat paytaxtları seçilir.
Məsələn, rayonlar
üzrə plov, dolma, mürəbbə, nar uzunömürlülər
festivalları keçirilir.
Bu kimi tədbirlər
geniş işıqlandırılmalı,
proqramlara salınmalı,
belə tədbirlərə
müxtəlif beynəlxalq
təşkilat nümayəndələrinin,
diplomatik missiyaların
qatılmasını təşkil
etmək lazımdır.
Bunlar hamısı bizim tanıdılmağımıza
xidmət edən məsələlərdir. Məsələn, Qəbələdə keçirilən
caz festivalları.
Bu festivalın özünün dinləyici
kontingenti var. Mən maraqlı bir faktı qeyd edim. Dünyada Formula -1 yarışlarının yarım milyard məqsədli izləyicisi var. Bu o deməkdir
ki, bu yarışlar
zamanı yarım milyard insan Bakını
və burada baş verən hadisələri izləyəcək. Bu çox önəmli məsələdir. Turizm Təbliğat
Bürosu yaradılıb.
Düşünürəm ki, bu büro da yeni
ideyalar irəli sürəcək, ölkəmizin
təbliğinə öz
töhfələrini verəcək.
İlhamə Rəsulova
Bizim Yol.- 2017.- 25 aprel.- S.11.