“Sultan Mehmet
Fateh kimi
guşənişin
olmaq istərdim”
Çoxdandır dəyərli şairimiz Vaqif Bayatlı
ilə görüşüb söhbətləşmək
istəyirdik. Alınmırdı. Ona qucaq dolusu
suallarımız vardı.
Sonra elə oldu ki, səhhətində
problemlər yarandı, bir neçə dəfə
müayinə və müalicə üçün
Türkiyəyə gedib gəldi. Həyat yoldaşı Tamam
Bayatlı vasitəsi ilə mütəmadi əlaqə saxlasaq və haqqında xəbərlər versək
də özüylə görüşmək yenə mümkün olmadı. Şair
heç kimlə görüşmək və
hətta telefonla danışmaq istəmirdi.
İndi də belədir. O, kiməsə
görünmək, nəsə danışmaq istəmir. Hətta
dostları ilə görüşdən də imtina
edir. Biz onunla yenə Tamam xanım
vasitəsi ilə əlaqə saxlamalı olduq
və suallarımızı yolladıq. Sağ
olsun, cavablandırıb göndərib.
Sadəcə şairin səhhətinə
görə, onu yormamaq
üçün həmin o
qucaq dolu suallardan imtina eləməyə
məcbur qaldıq.
Beləliklə, uzun
fasilədən sonra Vaqif
Bayatlı ilə yığcam söhbəti və iki yeni şeirini
təqdim edirik.
- Vaqif
müəllim, necəsiz? Özünüzü
necə hiss edirsiniz?
- Məni, şeirlərimi yada saldığınız üçün hamınızın qarşısında şeirlərimlə birgə baş əyirik.
- Çox cəhd elədik görüşməyə, dedilər, heç kimlə görüşmürsünüz... Ancaq təsadüfən bir fotonuz yayıldı, yaxşısınız maşallah...
- Dünyanın bütün ağıllı saytlarında, qəzetlərində gözəl və ağıllı şəkilləriniz çıxsın. Hər biri bir sevgi dəliliyi, sevgi romanı, sevgi nəğməsitək baxılsın, oxunsun.
- Sizin bu guşənişinliyiniz Selinceri
yada salır...
- Selincerin xətrinə dəyməsin,
mən Selincer kimi yox, böyük
sözün rəngini
dəyişdirən Sultan Füzuli
Fateh və dünyanın rəngini dəyişdirən Sultan Mehmet
Fateh kimi guşənişin olmaq istərdim.
- Axşamlar havada gəzirsiniz?
- Gəzə
biləndə - mən
addımlara yox, addımlar mənə tabe olanda, hərdən
səkkizi ayağımla
yox, əlimlə də yazıram.
- Yazmaq, oxumaq nə yerdədir? Ədəbi mühiti izləyə bilirsiniz?
- Mən ancaq Füzuli “Leyli və Məcnun”unu
və Servantesin “Leyli və Məcnun”unu
- “Don Kixot”u izləyirəm.
Servantes Füzulinin yarısı səviyyəsinə qalxa bilməsə də, hər halda nəsə edib.
- Bob Dilanın Nobel almasını
necə qarşıladınız?
- O, əvvəl
mükafatı almaq istəmirdi. Sonra mükafata da,
Nobelə də, bu dünyaya da məğlub oldu. Ümumiyyətlə, Nobel alanların əksəriyyəti müxtəlif
ölkələrdə yaşayan
yəhudilərdir. Hərdən bir-iki nəfərə də “xala xətri
qalmasın” Nobeli verirlər.
- Sizdən ötrü darıxan həmkarlarınıza
və oxucularınıza
nə deyirsiniz?
Mən onlardan ötrü darıxmıram, çünki
cismani yaxınlıq ruhi yaxınlığın
yanında heç nədir. Mənim ruhum hər an hamıyladır.
Mən hər iki dünyada
hamını sevən,
ən əsası isə hamını hamıya Sevdirən varlığam. Sevmək əslində
ən uca halında hər iki dünyada da hamını hamıya sevdirməyə çevrilir. Siz də sevməyə, sevdirməyə çevrilin,
sevgililər!
Sözlərin seçdiyi şeirlər
Qəhrəmanlıq - Tanrının bir
anlıq qəlbi
Qəhrəmanlıq şeirlərini
Bəndələrə badə şairlər,
Qəhrəman şeirləriysə,
Allaha əbədi canlar,
göyə göy atlı,
göy qanadlı qılınclar,
xan, sultan, əmir bayraqlar,
yerə günəş
dabanlar,
günəş ayaqlar yazar.
Sözlər də şairi seçəndə
Adam nə zaman Şair olur?
O vaxt artıq şair sözləri yox,
sözlər şairi
sevir, seçir,
şairlə bir nəfəs alır,
şair Söz olur, Söz şair,
həm də, həm də o anlar
hər sevinən sözlə bir-bir,
təkcə Allah şairi
yox,
şair də Allahı sevindirir.
Bizim Yol.- 2017.- 7 iyul.-
S.15.