“Musiqi dərki bir az
arxa plana keçib”
Aygün Səmədzadə: “Xatirənin
mahnıya çevrilməsi üçün ordan səndə
bir sevgi qığılcımı qalmalıdı”
Modern.az saytının müsahibi
tanınmış bəstəkar Aygün
Səmədzadədir.
“Tut
ağacı”, “Məktəb illəri”, “Ruhumuz
qovuşacaq”, “Bu
dünyanı nağıl bilək” və bu
kimi onlarla məşhur
mahnının müəllifi bəstəkar Aygün
Səmədzadə həm də musiqi tarixinin mahir bilicisidir.
- Aygün
xanım, uzun müddət musiqi
tarixinin tədrisi ilə məşğul
olmusunuz. Azərbaycan musiqi
tarixi Şərq incəsənətini nə
dərəcədə zənginləşdirib?
- Professional Azərbaycan musiqisi şifahi ənənələrə əsaslanan Şərq musiqisinə yazılı not ədəbiyyatı gətirib. İrihəcmli musiqi janrlarının Şərqdə ilk və ən gözəl təməllərini qoyub. Şərq və Qərbin musiqi dünyalarının ən vacib bərabər nailiyyətləri sözün əsl mənasında, professional Azərbaycan musiqisi ilə çox baglıdır. Muğam operası, simfonik muğam, caz muğamı və ümumiyyətlə, adları bir yazıya sığmayan yüzlərlə klassik janrda meydana çıxan Azərbaycan münasibəti buna parlaq misaldır. Bu zənginliyi yaradanlar isə Üzeyir bəy və onun ardınca gələn nəhəng musiqi ordusu idi.
- 2017-ci ildəyik... Zəngin musiqimiz
və tarixi ənənələrimiz var... Hazırda musiqinin dərkinin
zəif olduğu bir cəmiyyətə
bunu aşılamaq bir
bəstəkar kimi sizin
üçün nə dərəcədə
çətindir?
- Bu çox ağır məsələdir... 2017-ci il və musiqi dərkinin inkişafı əvəzinə, zəifləməsindən danışmaq... Biz peşəkar musiqi təhsili olanların bir qismini kənara qoysaq, ümumi dinləyici kütləsi musiqiyə münasibət baxımından doğrudan da, geriləyir. Az-çox zövqü, dərketmə qabiliyyəti olanlarını da kütləvilik incidir. Adamların müəyyən bədii fikri doğru-düzgün anlaması üçün bu gün cümlələri ixtisar etmək məcburiyyətindəyik. Musiqi dərki bir az arxa plana keçib. Çünki buna ağılla, savaşla, münbit mühitdən gəlməlisən. O da çətindir... Amma harada olsa da, Azərbaycanda belə olmamalı idi. Çünki musiqi ənənələrimiz və zəngin nümunələrimiz var. Avropa musiqisinin minilliklərlə yarada bildiyini Üzeyir bəy və məsləkdaşları bir yüzillikdə Azərbaycan üçün yaradıb bu xalqın ovcuna qoydular, ruhuna hopdurdular. Hələ ki bu sütunlara arxayınıq. Sonra nə baş verəcək, bilmirəm. Amma bu, bütün dünyada gedən bir prosesdir, yəqin ki, azı-çoxu hər zaman olub. Dərk edən və dərk etməyənlər də hər zaman var olacaq ki, aradakı fərq duyulsun. Amma bu fərqin kəskin dərinləşməsini heç istəməzdim. Bunun müalicəsini yalnız musiqinin düzgün təbliğatında və təhsilində görürəm.
- Musiqiyə bu
cür ziyalı yanaşma sizə haradan formalaşıb?
- “Musiqiyə ziyalı
yanaşma” - bu ifadəni çox sevdim. Qeyri-təvazökar səslənsə də, nə vaxtsa yazdıqlarıma görə belə bir fikir eşidəcəyimi
də gözləmişəm.
İçində ziya varsa, sənətində görsənməlidir.
Yoxdursa, istəyirsən, hər kitabdan 5-10 sitat əzbərlə, xeyri olmaz. Musiqi əsl kimliyini ələ verə biləcək qüvvəyə
malikdir və yazdıqların sənin düşüncə tərzini
və səviyyəni
nümayiş etdirir
- Atanız, akademik Ziyad Səmədzadə musiqiyə sevgisi ilə fərqlənir. Sizin bu sənəti
seçməyinizdə atanızın
nə kimi rolu olub?
- Sənəti seçənə
qədər oxuyursan, öyrənirsən. Atamın və
anamın rolu desəm, daha dogru olar; qabiliyyəti
görmə qabiliyyəti
və onu düzgün istiqamətləndirmə.
Bir də şübhəsiz ki, genetika və inkişafım üçün
münbit mühit...
- Ziyalı ailədə anadan olmanız musiqiyə baxışınızda
nələri dəyişdi?
- Böyük bir ziyali nəslin nümayəndəsiyəm. Ona
görə mənimçün
heç nə dəyisməsə də,
hər şey dəyişdi...
- Bəstələriniz elə bil ki, içinizdə
gizlənən uşaqlığın
harayıdır. O “uşaq”
bəzən tut ağacına
çıxmaq istəyir,
bəzən, isə məktəb illərinin həsrətini çəkir.
Aygün xanım, o “uşaq” olmasaydı, siz bir bəstəkar
kimi nəyi itirərdiniz?
- İçimdəki “uşaq” itsə, ürəyim küsər. Musiqimin xarakteri
gedər. Mənim uşaq
tərəfim ruhumun qanadlarıdı. Təkcə mahnılarımda
yox, həyatda da bèləyəm.
O “uşaq”dan bərk-bərk
yapışmışam. Qaçsa, özüm
itərəm.
- Aygün xanım, ən məşhur bəstələrinizdən birinin
- “Tut ağacı” mahnısının
yaranma prosesindən danışaq...
- Yazdıqlarımın yaranma
prosesi özüm üçün də maraqlıdır. Gəlir,
yazıram... Hiss, emosiya, haradasa məntiq, haradasa xaos - bütün bunların inadla, sevgiylə, ağrıyla və ən əsası səliqəylə
və mədəni şəkildə ərsəyə
gəlməsini ugurum hesab edirəm.
- Bugünkü Azərbaycan
estradası nə üçün Aygün Səmədzadə mahnılarının
səviyyəsində deyil?
- Səviyyəyə qalxmaq və səviyyəyə düşmək problem oldugu
üçün (gülür).
- Aygün xanım, bizə
uşaqlığınızdan bir xatirə danışın... Hansı mahnınızı
həmin xatirənin ovqatında görürsünüz?
- İndi hansısa
bir xatirəni yada sala bilmərəm. Amma fraqmentar şəkildə
deyim: Yayın istisi... Tut agacının hasarları aşan budaqlarına söykənib
"Kəndimiz" mahnısını
oxuyardım. Həyətimizdə yalançı “mikrafon”larla
konsert verərdim.
Sıraya düzülüb dənizə gedərdik.
Hər meyvəni öz vaxtında yeyərdik və buna görə
sevinərdik. Bilgəhdə
namaz qılan ağ araqçınlı
babama necə maraqla baxdığım da yadımdadır, isti yay gecəsi
ilıq qum üzərində, meynələrin
arasında uzanıb ulduzları saya-saya anamın nağıllarıyla
yuxuya getməyim də... Buzovnada “Ata-Boba evi”ndə
böyük bir masa arxasında, hər iki başında
nənəm və babam üçün nəzərdə tutulan daha hündür kreslolar qoyulmuş geniş ailə süfrəsində səhər
yeməyi də gözəl idi və deyim ki,
o çörəyin, o qəndin,
pendirin dadı heç yerdə yoxdu. (gülümsəyir).
Ən köhnə
xatirələrimdən biri
isə körpəykən
atamın məni
"Ağ çiçəyim"
mahnısıyla yatırmasıdır. Sonralar bunu
özünə deyəndə
"axı çox balacaydın, necə qalıb yadımda” söylədi. Bir də
pianonun klavişlərinə
aşağıdan-yuxarıya baxmağımı unutmuram.
Fortepianonun altından yuxarı
boylanmaqçun da çox balaca və çox bilmək istəyən olmalısan məncə.
Bəlkə, kiməsə
maraqlı, kiməsə
gülməli gələr
deyə, bunu da deyim: "Bizim Cəbiş müəllim” filmi bir müddət ekranlarda olmayıb. Ona görə biz də doğrudan da HADİSƏ
olan bu filmə
baxmaq üçün
uşaqlarla dərsdən
kinoteatra qaçmışdıq.
...Və bu gün
də seçimimiz düz olduguna görə bunu fəxrlə qeyd edirəm (gülür). Sadaladıqlarımdan gələn
enerji bütün mahnılarıma hopub..
- Hər xatirənin öz xəyali musiqisi varmı?
- Xatirələr mahnıda da, sönmüş arzuda da, soyuq
torpaqda da, külə dönmüş
kağızda da qala bilər. Və hər xatirənin baxtına mahnıya çevrilmək
düşsəydi, dünyanın
musiqisi elə xatirə dəftərlərində
olardı. Xatirənin mahnıya çevrilməsi
üçün ordan
səndə bir sevgi qıgılcımı
qalmalıdı.
- Son illərin müşahidəsi
göstərir ki, Aygün xanım daha əvvəlki kimi şou-biznes nümayəndələri ilə
işləməyə və
televiziya proqramlarına
maraqlı deyil. Bunun səbəbi nədir?
- Heç bir zaman ekranlarda səbəbsiz şəkildə
çox görünməyə
maraqlı olmamışam.
Əgər məni ardıcıl
olaraq verilişlərdə
görsəniz, bilin ki, ya zaman
baxımından rahat vaxta düşüb, ya dəfələrlə təkid olunduqdan sonra inciməsinlər deyə, çıxmışam.
Söhbət özündənrazılıq və ədəbazlıqdan,
“mənəm mənəmlik”dən
getmir. Tamaşaçı qarşısına çıxmağa səbəbin
saç, paltar, ayaqqabı və dişləri nümayiş
etdirməkdirsə, efirdən
kimisə söymək,
bilmədiklərini məsləhət
vermək, dərs keçmək, öyüd-nəsihət
verməkdirsə, burada
mənə ehtiyac yoxdur. Maraqlı aparıcılarla müsahibəni sevirəm.
Verdiyi sualı və alacağı cavabı anlayanları yəni...
O ki qaldı şou-biznes
nümayəndələrinə, gözəl müğənnilərdisə,
onlara kəskin də olmasa, marağım var. Çünki
yazdıqlarımı gözəl
ifalarda eşitmək həm mənə , həm də
musiqimi sevənlərə
xoş əhval gətirər.
- Aygün xanım, son olaraq həm hazırki, həm də qarşıdakı elmi-nəzəri və bəstəkarlıq planlarınızdan
danışardınız...
- Hazırda həm elmi iş, həm musiqi
əsərləri üzərində
çalışıram. Çox mühüm
bir dram əsərinə
musiqini tamamlamaq üzrəyəm. Məşqlərin başlanmasını səbirsizliklə
gözləyirəm.
Hər şey yaxşı olsa, gerçəkləşdirmək istədiklərimizlə reallıq
uygunlaşa bilsə, yaxında yenə də konsertim olacaq.
- Üzeyir
Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və s. kimi klassik bəstəkarlarımızın
əsərlərində bəzi
qatlar, incə detallar var ki,
onlar əsl musiqi hadisəsi olsa da. diqqəti çəkməyiblər.
Bu kimi hallara münasibətiniz....
- Əsl
musiqi hadisəsi olub diqqət çəkməmək çox
əsərlərin başına
gələ bilər.
Və bu onu yaradan
üçün ağır
olsa da, zaman hər şeyi yerinə qoyur. Eşidilmək,
sevilmək qismətindədirsə,
bu, nə vaxtsa, olacaq..
...Və bu dahilərin
musiqisindəki daha dərin qatları görməmək, eşitməmək
sənətin deyil, ona dəyər verə bilməyənin itkisidir.
Bizim Yol.- 2017.- 10 iyun.- S.15.