Məmməd İsmayıl İtaliyada
şeir şöləninə
qatılıb
“Dünya
şeir antologiyası”nda onun beş şeiri yer alıb
Türkiyədə
yaşayan həmyerlimiz şair
Məmməd İsmayıl iyunun 1-dən
6-dək İtalyanın iki vilayətində
gerçəkləşdirilən 19-cu əsrin iki romantik şairi
Giacomo Leoparti (İtalya) və Mihai Eminuscuya (Rumınya) həsr edilən Beynəlxalq
şeir şöləninə
qatılıb.
Kulis.azın verdiyi xəbərə görə, şeir şöləni İtalyanın Rekanati şəhərində keçirilib. Türkiyə, ABŞ, Brailya, İsrail, Belçika, İtalya, Rumınya, Moldavya, Rusya, İrlan, Litva, Estonya, və s. ölkələrən gələn 30-dan çox şair 6 gün ərzində İtalyanın şəhər və qəsəbələrində olub, oxucularla görüşlər keçirib və bu ölkənin qədim mədəniyyətləri ilə tanış olublar.
Şeir şöləninə qatılan şairlərin italyan dilinə tərcümə edilmiş əsərlərindən ibarət “Dünya şeir antologiyası” nəfis şəkildə çap olunub. Antologiyada Məmməd İsmayılın beş şeiri yer alıb.
Şölənin önəmli yönlərindən biri də iştirakçı şairlərin bir şerinin şeir şölənin keçirildiyi şəhərlərdəki küçə və muzeylərin çöl divarlarına həkk olunması idi. Məmməd İsmayılın “Biz dörd nəfər idik” şeri Rocca d'Àðñå şəhərindəki Darvin muzeyinin önündəki divara həkk edilmişdir.
Dünya şeir şölənində İncəsənət Respublikası təsis olunub. Tədbirə qatılanlar bu İncəsənət Respublikasının qurucu üzvləri və öz ölkələrində təmsilçi-prezidentləri seçiliblər.
İncəsənət Respublikası dünya şerini, musiqisini, rəssamlığını təbliğ etmək və tanıtmaq üçün quruldu. İncəsənət Respublikasının öz mətbu orqanları, saytı, jurnalları, sərgi salonları və s. olacaq. Hər təmsilçi öz ölkəsinin incəsənətini bu İncəsənət Respublikası vasitəsiylə dünyaya tanıtmağa borcludur. İldə bir dəfə qurucu üzvlər Romaya toplaşacaq və gördükləri işlərlə bağlı hesabat verəcəklər.
Bizim Yol.- 2017.- 13 iyun.- S.15.