"Şollar-Bakı su qurğuları kompleksi

- 100 il: əbədi həyat mənbəyi"

 

Adətən ev alqı-satqısı üzrə elanlarda “daimi Şollar suyu var” ifadəsi qabardılır. Bu, daşınmaz əmlakın alqı-satqısının tez və uğurlu başa çatması üçün bir vasitədir. Bu gün, yəni mart ayının 1-ində bakılıları həyat mənbəyi olan su ilə etibarlı təchiz edə bilmiş “Şollar”-Birinci Bakı Su Kəmərinin istismara verilməsindən 100 il ötür. “XX əsrin tikintisi” adlandırılan kəmərin inşasında ən yüksək keyfiyyət standartlarına əməl olunduğundan su kəməri bu gün də fəaliyyət göstərməkdədir.

 

Alimlər Bakının su təchizatı tarixini “maraqlı və keşməkeşli” adlandırırlar. Onlar deyirlər ki, 1859-cu ildə Şamaxı zəlzələsindən sonra qəza mərkəzinin bura köçürülməsi, 1870-ci ildən şəhər statusu verilməsi və özünüidarə sisteminin tətbiqi, 70-ci illərdən sonra neft sənayesinin sürətli inkişafı Bakını əyalət şəhərindən dünyanın ən böyük sənaye şəhərlərindən birinə çevirdi. Neft sənayesinin sürətlə inkişafı ilə əlaqədar olaraq 20-ci əsrin əvvəllərində Bakının əhalisi artıq 200 min nəfərə çatmışdı. Əhalinin artması ilə Bakıda içməli su qıtlığı artıq özünü kəskin şəkildə göstərirdi. O dövrdə Bakıda mövcud olan “xan su kəməri” sisteminin ovdanları və dərinliyi 64 metrdən az olmayan həyət quyuları şəbəkəsi əhalinin tələbatını ödəmək gücündə deyildi. İçməli suyun miqdarını artırmaq məqsədilə yeni quyuların qazılması, köhnə su hövzələrinin tutumunun artırılması və yenilərinin tikilməsi üçün tədbirlər görülməyə başlandı. 70-ci illərə qədər Bakını təmin edən 3 su xətti və 600-ə qədər quyu vardı. Lakin bütün bunlar yenə də içməli su qıtlığının qarşısını almaq iqtidarında deyildi. Quyuların çoxu şor olması, bəzilərinin isə diqqətsizlikdən tez sıradan çıxması səbəbindən də, Bakıda tez-tez yoluxucu xəstəliklər baş verirdi ki, bu da çoxlu can alırdı.

Həmin vaxt Bakı üçün içməli su axtarışları Abşeron yarımadası da daxil olmaqla, Zuğulba su kəhrizlərinə, şimalda Dübrar dağlarına və qərbdə Kür çayına kimi geniş bir ərazini əhatə edirdi.

1889-cu ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələn məşhur ingilis hidravlik-mühəndisi Uilyam Lindley Şahdağın ətəyində, indiki Xaçmaz rayonunun Şollar kəndi ərazisində böyük ehtiyata malik içməli su mənbələri aşkar edib.

Mənbəyini Bakıdan 187 kilometr məsafədən götürən “Şollar” su kəmərinin tikintisinə 1911-ci ildə başlanıb. Müxtəlif ictimai-siyasi hadisələrlə əlaqədar bu prosesdə müəyyən fasilələr yaranıb, tikinti 6 ildən sonra başa çatıb.

1917-ci il, fevralın 18-də Şollar suyunun ilk şırnağının şəhərə gəlişini gözləyirdi. Və su düz müəyyən olunmuş vaxtda, məlum məsafəni 63 saata qət edərək Bakıya daxil oldu. Çənlərin dolması, yuyulması vaxt apardı və 1917-ci il, mart ayının 1-dən Bakı-Şollar su kəmərinin istismarına başlandı.

 

Nə kəmiyyəti, nə də keyfiyyəti dəyişib

 

“Azərsu” ASC-nin saytında qeyd olunub ki, “Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr). 1917-ci ildə “hərbi variant” üzrə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1925-ci ildən sonra həyata keçirilən texniki tədbirlərdən - əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

 Şollarkəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsi ilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə yenə özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur.

Şollarartezian üsulu ilə qazılmış 24 quyunun sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti var ki, bura lay suları 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimaldaŞahdağsilsiləsinə doğru meşədə qazılıb.

1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.

 

Tədbirlər Planına əsasən...

 

Bakı şəhərinin inkişafına müstəsna töhfələr verən, Azərbaycanın su təsərrüfatı tarixində mühüm hadisəyə çevirilən bu layihənin 100 illiyinin geniş qeyd olunması ilə əlaqədarAzərsu” ASC sədrinin əmri ilə Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına əsasən, 16 mart 2017-ci il tarixindəAzərsu” ASC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı iləŞollar -unikal su qurğusumövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  KonfransdaŞollar su kəməri-dayanıqlı etibarlı  su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya nailiyyətlər”, “İqlim dəyişikliyi,  ətraf mühit su təhlükəsizliyimövzularında sessiyalar təşkil ediləcək. Konfransda elm təhsil müəssisələrinin tələbə, magistr aspirantları, alim mütəxəssisləri iştirak edə bilərlər. Konfransa elmi məqalələr Azərbaycan, ingilis rus dillərində yazıla bilər.

 

Onların Şollara səfərini təşkil edəcəyik

 

Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl bildirib ki, 14-18 mart tarixlərində Bakıda birinci su həftəsi keçiriləcək. Bu həftə çərçivəsində beynəlxalq elmi konfrans da nəzərdə tutulur. Orda dünyanın 40-dan çox ölkəsindən nümayəndələr iştirak edəcək. Onların Şollara səfərini təşkil edəcəyik”.

A.Cəbrayıl bildirir ki, “Azərsumütəxəssislərinin hesabalamasına əsasən Şollar-Bakı su kəmərinin istifadəyə veriləndən bəri 40 milyard kubmetrə yaxın su nəql olunub: “Kəmər Tağıyev qəsəbəsinə qədər gəlir. Ordan şəhərə su xətlərlə verilir. 100 illik istifadə dövründə kəmərdə heç bir ciddi qəza baş verməyib. Kəmərdə suyun gəlişində ciddi dəyişiklik müşahidə olunmur, sabit mənbədir”.

 

Şollar-Bakı su kəmərinin tarixindən bəsh edən kitab

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarına əsasənŞollar-Bakı su kəmərinin tarixindənkitabı nəşr olunub.

Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifləri isə bu elmi müəssisənin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov Məmməd Məmmədovdur.

Bu layihənin həyata keçirilməsində dəstəyi olan məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evində yerləşən Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov bildirib ki, mart ayında kitabın təqdimatı olacaq: “Bu kitab Şollar-Bakı su kəmərinin əhəmiyyətindən bəhs edir. Su kəməri layihəsi ilə bağlı nadir fotoşəkillər ilk dəfə bu kitabda ictimailəşdirilib. Kitabda yeniliklər bununla bitmir. Su kəmərinin çəkilişində dəstəyi olan H.Z.Tağıyevin fəaliyyəti ilə bağlı yeniliklərə burada yer verilib.

Həmçinin, Bakının su təchizatı tarixinin əsas dövrlərini, XIX əsrin ikinci yarısında irəli sürülən su kəmərləri layihələrini, Şollar su kəmərinin layihələndirilməsi çəkilməsi tarixini ilk mənbələr, birinci növbədə, arxiv materialları əsasında izləmiş, şəhər rəhbərliyi ictimaiyyətinin su problemini necə həll etmələri, onun necə reallığa çevrilməsi haqqında dolğun təsəvvür yarada bilmiş, eyni zamanda XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərin ictimai sosial-iqtisadi həyatından maraqlı faktları açıqlanıb”.

F.Cabbarovun sözlərinə görə, Bakı Şəhər Dumasında Bakının su təchizatı ilə bağlı əsasən iki layihə ətrafında mübahisələr gedirdi: “Suyun daha keyfiyyətli maliyyə baxımından ucuz başa gəlməsi ilə bağlı olaraq Kür layihəsinin deyil, Şollar layihəsinin üzərində dayandılar.

Şollar su kəmərinin tikintisi 32 milyon rubla başa gəlib. Tağıyevin o vaxt bu qədər varidatı yox idi. Sadəcə o, kəmərin lobbiçiliyində əvəzsiz xidmət göstərib. Şollarda axtarışın aparılması üçün 25 min rubl hədiyyə edir.  Orda su tapılmsaydı, o həmin məbləğdən imtina edirdi. Tapılacağı halda isə həmin vəsaiti Şəhər Duması Tağıyevə ödəməliydi. Amma Duma bu vəasitdən imtina etdi. Tağıyev isə hər zaman bu layihəni dəstəklədi onun gerçəkləşməsinə çalışdı.

Bu kəmərin tikintisində bilvasitə iştirak edən Miyamli soyadlı mühəndisin sənədləri ona məxsus əşyalar ailəsi tərəfindən bizim muzeyə hədiyyə olunmuşdu.

Biz bu kitabı yazanda arxiv sənədləri ilə yanaşı eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyində olan sənədlərə istinad etmişik. Orada çox nadir şəkillər fotoalbomlar var. Onun şəxsi kitabçasından da istifadə etmişik”.

 

Şollar... rus ingilis dillərində...

 

F.Cabbarov deyir ki, Şollar kəməri bütün Bakını içməli su ilə təmin edə bilmədi: “Müəyyən ərazilərə Şollar su ilə qidalanırdı. 1920-ci ildən sonra Şollardan ikinci xətt çəkildi. İkinci dünya müharibəsində sonra isə Samux, Ceyranbatan Kür kəmərləri çəkildi. Bu da onu göstərir ki, Şollar Bakı əhalisinin içməli su ilə təmin etmirdi”.

Fərhad Cabbarov onu da bildirdi ki, “Şollar-Bakı su kəmərinin tarixindənkitabının təqdimatından sonra kitabın elektron versiyası təqdim olunacaq. Onun sözlərinə görə, kitab yaxın gələcəkdə rus ingilis dillərinə tərcümə olunacaq: “Rus dilinə ona görə tərcümə olunacaq ki, o vaxt Azərbaycan rus dövlətinin tabeliyində olub Şollar kəməri həmin dövrün ən iri infrastruktur layihələrindən biridir. İngilis dilinə ona görə tərcümə olunacaq ki, bu layihədə Avropalı mütəxəssislər çalışıblar”.

 

Ramid İBRAHİMOV

 

AzərsuAçıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Bizim Yol.- 2017.- 1 mart.- S.15.