İnteqrasiyada multikulturalizm örnəyi...
Azərbaycanın təqdim etdiyi nümunə miqrantlarla savaş həddinə
gələn Avropaya indi daha
çox gərəkdir
Bir ölkənin dünyaya
tanıdılmasında rol oynayan amillərdən biri onun mədəniyyətidir.
Mədəniyyət fərdə, xalqa, cəmiyyətə,
dövlətə xas olan dəyərdir. Mədəniyyət
yaradıcılıq, quruculuq proseslərinin nəticəsidir.
Mədəniyyət hər bir xalqın milli kimliyidir, milli
kimliyinin irsən qoruyucusudur.
Müstəqilliyini
elan etdiyi gündən
bu vaxta qədər Azərbaycan
dünya birliyinə
düzgün inteqrasiya etmək üçün
düşünülmüş
startegiya həyata keçirir. Bu starategiyaya xarici siyasət, enerji layihələri
vasitəsi ilə iqtisadi inteqrasiya, humanitar inteqrasiya daxildir.
Azərbaycan dünyaya öz
tolerantlıq və multikulturalizm modelini təqdim
etdi. Bu modelin təbliği üçün
dövlətimiz tərəfindən bir sıra tədbirlər
həyata keçirildi.
Multikulturalizm eyni bir ölkədə
yaşayan müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun olan siyasətdir. Qeyd etmək
lazımdır ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə
1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində
çalışmış Al Kresbi tərəfindən daxil
edilib. Dünyada multikulturalizmin Amerika, İsveç, Kanada,
Avstriya modelləri mövcuddur. Bu modellərin tətbiqinə
ötən əsrdən başlanılıb. Lakin, Azərbaycanda multikulturalizm ənənələri
əsrlərdir dvam edir.
Əsrlər boyu
Odlar Diyarında məskunlaşmış müxtəlif xalqların nümayəndələrin
dinc və yanaşı yaşam tərzi dünyaya təqdim edilərkən əslində
bir neçə məqsəd güdülürdü. Dünyada baş alıb gedən islamafobiya, o
cümlədən yaxın Şərqdəki münaqişə
bölgələrindən qaçmış milyonlarla
qaçqın və köçkünün Avropaya üz
tutması və bunun Qərb ölkələrində birmənalı
qarşılanmaması Azərbayanın multikulturalizm modelinin
tam zamanında irəli sürülmüş bir layihə
olduğunu sübut edirdi. Avropada müsəlmanların
öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın
bir din il olaraq populyarlaşması, müsəlman
əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin
gələcəyi üçün əsas narahatedici məqam
kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə
islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi
qorxusu Qərbsayağı multikulturalizmin qarşısında
duran əsas çağırışdır. Bir müddət əvvəl Vatikan Ədalət və
Sülh icmasının sədri kardinal Pyotr Turksonun "Sinodo”
ruhani məclisində İslam dinini Avropanın gələcəyinə
təhdid kimi qiymətləndirməsi də bunu göstərir.
O, bildirmişdi ki, 2026-cı ildə Avropa müsəlmanlar
qarşısında azlıqda qalacaq, Fransa isə 39 ildən
sonra İslam dövləti olacaq.
Avropada belə
hesab edirlər ki,
miqrantlar Avropanın insan hüquqları Konvensiyasının
verdiyi imkanlardan, burada mövcud olan insan hüquqları və
azadlıqlarından sui-istifadə edirlər. İndi Avropada demokratiya
yaxud şəriət qaydaları, islam,
yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə
oluna bilməyəcək məfhumlar cəmiyyətin
qarşısında əks dilemmalar kimi ortaya qoyulur.
Müasir
dövrün reallıqları
və tələblərini nəzərə
alan Azərbaycan prezidenti İlham
Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə
2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Dövlət başçısının da bəyan
etdiyi kimi, multikulturalizm ənənələri və
tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi
dəyəri, Azərbaycanın siyasətidir. Müasir dünyada ən önəmli məsələlərdən
biri olan mədəniyyətlərarası dialoqu nəzərə
alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən
bir Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu təşkil edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
(DQİDK) verilən məlumata görə, ölkədə
dini qurumların yenidən dövlət qeydiyyatına
alınması prosesi başlayandan, yəni 1 sentyabr 2009-cu il
tarixdən indiyədək ümumilikdə 597 dini qurum icma
qeydiyyatdan keçib və hazırda fəaliyyətini davam
etdirir. Qeydiyyatdan keçən dini icmaların
576-sı müsəlman, 21-i isə qeyri-müsəlman dini
icmalarıdır. Onlardan 12-si xristian, 6-sı yəhudi,1-i
krişna,2-i bəhai dini icmalarıdır. (Qeyri-ənənəvi din və
təriqətlərə misal olaraq Yəhova şahidlərini,
Nehemiyanı, Mədh kilsəsini, Həyatverici lütfini,
Beynəlxalq Krişna şüurunu, Bəhai, Novoapostol kilsəsi,
Yevangel xristianları icmasının adını çəkmək
olar).
Bu gün Azərbaycanda
fəaliyyət göstərən dini icma
rəhbərlərinin hər biri ölkədə onlar
üçün yaradılmış vəziyyətdən məmnundurlar. Dağ Yəhudiləri
icmasının rəhbəri Melix Yevdiyevin sözlərinə
görə, dünyanın heç bir yerində yəhudilər Azərbaycanda
olduqları qədər rahat deyillər. Və heç bir müsəlman
dövlətində
yəhudilər üçün dövlət tərəfindən
sinaqoqun tikilməsi maliyyələşdirilməyib, Azərbaycan
istisna olmaqla.
Azərbaycanda çox az sayda katolik yaşayır, onların əksəriyyəti
də xarici ölkələrdən gələn vətəndaşlardır.
Ümumilikdə, hazırda Bakıda yaşayan katoliklərin
sayı 600 nəfərdən çox deyil. Bununla belə,
onların öz dini inanclarını rahat yaşaya bilmələri
üçün Bakıda Roma Katolik Kilsəsinin Apostol
Prefekturası fəaliyyət göstərir. Kilsənin
baş keşişi Vladimir Baxanın dediyinə görə,
Azərbaycandakı mövcud adət- ənənələr
onda çox xoş təəssüratlar yaradıb. “Mən ölkəmə döndükdən sonra
burda yaşananalar barəsində vətənim Sloveniyada məlumat
verəcəm. Azərbaycan unikal ölkədir.
Mən burda mənim üçün yeni olan
çox şeylər öyrəndim. Artıq
6 ildir Azərbaycandayam. Ölkənizə yenə gələndə
insanların qaynar
və çox səmimi münasibəti məni
heyrətləndiridi. Fərqli mədəniyyətlərə
sahibik. Mən yaxşı mənada təəccüblənmişdim”.
Azərbaycandakı Lüteran icmasının
sədri Vera Nesterova ölkəmizdə butun dinlərə eyni ehtiramın
göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin
ölkə prezidenti İlham Əliyevin daimi diqqət və
qayğısı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycanda
bütün dinlər tarixən bir ailə şəklində
mövcuddur. Azərbaycanda yaşayan alman əhalisi tərəfindən
Lüteran kilsəsinin əsası qoyulub. Azərbaycanda
hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində
lüteran kilsələri mövcuddur.
Bütün bunların davamı
olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yay/qış məktəbləri və “Azərbaycanın Gənc
Dostları Klubu” vasitəsi ilə, mədəniyyətlərarası
dialoqun, sülh və stabilliyin təmin olunmasına, eləcə
də Azərbaycanın multikultural dəyərlərinin təşviqinə
davam edir. Gənc tələbələrin təşəbbüsü
ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində
yaradılmış “Azərbaycanın Gənc Dostları
Klubu” İctimai Birliyi hazırda Dimitrios Asproulis (Yunanıstan)
və Salomeja Lukaitenin (Litva) həmsədrliyi
və 100-dən çox üzvü ilə (Türkiyə,
Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan,
Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan,
ABŞ, Misir, Yəmən ) aktiv fəaliyyət göstərir.
2016-cı
ildə “İnklüziv
cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd” devizi
altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu
dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən
miqrasiya böhranı və cəmiyyətlərdə
dözümsüzlüyün artması mühitində
keçirildi. BMT-nin baş katibi Pan Gi Mun bəyanatında bildirmişdi
ki,bölünmə və təcrid ekstramistlərə sərf
edir.
“Onların atdığı
bombalar binaları hədəfə
alır. Lakin onların əslində məhv etmək istədiyi
bizim qarşılıqlı anlaşmamızdır. Bu, həmçinin
davamlı inkişaf üzrə 2030-cu il
gündəliyinin əsas məqsədidir. Bu
gündəlik bütün insanlar, xüsusilə
irqçilik, diskriminasiya, ksenofobiya və
zorakılığın digər formaları üzündən
uzun müddət təcrid olunmuş insanlar
üçündür”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun fikrincə,
multikulturalizmdə risqlər də meydana gələ bilər.
“Ən böyük risq assimilyasiyadan ibarətdir.
Digər bir risq isə, dövlətin unitar əsaslarını
vurula biləcək zərbələrdən ibarətdir.
Deməli, mədəni və siyasi risqlər
multikulturalizmdə yaşana bilər”.
Lakin dünyaya ən böyük zərbəni assimilyasiyalar deyil,
müharibələr,
millətlərarası ədavətlər vurur. Buna görə də bəşəriyyətin ən
sox qorxmalı olduğu faktor multikulturalizmdir. Məhz bu mənada Azərbaycanın təqdim etdiyi
multikulturalizm modeli gündəmdən düşməməli
öz aktuallığını itirməməlidir. Bəzi
Avropa dövlətləri tolerantlıq və
multikultulturalizmə öz siyasi ambisiyalarını əsas gətirərək
kölgə düşürmək istəyi yolverilməzdir. Axı tolerantlıq və multikulturalizm sırf
insan amilinə, sülhə xidmət edir. Siyasi oyunların
girdabında çalxalanan, hər an partlamağa hazır bomba
halına gətirilmiş
dünyaya mövcud ola bilməyimiz,
yaşamağımız üçün bu gün ilk növbədə sülh, qarşılıqlı
anlaşma lazımdır».
İlhamə Rəsulova
Bizim Yol.- 2017.- 10 mart.- S.11.