31 mart soyqırımı dünya gündəmində
Azərbaycan
ötən əsrin əvvəllərində həyata
keçirilən erməni vandalizmini beynəlxalq müstəivyə
çıxara bilirmi?
Ekspertlər bu istiqamətdə hələ
çox işlərin görülməli olduğunu
vurğulayırlar
Azərbaycan tarixinin şanlı səhifələri
olduğu qədər faicə və
dəhşətli günləri andiran məqamlar da var. Bu
qanlı tarixi xatırladan 31 mart günü uzun illər azərbaycanlıların
yaddaşından silinsin deyə
gizlədilib. Lakin tarix və faktlar dəyişməz olaraq qalır və
həqiqət gec və ya tez gün işığına
çıxır. 2018-ci ildə 31 mart azərbaycanlıların
soyqrımı gününün 100 illiyi dövlət səviyyəsində
qeyd olunacaq. Bədxah
qonşularımız adətən olmayan hadisələri
düzüb qoşaraq “əllərində bayraq edir”, özlərindən
müxtəlif tarixi günlər
icad edərək yalançı erməni tarixi, erməni
soyqrıımı barədə dünyada ajiotaj yarada bilirlər.
Bu gün dünya birliyinin layiqli üzvünə
çevrilmiş, dünyaya inteqrasiyanı dövlət siyasətinin
bir qolu şəklinə salmılş Azərbaycan dövləti bu tarixi gerçəkliyi gün üzünə
çıxarmaqla, bu kontekstdən çıxış edərək
tarixin qaranlıq məqamlarını işıqlandıra,
eyni zamanda ermənilərin mənfur simasını aça,
Qarabağ həqiqətlərinə də bir daha diqqət çəkə bilər.
Öncə 31 mart hadisələri barəsində xatırlatma verək.
1917-ci il Oktyabr inqilabı və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksutyun partiyasıBakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Bundan başqa, mart ayının əvvələrindən başlayaraq, ordudan tərxis olunan, lakin silahları alınmayan ayrı-ayrı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir:
«1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər… Ermənilərlə atışma Bico dağlarında başlayıb.»
Protokolda haqqında bəhs edilən 400 nəfərlik dəstə Bico kəndində Pirəmsaq döyüşündə kənd əhalisi tərəfindən darmadağın edilmişdi. Həmin protokolda qeyd edildiyi kimi belə gözlənilməz müqavimətdən hirslənmiş ermənilər bu barədə Bakı Erməni Komitəsinə məlumat çatdırmış, qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirilmişdi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi 3Əfəndiyev erməni yepiskopunun yanına göndərildilər ki, silahlıları geri qaytarsın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: «Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək…». Ermənilər Şamaxı qəzasında 2146-sı kişi, 1468-i qadın və 746-sı uşaq (bəzi mənbələrə görə 1653-ü qadın, 965-i uşaq) olmaqla ümumilikdə 4360 (digər mənbələrdə 7000-dən çox) nəfəri soyqırıma məruz qoymuşdular.
1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri Şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir». Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri Şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış «İnqilabı müdafiə» adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan «İsmailiyyəni» yandırmış, «Açıq söz», «Kaspi», «Baku», qəzetləri redaksiyalarını dağıtmış, «Təzə pir» məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər».
Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi «Qızıl Qvardiya» dəstələri xüsusilə fərqlənmişdilər.
Göründüyü kimi, törədilən cinayətlər insanlığa sığmayan, bəşəriyyətə utanc verən qismdəndir. Minlərlə günahsız insanın qurban edildiyi bu müdhiş faciənin dünyaya çatdırılması, tanıtdırılması yönündə diaspor təşkilatlarının, dövlət qurumlarının gördüyü işlər barədə ölkə ziyalılarının fikirlərini bilmək istədik.
Politoloq Elçin Mirzəbəyli: Erməni millətçiləri, terror qrupları tarixin ən müxtəlif dönəmlərində azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım aktları təkcə indiki Azərbaycan ərazilərini deyil, o cümlədən Cənubi Azərbaycanın Təbriz, Urmiyə, Səlmas, Sərab, Zəncan və digər ərazilərini də əhatə edib. Bu miqyas da sübuta yetirir ki, məqsəd azərbaycanlıları tamamilə məhv etməkdən ibarət olub. Təəssüf ki, bu bəşəri cinayətlərin dünyaya tanıdılması istiqamətində atılan addımlar mövcud ikili standartlar səbəbindən hələlik bir o qədər də effektiv nəticə verməyib. Azərbaycan soyqırım faktlarının tanıdılması istiqamətində bütün mümkün imkanlardan istifadə edir. Bu yetərlidirmi? Əlbətdə ki, yox. Çünki qarşımızda bütün dünyanı erməni yalanlarına inandırmağa çalışan və 100 il öncə Avropada, Amerikada təşkilatlanmış erməni diasporu var. Bu baxımdan mübarizəni daha da genişləndirmək, daha fəal şəkildə, ardıcıl iş aparmaq lazımdır. Bu prosesə ermənilərin soyqırım törətdiyi bütün ölkələr cəlb edilməlidir. O cümlədən Özbəkistan və Gürcüstan.
Xocalı soyqırımının dünyaya tanıtdırılması istiqamətində Azərbaycan dövləti bir xeyli iş görüb. Bu mənada Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan kampaniya öz bəhrələrini verməkdədir. Eyni təbliğat və təşviqat işlərinin 31 mart hadisələrinə də şamil edilməsi arzuolunandır. Bu məsələylə bağlı fikir bildirən politoloq Arzu Nağıyevin sözlərinə görə, hər iki fakt soyqırımı aktı olsa da onları eyniləşdirmək olmaz: «Mənə belə gəlir ki, Xocalı soyqırımı ilə mart soyqırımının bir çox fərqli məqamları var. Mart soyqırımı keçən əsrin əvvəllərində Bakı quberniyasında, Bakıətrafı ərazilərdə və Azərbaycanın bir sıra quberniyalarında hakimiyyət dəyişikliyi ilə bağlı törədilib. Rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 28 mart tarixli sərəncamı ilə bu gün tarixə soyqırım günü kimi daxil edildi. Hakimiyyət dəyişilliyindən sonra 70 il ərzində Sovet İttifaqının tərfkibində qalan Azərbaycan üçün bu hadisə soyqırım kimi deyil, Sovet rejiminin qələbəsi kimi təqdim edilirdi. Müstəqilliyimiz əldə edildikdən sonra bu məsələyə yenidən baxıldı. Bu gün hamıya məlumdur ki, Xocalı soyqırımının dünyaya tanıtdırılması üçün dövlət səviyyəsində mühüm addımlar atılır, müxtəlif tədbirlər həyata keçirilir. Diplomatik və dövlət başçısı səviyyəsində işlər görülür və qeyd etmək lazımdır ki, bu proseslər heç də asan başa gəlmir.Bu gün tarixi araşdırmalar aparmaq, tarixə yenidən qayıtmaq üçün işlər görülməlidir, əsl düşmənlərin kim olması qeyd edilməlidir. Hadisələrin üstündən 100 il vaxt keçib, Xocalı faciəsi yaxın tarixdə baş verib, hadisə şahidləri var. Lakin bu hadisələri əks etdirən arxivlər məhv edilib, gizlədilib. İşin mürəkkəb tərəfi də budur. Bu hadisə artıq süquta uğramış Sovet dövlətinin tərkibində baş verdiyi üçün konkret kimə qarşı iddia edildiyini müəyyənləşdirmək lazımdır.
Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, professor Faiq İsmayılovun fikrincə, 31 mart hadisələri Azrbaycan mediasında kifayət qədər araşdırılıb və düzgün qiymətləndirmə aparmaq üçün əldə kifayət qədər material var. Bütün bunlar müxtəlif formatlarda keçirillən istər dövlət səviyyəli tədbirlərdə, istərsə də xaricdə keçirilən konfranslarda gündəmə gətirilir. Lakin təssüfləndirici məqam budur ki, aparılan tanıtım və təbliğat kampaniyaları mövsümü xarakter daşıyır. Bu barədə yalnız mart ayında danışılır və 3-5 gün sonra unudulur. Biz hələ 31 mart hadisələri ilə bağlı beynəlxalq səviyyədə istədiyimiz nəticəyə nail ola bilməmişik. Uzun illərdir Türkiyə erməni ideologiyası ilə bağlı mübarizə aprır. Lakin ikili standartlar onu hələ də haqlı tərəf kimi göstərməyə imkan vermir. Biz soyqırım aktını eyni zamanda Qarabağ problemimiz kontekstində, milli mədəni sərvətlərimizin və dəyərlərimizin vəhşicəsinə dağıdılamsı kontekstində də təqdim edə bilərik. Hələ ki, mən bir mütəxəssis kimi bu sahədə böyük işlər görüldüyünü, irəliləyiş əldə edildiyini söyləyə bilmərəm. Müharibə şəraitində olan bir dövlət olaraq bizim bir dənə də olsun sırf müharibəni əks etdirən saytımız varmı? Yoxdur. Qarabağ həqiqətlərindən danışan saytlar var, lakin sırf müharibə və onun fəsadlarını, gündəlik gedişatı əks etdirən sayt fəaliyyət göstərmir. Yəni, bizim Milli Elmlər Akademiyasının arxivində müxtəlif araşdırmaçıların arxivlərində kifayət qədər sanballı məlumalar var. Əlaqədar təşkilatlar, QHT-lər, diaspora təşkilatları bu məlumatlardan faydalanaraq təbliğat təşviqat işləri apara bilərlər. Bu mövsümü xarakter daşımamalıdır.Çünki hazırda real dünyada müsəlman ölkələrində hər gün soyqırım törədilməkdədir. İraqda, Suriyada, Yəməndə, Əfqanıstanda bir gündə yüzlərlə insan məhv edilir və dünya birliyi buna göz yumur. Diaspora aktiv iş görməlidir. Davamlı olaraq bu hadisələri dünyanın yadına salmaq lazımdır. İndi ermənilər guya Qarabağda Tiqrankert adlı bir şəhər tapıblar , onun təbliği ilə məşğuldurlar. Yəni olmayan tarixi yaradırlar.50-dən çox saytda onlar bu şəhərin təbliği ilə məşğuldurlar. İstəsə bizim diasporaya da hökumət dəstək verə bilər, biz buna qadirik. Sadəcə yenə deyirəm bu məsəllələr mövsümü xarakter daşımamalıdır. Məsələn, avqust ayında mən mart hadisələrinin qabardılmasının şahidi olmamışam”.
İlhamə Rəsulova
Bizim yol.- 2017.- 31 mart.- S.11.