“Azərbaycan İslam
sivilizasiyasının
əsas mərkəzlərindən
biri olub”
Hər ilin yanvarında İsveçrənin
Davos şəhərində
ənənəvi Ümumdünya
İqtisadi Forumu keçirilir. Forumda il ərzində
dünya üçün
əhəmiyyətli iqtisadi
hadisələr müzakirə
olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.
Bu il də
dünya ölkələrinin
dövlət və hökumət başçıları,
müxtəlif iri korporasiyaların rəhbərləri
Davosda bir araya gəliblər. Sayca 49-cu Forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər
beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə
edir, yeni il üçün
iqtisadi gündəliyi
müəyyənləşdirirlər. Forum yanvarın 21-nə kimi davam edəcək.
Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir, xarici ölkələrin rəsmiləri, hökumət
başçıları, eləcə
də dünyanın tanınmış şirkətlərinin
rəhbərləri ilə
görüşlər keçirir.
Qeyd edək ki, bir
neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın
2017-ci il üçün
iqtisadi prioritetləri”
sərlövhəli məqaləsi
verilib.
Bu fikirləri Davos
Forumunun Azərbaycan üçün əhəmiyyətini
şərh edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
üzvü, Beynəlxalq
Münasibətlərin Araşdırılması
Mərkəzinin (BMAM) sədri
Rufiz Qonaqov söyləyib.
R.Qonaqov deyib ki, Prezident
İlham Əliyevin Forumda iştirak etməsi Azərbaycana bir sıra üstünlüklər
qazandırır. Azərbaycan Prezidenti Davos
Forumunda 10 dəfədən
çox iştirak edib. Prezident İlham Əliyev
Davos Forumunda ən fəal iştirak edən prezidentlərdən biridir.
Bu da Azərbaycan
üçün bir sıra dividentlər gətirir. Prezident hər il
Davosda 30-a yaxın görüş keçirir.
1995-ci ildən başlayaraq Azərbaycan Ümumdünya İqtisadi
Forumunda ölkə rəhbəri səviyyəsində
təmsil olunur. Davos Forumu Azərbaycan üçün ölkədə
həyata keçirilən
iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə
investisiyaların və
texnologiyaların axınına
zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Dünyanın
aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkəmizin iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və
bunu müasir yanaşmalarla nümayiş
etdirmək vacibdir. Azərbaycan Prezidenti Davos Forumunun imkanlarından görüşləri, çıxışları
ilə uğurlu şəkildə faydalanır.
Dünyada iqtisadi inkişaf tempinin zəiflədiyi, qeyri-müəyyənliklərin
artdığı bir zamanda Azərbaycanın
2017-ci il üzrə iqtisadi prioritetlərini aydın şəkildə açıqlaması
Forumda ölkəmizə
olan marağı daha da artırır.
Dünyanın aparıcı şirkətləri,
qlobal iqtisadiyyatın trendlərini müəyyən
edənlər fərdi
qaydada Azərbaycan iqtisadiyyatının vəziyyətini
öyrənirlər. Ölkəmizə investorların cəlb edilməsi, ölkəmizin
iqtisadi potensialının
təbliğ olunması
baxımından Forum olduqca
əhəmiyyətlidir.
Bu günlərdə dünya
iqtisadiyyatının nəbzinin
Davosda döyündüyünü
vurğulayan BMAM-ın
sədri deyib: “Davos İqtisadi Forumu dünyanın ən böyük iqtisadi platforması sayılır. Burada dünyanın yüksək
səviyyəli şəxsləri
təmsil olunurlar.
Forum Azərbaycan üçün həm
post-neft ölkəsi,
həm də həqiqətlərimizin dünyaya
çatdırılması baxımından vacibdir.
Azərbaycan brendinin dünyaya
tanıdılması, qeyri-neft
sektorunun inkişafı
qarşımızda duran
əsas vəzifələrdəndir.
Azərbaycan Prezidenti çıxışlarında,
müsahibələrində təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni
zamanda, Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı
ilə ölkə iqtisadiyyatına vurulmuş
ziyanla bağlı iştirakçıları məlumatlandırır.
Biz bu mötəbər
tribunadan istifadə edərək dünyaya həm də siyasi mesajlar ötürə bilirik.
Artıq Azərbaycan start mövqedən deyil, dinamik inkişafda olan, sabitliyin bərqərar olduğu, yeni hədəflərə doğru
irəliləyən bir
ölkə kimi Davosda çıxış
edir. İqtisadiyyatımız sabitləşib, təbii ehtiyatlarımızdan
cəmiyyətin firavanlığı
naminə istifadə olunur. Azərbaycanın bu gün regionun lider dövləti və ətraf bölgələrin
inkişafı üçün
təşəbbüslərin müəllifi olduğunu dünya qəbul edib”.
Rufiz Qonaqov bildirib ki, Davos Forumu
Azərbaycan Prezidentinin
iştirakı ilə
daha da mötəbərləşib:
“Davos Forumu Azərbaycanın mövqeyini
dünyaya çatdırmaq
baxımından bir fürsətdir. Prezident İlham Əliyev məqaləsində Davos Forumunun əhəmiyyəti,
Azərbaycan iqtisadiyyatının
problemləri, 2017-ci il üçün prioritetlərimiz barədə
ətraflı məlumat
verib. Müşahidələr göstərir ki,
Forum iştirakçılarının Azərbaycana böyük marağı var. Hər bir güclü şirkət çalışır
ki, Azərbaycanda nümayəndəliklərini açsın.
Düşünürəm ki, indiki vacib məqamda Davos Forumu Azərbaycana
bir sıra iqtisadi və siyasi dividentlər qazandıracaq”.
Bizim Yol.- 2017.- 21 yanvar.- S.15.