Erməni-Azərbaycan munaqişəsinin
tarixi və geosiyasi kökləri
Erməni-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsası XIX əsrin
əvvəllərində qoyulmuşdur. Çar Rusiyası hələ XVII əsrin sonu - XVIII əsrin
əvvəllərində Osmanlı dövlətinin
torpaqlarının bölüşdürülməsi, həmçinin
Aralıq dənizinə və Şərqə
çıxış əldə etmək məqsədilə
Türkiyə və İrana qarşı müharibələr
aparırdı. Bu müharibələrin nəticəsi olaraq,
çar Rusiyası və İran arasında 1828-ci il «Türkmənçay» müqaviləsi ilə
Azərbaycan torpaqları bu iki dövlət arasında
bölüşdürüldü. Həmin
müqavilə ilə Azərbaycanın tarixi torpaqları
parçalandı.
Türkmənçay müqaviləsi ilə regionda
geosiyasi oyunların və faciələrin əsası qoyuldu. Belə ki,
1828-ci ildən etibarən İran və Türkiyədə
yaşayan ermənilərin Rusiyanın işğal etdiyi Cənubi
Qafqaza kütləvi köçürülməsinə
başlanıldı. Müharibədən sonrakı iki il ərzində, yəni 1828-1830-cu illərdə
Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən
isə 84 mindən çox erməni
köçürüldü. Cənubi Qafqaza
köçürülən ermənilər strateji baxımdan
əhəmiyyət kəsb edən Yelizavetpol (Gəncə) və
İrəvan quberniyalarında yerləşdirildilər.
Rus tədqiqatçısı
N.N.Şavrov yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada
yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu
diyarın köklü sakinləri deyildir və həmin ermənilər
Yelizavetpol quberniyasının dağlıq hissəsi və
Göyçə gölünün sahilində Çar
Rusiyası tərəfindən məskunlaşdırılmışdır.
Beləliklə də, ermənilərin kütləvi
şəkildə Cənubi Qafqaza, o cümlədən
Qarabağın dağlıq hissəsinə
köçürülməsi bu regionda demoqrafik vəziyyətə
ciddi təsir göstərdi və ermənilərin gələcək
ərazi iddialarının əsası qoydu.
Rusiyanın dəstəyi ilə Ermənilər Birinci
Dünya müharibəsinin (1914-1918) yaratdığı tarixi
şəraitdən istifadə edərək Azərbaycanın
Zəngəzur və Qarabağ bölgələrində
güclü hərbi qüvvələr
formalaşdırdılar. Bu hərbi kontigentlərin
əsasını Rusiyada təlim keçmiş zabitlər və
Türk ordusundan qovulan erməni əsilli əsgər və
zabitlərdən ibarət idi. Həmin dəstələr
silahlanaraq, azərbaycanlıların yaşayış məntəqələrinə
hücumlar təşkil edirdilər.
1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayınadək
İrəvan xanlığı ərazisində 200 azərbaycanlı
kəndi yandırılaraq məhv edilmişdi. Bolşevizm
bayrağı altında əksinqilabcı unsurlərə
qarşı mubarizə adı altında Stepan Şaumyanın
rəhbərlik etdiyi silahlı dəstələr 1918-ci ilin
martından etibarən Bakı quberniyasında azərbaycanlıların
məhv edilməsinə başlandı və qısa muddət
ərzində Bakmın xeyli hissəsi xarabalığa cevrildi.
Azərbaycanlılara qarşı soyqırımı əməliyyatları
Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda,
Naxcıvanda, Lənkəranda və digər bolgələrdə
xususi qəddarlıqla həyata kecirildi. Dinc əhali
yalnız etnik azərbaycanlı olması səbəbindən
kutləvi şəkildə öldurulur, yaşayış məntəqələri
yandırılır, milli mədəniyyət abidələri,
məktəblər, xəstəxanalar, məscidlər və
digər tikililər dağıdılaraq məhv edilirdi.
Bu dövrdə Cənubi Qafqazda erməni quvvələri
tərəfindən təxminən 100 mindən cox etnik azərbaycanlı
məhv edildi.
Zəngəzurda
və Qarabağda kifayət qədər güclənən erməni
millətçiləri Qarabağda
erməni
hökuməti yaratmaq üçün, 18 sentyabr 1917-ci ildə
Şuşa şəhərində hüquqşunas Levon
Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14
nəfərdən ibarət Qarabağda müvəqqəti erməni
hökumətinin tərkibini elan etdilər. Adı çəkilən
bu cinayətkar dəstə, 2 il ərzində
Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və
qırğınlar törətdi. Erməni tarixçisi Melik
Şaxnazaryan xatirələrində yazırdi ki, “...Biz fəaliyyətimizin
ilk ilində Qarbağda azərbaycanlılara qarşı
döyüşmək üçün 17 min nəfər erməni
döyüşçü səfərbər etməyə
müvəffəq olduq...” (Zare Melik-Şaxnazarov Zapiski
karabaxskoqo soldata, səh,6. Moskva,
1995).
O
dövrün rəsmi sənədlərində göstərilirdi
ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində
gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər
15 min atıcı döyüş silahına, o cümlədən
revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6
rusiya istehsalı olan “Maksim” tipli pulemyota, 2 artileriya silahına
malik idilər. Bundan başqa Şuşadakı
erməni bazarının yaxınlığındakı erməni
sahibkarlarına məxsus villaların zirzəmilərində
atıcı silahların patronları, əl qumbaraları və
uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı.
Silahların alqı-satqısı və tələb
olunan məntəqələrə çatdırılması
Şuşadakı erməni bazarında əyləşən
xüsusi təyənatlı agentlər tərəfindən
gizli şəraitdə həyata keçirilirdi.
Azərbaycan
28 may 1918-ci ildə dovlət mustəqilliyi elan etdikdən sonra,
Rusiya müstəqilliyini yenicə elan etmiş Azərbaycan
Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə
beşikdəcə məhv etmək istəyirdi. Məhz buna görə də Rusiya, Azərbaycanın
bütünlüklə Qərb hissəsini, o cümlədən
digər bölgələrini (1828 –ci ildə rus çarı
1-ci Nikolayın 1825-55 saylı sərəncamı ilə
İrəvan xanlığı əsasında
yaradılmış) «erməni vilayəti» nə birləşdirmək
istəyirdi. Elə bu səbəbdən də
Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə
bölgələrində iğtişaşlar yaradaraq,
Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül
tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən
sarsıdaraq məhv etmək istəyirdi.
Yaranmış
tarixi-siyasi vəziyyəti nəzərə alan
Azərbaycan Hökuməti, əsasən də ermənilərin
ərazi iddialarma son qoyulması və ermənilərin azərbaycanlılara
qarşı silahlı hucumlarının
dayandırılması muqabilində, 1918-ci ildə İrəvan
şəhərinin ermənilərə verilməsi barədə
qərar qəbul etdi. Bununla da, tarixi Azərbaycan
torpaqlarında paytaxt Irəvan şəhəri olmaqla Ermənistan
dövləti yaradıldı. Lakin erməni
tərəfi bundan sonar da ərazi iddialarından əl cəkmədi
və azərbaycanlıların zorakılıqla oz tarixi
torpaqlarından qovulması davam etdirildi. Nəhayət,
ermənilərin silahlı təcavuzu nəticəsində Zəngəzur
mahalı işğal edildi və erməni tərəfi
İranla sərhəd qurulmasma nail oldu.
Bu
bölgədəki situasiyanı ciddi nəzarətdə
saxlayan Azərbaycanın hökumət rəhbərləri,
bütün qeyri-qanuni hərbi birləşmələri ləğv
etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman əhaliyə
qarşı talanlar və qətllər törədən erməni-daşnak
silahlılarını tərksilah etmək və bölgədə
Azərbaycanın qanuni hakimiyyət strukturlarının
işini bərpa etmək məqsədi ilə 1918-ci ilin
sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk
və Azərbaycan hərbi hissələrindən təşkil
olunmuş Qarabağ hərakatı hərbi qüvvələri
yaradıldı. Bu hərbi qüvvələrə
rəhbərlik birinci Azərbaycan divizyasının komandiri
Cvid Cahid bəyə həvalə edildi. Bu
diviziyanın tərkibində birinci, ikinci və
üçüncü süvari alayları, ikinci piyada
alayı, milli könüllü bölmələr habelə
bir Şnayder dağ toboru və zirehli avtomobillər iştirak
edirdilər.
Oktyabrın 4-də Cəmil Cahid bəyin Qarabağ hərbi
dəstəsi Şuşaya doğru hərəkətə
başladı.
Şuşa əhalisi Qafqaz İslam Ordusuna daxil
olan Qarabağ hərakatı hərbi qüvvələrini
sevinclə qarşıladılar. Şuşadakı
erməni silahlılarının bir qismi silahı yerə
qoyaraq təslim oldular, bir qismi isə Zəngəzur istiqamətində
geriyə çəkildilər. Qarabağdakı
erməni zabitlərinin bir çoxu Gürcüstana
qaçaraq orada hərbi səfərbərlik elan etdilər.
Yaranmış mürəkkəb beynəlxalq tarixi şərait,
Türkiyənin Cənubi Qafqazdan geri çəkilməsinə
səbəb oldu. İmzalanan Mudros
barışığı (1918) razılaşmasının
şərtlərinə görə, türk hərbi qüvvələri
Azərbaycandan geri çağırıldı. Bu isə Qarabağda yenidən baş qaldıran erməni-daşnak
təcavüzünün daha da azğınlaşmasına səbəb
oldu. (Mudros müqaviləsi, 30 oktyabr 1918-ci
ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri
arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında
ingilis hərb gəmisi «HMS Agamemnon» gəmisində
imzalanmışdır. Müqavilənin
şərtlərinə görə Osmanlı dövləti
Birinci Dünya Müharibəsi zamanı ələ
keçirdiyi ərazilərdən geri çəkilmişdir).
Qarabağdaki 9-cu və 106-cı türk
alaylarının geri çağrılmasından sonra
general-mayor Usubov diviziyanın komandiri təyin edildi və
Qarabağda erməni təcavüzünə qarşı
mübarizə aparmaq bütünlüklə Azərbaycanın
hərbi hissələrinin öhtəsinə düşdü.
Zəngəzurdakı
vəziyyətin ağırlığını nəzərə
alan Azərbaycan hökuməti, erməni-daşnak
silahlı dəstələrinin Zəngəzur torpaqlarında
azərbaycanlılara qarşı həyata keçirdikləri
qırğınların qarşısını almaq və
onların Qarabağ istiqamətində hücumlarını
dayandırmaq məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin qoşun hissələri tərkibində
1919-cu ildə oktyabr ayının 30-da Zəngəzur Ekspedisiya
Hərbi Dəstəsi yaradıldı. Dəstənin
rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor
Cavad bəy Şıxlınski idi. Dəstənin
tərkibində iki qrup var idi. Birinci dəstədən
olan qrupa general-mayor Davud bəy Yadigezarov, sağ və sol dəstələrdən
ibarət ikinci qrupa isə polkovnik Levestam
başçılıq edirdi. Müxtəlif
istiqamətlərlə hərəkət edən birinci habelə
sağ və sol dəstələr Dığ
yaşayış məntəqəsinə doğru irəliləməli
idilər. (Azərbaycan Xalq Cümhuriyyəti
Ensklopediyası. II., Bakı., 2005 )
Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah sursatların çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın masştabını genişləndirməyə imkan vermirdi.
General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. (Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası. II., Bakı., 2005) Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayandırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və Erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi.
Rəsmi şəkildə müharibə dayandırılsada, Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanları, zorlama və qırğınların qarşısını almaq mümkün olmadı. Qarabağın mərkəzi olan Şuşa şəhərində ermənilərin fəallığı xüsusi olaraq artırdı. Azərbaycanın müxtəlif bölgələrində etnik zəmində daxili ziddiyətləri qızışdıran Rusiya burada erməni faktorundan xüsusi olaraq faydalanırdı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti getdikcə azğınlaşan erməni millətçilərinin silahlı müdaxilələrinin qarşısını almaq üçün, 1919–cu ilin yanvar ayının 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general–qubernatorluğunu yaratmağa məcbur oldu. Qarabağ general-qubernatoru vəzifəsinə əslən Zəngəzurlu (Laçınlı) Xosrov bəy Paşabəy oğlu Sultanov təyin edildi.
Xosrov bəy Şuşa şəhərindəki
Topçu və Davıdovski küçələrində
yerləşən varlı erməni evlərinin zirzəmilərində
erməni ordusu üçün gizli silah istehsalı ilə məşğul
olan Qriqor Baqdatyanın rəhbərlik etdiyi qrupu, Amo ləqəbli
mauzer ustası Armenak Dovlatuventsi və onun da təmsil
olunduğu digər bir silahlı qrupu, eyni zamanda
Şuşadakı erməni bazarında silah alveri ilə məşğul
olan bütün silah alverçilərini eyni gündə həbs
etdi.
Davamı gələn
sayımızda
Faiq İsmayılov
Bizim Yol.- 2018.- 3 aprel.- S.15.