Erməni-Azərbaycan
munaqişəsinin
tarixi və geosiyasi
kökləri
Qarabağdakı
erməni silahlılarına qarşı mübarizəyə
başlayan Xosrov bəy çox qısa müddət ərzində
Dro ləqəbli general (Drastamat Kanayan)ın, Nejde ləqəbli
(Qaregin Ter-Artunyan)ın və general Andronikin muzdlu silahlı dəstələrini
darmadağın edə bildi. Qarabağda gizli şəkildə
fəaliyyət göstərən “Qarabağ müvəqqəti
erməni hökuməti” bütün tərkibini buraxaraq
Şuşanı tərk etdi. Bununla da bu “hökumət” Azərbaycanın
siyasi səhnəsindən birdəfəlik silindi.
Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin başı Zəngəzurda
və Qarabağda erməni separatçılarının
hücumlarını dəf etməyə
qarışdığı bir zamanda, Rusiya Dağıstan və
Həştərxan (Astrxan) vilayətlərinin ərazilərindən
qurudan və sudan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
ərazilərinə hücum etdi. 1920-ci il aprel ayının
28-də Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın hərbi
təcavüzü nəticəsində süqut etdi.
Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra (29 noyabr 1920-ci il
tarixdə) Rusiya, Zəngəzur da daxil olmaqla Azərbaycanın
9 mahal və qəzalarını birləşdirərək Ermənistan
Respublikası adlı bir dövlətin
yaradıldığını elan etdi. Bu Rusiyanın
işğalı altındakı Azərbaycan torpaqları
üzərində yaratdığı, bəşər tarixində
ilk dəfə adı çəkilən ilk erməni dövləti
idi. Bu hadisədən sevinərək gözləri yaşaran
bir Fransız jurnalisti yazırdı: «Bu bəşəriyyət
tarixinə müstəqil erməni dövləti kimi daxil olan
yeganə dövlətdir».
Azərbaycan
torpaqlarında ermənilərin mövcudluğu və Ermənistan
adlı bir qurumun yaradılması Rusiyasının layihəsidir.
Ermənistanı yaratmaqda məqsəd, Rusiyaya olan xarici
hücumları öz sərhədlərindən kənarda
qarşılamaq, eyni zamanda Azərbaycanın neft sənayesini
öz inhisarında saxlamaq olmuşdur. Bu Rusiyanın 100 il
öncə düşündüyü plandır. Ermənilər
öz milli müqəddəratlarını özləri təyin
etməyiblər, Ermənistanı Rusiya yaradıb.
1920-ci
ildə Azərbaycan Demokratik Respublikasını silahlı
müdaxilə yolu ilə zorla devirən Rusiya Azərbaycanın
“tərkibində” 7 İyul 1923-cü ildə (DQMV)
(Dağlıq Qarabağ Muxtar Vilayətini) yaradaraq, Azərbaycanda
hər an közərməyə qadir olan separatizmin əsasını
qoydu.
1945-ci
ilin noyabr ayında Ermənistan K(b)P MK katibi Q.Arutyunov İ.
Stalinə müraciət edərək, bu iki Respublika
arasında iqtisadi əlaqələrin
“bağlılığını” əsas gətirərək
Azərbaycan SSR-in DQMV-nin Ermənistan SSR-in tərkibinə
daxil edliməsi haqqında məsələ qaldırdı.
Məlumat
baxılmaq üçün Azərbaycan tərəfə
göndərildi, lakin rəsmi Bakı sənədi müzakirəyə
çıxarmadan rədd etdi. Bundan iki il sonra İ.V.Stalinin
imzaladığı "Kolxozculann və digər Azərbaycan
əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kur-Araz
ovalığma kocurulməsi haqqında" 1947-ci il 23 dekabr
tarixli 4083 saylı və "Kolxozcuların və digər Azərbaycan
əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kur-Araz
ovalığma kocurulməsi ilə əlaqədar tədbirlər
haqqmda" 1948-ci il 10 mart tarixli 754 saylı SSRI Nazirlər
Sovetinin qərarlarma əsasən 150 minədək azərbaycanlı
ozlərinin tarixi torpaqlarından deportasiya olundu.
Sovet
hakimiyyəti illərində ermənilər, rusların
köməyi ilə azərbaycanlıların daimi
yaşadıqları Ermənistan SSR-dən
çıxarılmasını müntəzəm şəkildə
təmin etdilər. Belə ki, 1943 - cü ildə Tehranda
keçirilən konfransda ermənilər İranda yaşayan
ermənilərin Ermənistana köçürülməsinə
icazə verilməsi xahişi ilə SSRİ xarici işlər
naziri Molotova müraciət edirlər. Bu məsələyə
Stalin şəxsən razılıq verdi.
Sovet
rəhbərliyinin bu qərarı azərbaycanlıların
1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan
deportasiya olunmasının əsasını qoydu.
Çünki İrandan gələn ermənilərin məskunlaşması
üçün ərazilər və evlər
boşaldılmalı idi.
1941-45-ci
il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin
Ermənistana köçürülməsinə
başlandı. Belə ki, 1946-cı ildə Suriya,
Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min
900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ,
Yunanıstan, Misir, İraq və Livandan 35 min 400, 1948-ci ildə
isə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və
Rumıniyadan xeyli sayda erməni Ermənistandan qovulan azərbaycanlıların
mülklərinə köçürüldü.
Yalnız
1953-cü ildə Stalinin ölümündən sonra Ermənistandan
azərbaycanlıların köçürülməsi prosesi
dayandırıldı. 1985-ci ildə M.Qorbaçov Sovetlər
Ittifaqının rəhbəri seçildikdən sonra onun həyat
yoldaşı R.Qorbaçovadan istifadə edən ermənilər
“Böyuk Ermənistan” yaratmaq iddialarını gündəmə
gətirərək yenidən fəallaşdırdılar.
Rusiyada
1988-ci ildə başlayan yenidənqurma, aşkarlıq prosesi
antiazərbaycan əhvalruhiyyəsinin və Azərbaycana
qarşı ərazi iddialarının yeni dalğasını
yaratdı. 1945-ci ildə sınaqdan
çıxarılmış bir metod irəli
sürüldü, guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən
bir-birinə bağlı olması imkan verirr ki, azərbaycanlılar
Ermənistandan çıxarılsın, Qarabağ isə Ermənistana
birləşdirilsin. 1988-ci ildən başlayaraq Ermənistanda
azərbaycanlılara qarşı kütləvi hədə
qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi
yandırılması həyata keçirilirdi.
Etnik
təmizləmə və indiki Ermənistan ərazilərində
1988-ci il noyabrın sonunda başlandı. Rəsmi hakimiyyət
orqanlarının dəstəyi və sanksiyası ilə
indiki Ermənistan dovlətinin ərazisində məskunlaşmış
son 350 mindən artıq azərbaycanlı qısa bir muddət
ərzində oz tarixi torpaqlarından deportasiya olundu. Ermənistanm
azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin
novbəti faciəvi mərhələsi olan bu kutləvi qovulma
aksiyası azərbaycanlıların oldurulməsi, onlara
işgəncələrin verilməsi ilə muşayiət
edildi. Etnik təmizləmə nəticəsində 216 azərbaycanlı
qətlə yetirildi ki, bunların da əksəriyyəti
qadmlar, uşaqlar və qocalar idi. Bunlardan 49 nəfəri xilas
olmağa calışarkən dağlarda donmuş, 41 nəfəri
xususi qəddarlıqla doyulərək qətlə
yetirilmiş, 35 nəfəri uzun surən işgəncələrlə
oldurulmuş, 11 nəfəri diri-diri yandırılmış,
16 nəfəri gullələnmiş, 10 nəfər əzab və
işgəncələrə dozməyərək olmuş, 2 nəfər
xəstəxanada həkimlər tərəfindən
oldurulmuş, 2 nəfərin başı kəsilmiş, digərləri
isə suda boğularaq, asılaraq, elertrik cərəyanma birləşdirilərək
və s. qeyri-insani usullarla qətlə yetirilmişlər.
Etnik azərbaycanhlara qarşı cinayətlər Quqark,
Kalinin, Gorus, Stepanavan, Vardenis, Masis, Spitak, Ararat, Kirovakan,
İcevan, Krasnoselo, Yexeknadzor, Amasiya, Qafan, Abovyan, Sisyan, Sevan,
Noyemberyan, Meğri və digər rayonlarmda xususi qəddarlıqla
həyata kecirildi.
1991-ci
il avqustun 8-də sonuncu azərbaycan kəndi Nüvədidən
əhalinin çıxarılmasından sonra Ermənistan
faktiki olaraq monomillətçi dövlətə çevrildi.
«Türksüz Ermənistan» adlı daşnak ideyası
reallaşdı. Ermənistanın azərbaycanlılara
qarşı bu təcavüzkar siyasəti dünyanın
bütün supergücləri tərəfindən dəstəkləndi.
Rəsmi Yerevanm ardıcıl və davamlı şəkildə
həyata kecirdiyi etnik təmizləmə siyasəti nəticəsində
hazırda bu olkə ərazində bir nəfər də azərbaycanlı
qalmadı.
1988-ci
ildən Dağlıq Qarabağın erməni əhalisi
arasında millətçilik əhval-ruhiyyəsi
qızışdırılmağa başlanmışdı və
13 fevral 1988-ci il tarixdə ermənilərin Xankəndi şəhərində
“Qarabağ Ermənistana birləşdirilsin” şüarı
altında mitinqləri başlandı.
Xankəndində
isə vəziyyət getdikcə mürəkkəbləşir,
kütlə vilayət rəhbərliyinin idarəçiliyindən
çıxırdı. Bu arada Moskva Arkadi Volskinin rəhbərliyi
ilə Xüsusi İdarəetmə Komitəsi yaratmaqla
Dağlıq Qarabağa nəzarəti tamamilə öz əlinə
aldı. Komitənin əsas missiyası Qağlıq
Qarabağdan azərbaycanlı əhalinin
köçürülməsini təmin etməklə bərabər,
Qarabağı Ermənistana birləşdirilməsinə nail
olmaq idi.
Xüsusi
İdarəetmə Komitəsi Dağlıq Qarabağın
“Sosial iqqtisadi geriliyini” aradan qaldırmaq üçün,
iqtisadi cəhətdən Azərbaycandan qat-qat zəif olan Ermənistanın
sənaye və kənd təsərrüfatı rəhbərlərini
Xankəndinə dəvət etdi. Ermənistanın sənaye və
kənd təsərrüfatı idarələrinin
filiallarını burada açmaqla Komitə, Qarabağla Ermənistanın
bağlılığını daha da artırmaqla gələcəkdə
bu ərazilərin Ermənistana birləşdirilməsinin zəruriliyini
ortaya qoyurdu.
1988-ci
ilin noyabr ayında Ermənisan SSR-in Alminium zavodlarından
birinin filialının Əsgəran rayonunun ərazisindəki
“Topxana” meşəsində tikintisinə başladılar.
“Topxana” Azərbaycan üçün yalnız meşə, təbiət
qoruğu gözəllik simvolu deyil, “Topxana” bu xalqın tarixi və
qürur mənbəyidir.
Ermənistanın Topxanaya olan bu təcavüzü
onsuz da əsəbləri tarıma çəkilmiş Azərbaycan
xalqını ayağa qaldırdı. Laçından,
Şuşadan başlanan xalq hərəkatı Bakıda
böyük və geniş vüsət aldı. Bu Hərakat
çox qısa müddətdə bütün Azərbaycana
yayılaraq Sovetlər İttifaqını kökündən
silkələdi. Çünki xalq öz azadlığı
uğurunda mübarizəyə qalxmışdı.
Buna
cavab olaraq ermənilər Dağlıq Qarabağda etnik təmizləmə
işlərini daha da sürətləndirdilər.
Qarabağdan Azərbaycanlıların öz doğma
yurd-yuvalarından qovularaq çıxarılması getdikcə
kütləviləşirdi. Ermənilər yollarda pusqular qurur
azərbaycanlıların nəqliyyat vasitələrinə
hücumlar təşkil edirdilər. Hər gün bu yollardan
keçən onlarla azərbaycan vətəndaşları bədən
xəsarətləri alırdılar. Artıq dünyanın
bir çox tanınmış terrorçuları Qarabağa
azərbaycanlılara qarşı döyüşməyə gəlirdilər.
1988-ci
ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş
silahlı dəstələri Qarabağın meşələrində
görünməyə başladı. Onlar saqqallarını
uzadaraq meşələrdə yaşayır DQMV-nin rəhbərliyi
tərəfindən silah sursat və ərzaqla müntəzəm
təmin olunurdular. Saqqalıların vəzifəsi azərbaycanlıların
yaşayış mərkəzlərində təxribatlar,
sui-qəsdlər törədərək əhalini daim qorxu və
vahimə içərisində saxlamaqla bərabər rəhbərlərindən
gələn növbəti təlimatlara əməl etmək
idi.
Azərbaycan
Hökumətinin erməniləri sakitləşdirmək
üçün ümidsiz cəhdləri bir fayda vermirdi. Ermənilər
dinc qonşuluğu düşmənçiliyə
çevirirdilər. Artıq onlara Tibilisidən “Dağ
tülküsü” ləqəbli general Arkadi İvanoviç
Ter-Tadovesyan, əslən ABŞ-ın Kaliforniya
ştatından olan Livan vətəndaşı məhşur
terrorist “Abo” ləqəbli Monte Melkonyan, İrəvan şəhərindən
Tatul Karapetyan kimi xüsusi təlim görmüş canlı
qüvvələr öz silahlı dəstələri ilə
Qarabağda azərbaycanlılara qarşı vuruşmağa gəlirdilər.
Meşələrdə erməni millətindən olan
qaniçən saqqallı insanların peyda olduğu barədə
müxtəlif vahiməli xəbərlər azərbaycanlıların
yaşayış məntəqələrində sürətlə
yayılırdı.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ munaqişəsi etnik azərbaycanhların
1988-1989-cu illərdə cəmi bir necə ay ərzində oz
tarixi torpaqlan olan indiki Ermənistan Respublikası ərazisindən
deportasiyası və bu dovlətin zor tətbiq etməklə
yeni ərazilər əldə etmək siyasətinin davamı
kimi Azərbaycan Respublikasma qarşı silahlı təcavuzu nəticəsində
baş vermiş və Azərbaycana qarşı əsassız
ərazi iddiaları irəli surmuşdur.
Ermənistan
SSR Ali Soveti "Ermənistan SSR ilə Dağlıq Qarabağm
birləşdirilməsi haqqında" 1 dekabr 1989-cu il tarixli
beynəlxalq huquq normaları ilə ziddiyyət təşkil
edən qərar qəbul etmişdir. Bu qərara görə
digər bir dovlətin ərazisinin bir hissəsi - Azərbaycan
Respublikasımn Dağlıq Qarabağ bolgəsi, qonşu
dövlət Ermənistan Respublikasının ayrılmaz hissəsi"
elan edilirdi.
Faiq İsmayılov.
AMEA Hüquq və İnsan
Haqları İnstitunun əməkdaşı.
Bizim Yol.- 2018.- 4 aprel.- S.15.