Erməni-Azərbaycan munaqişəsinin

tarixi və geosiyasi kökləri  

 

Əvvəli qəzetin ötən sayında

 

Ermənistan SSR Ali Sovetinin qeyd edilən qərarı Ermənistanın silahlı quvvələrinin Azərbaycan Republikasma qarşı silahlı təcavuzu rəsmləşdirildi.

Ermənistan hakimiyyəti oz ərazisində yaşayan azərbaycanlıları oz tarixi torpaqlarmdan deportasiya etməklə kifayətlənməmiş və 1988-1994-cu illərdə Azərbaycana qarşı silahlı təcavuz etmişdir. Azərbaycana qarşı silahlı doyuşlərdə Ermənistanın silahlı quvvələri ilə yanaşı, dunyanm muxtəlif olkələrinin vətəndaşları olan etnik ermənilərdən ibarət silahlı muzdlular dəstəsi və beynəlxalq erməni terror təşkilatları iştirak etmişlər. Ermənistanm Azərbaycana qarşı hərbi təcavuzu nəticəsində Azərbaycan torpaqlarınm 20 faizi, o cumlədən kecmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV), eləcə də ona bitişik olan 7 rayonunun (Lacm, Kəlbəcər, Ağdam, Fuzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları) əraziləri işğal edildi.

Bundan başqaAzərbaycanın cəbhəyanı və Ermənistanla sərhədyanı rayonlarının da bir sıra yaşayış məntəqələri işğal olunmuş (Naxcıvan MR, Qazax, Tərtər, Ağcabədi, Gədəbəy) və ciddi zərər (Ağstafa, Beyləqan, Tovuz) vurulmuşdur. Hazırda Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxcıvan Muxtar Respublikasmm işğal olunmuş 2 kəndindən 1-i, Ağdam rayonunun işğal olunmuş 123 kəndindən 80-i, Fuzuli rayonunun işğal olunmuş 76 kəndindən 54-u, Tərtər rayonunun 13 kəndi və Qazax rayonunun işğal olunmuş 12 kəndindən 7-si hələ də işğal altmda qalmaqdadır. Azərbaycan Respublikasmm kecmiş DQMV və 7 ətraf rayonu, o cumlədən cəbhəyanı və sərhədyanı rayonların bir sıra yaşayış məntəqələri də daxil olmaqla Azərbaycan Respublikasının 20% ərazisi işğal edildi.

Ermənistanm silahlı təcavuzu nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 50 min insan yaralanmış və muxtəlif dərəcəlı xəsarət almış, 5 mindən artıq azərbaycanlı əsir və itkin duşmuş, Ermənistanm oz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata kecirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qacqm və məcburi kockunə cevrilmişdir. Muharibə nəticəsində 900-dən cox yaşayış məntəqəsi dağıdılmış və qarət edilmiş, mulki əhalinin umumilikdə 9 milyon m2 sahədə evləri, dovlət muəssisələri və sosial obyektlər dağıdılmış və yandırılmışdır.

Rusiya Federasiyasmın vasitəciliyi ilə 1994-cu ilin 12 may tarixində tərəflər arasmda atəşkəs haqqmda protokol imzalandı və hazırda munaqişənin sulh yolu ilə tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə danışıqlar aparmağa başladılar.

ATƏT-in həmsədr olkələri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatlarmda təcavuzkar olkə ilə təcavuzə məruz qalan olkə arasında hec bir fərq qoyulmamış, təcavüzkardan beynəlxalq huquq normalarına riayət edərək, işğal altmda olan əraziləri dərhal və qeyd-şərtsiz azad etmək tələb olunmamış, bu məqsədə nail olmaq ucun təcavuzkar Ermənistana qarşı hec bir siyasi təsir gostərilməmişdir.

Azərbaycan strateji baxımdan Rusiya, Turkiyə və İran arasmda birləşdirici bolgədir, Şimal-Cənub, Şərq-Qərb strateji xətləri bu bolgədən kecir. Təbii enerji ehtiyatlarmm (neft və qaz) Xəzər hövzəsindən dunya bazarma nəqli marşrutları (Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri) Azərbaycanı Avropaya birləşdirir.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanm Cənubi Qafqazda oz geostrateji maraqları var. Rusiya SSRİ suqut etdikdən sonra bu regionda itirilmiş movqelərini qaytarmaq və daha da gucləndirərək, regionda öz hegemonluğunu bərpa etməyə calışır. ABŞ və Avropa İttifaqı isə, öz novbəsində, Xəzər hövzəsindən təbii enerji resurslarınm dünya bazarma nəqli məqsədilə transmilli layihələr reallaşdırır və bu vasitələrlə regionda oz mövqelərini möhkəmləndirməyə calışırlar.

Münaqişədən faydalanmaq istəyən Ermənistan siyasətciləri Azərbaycana qarşı silahlı təcavuzu və Azərbaycan ərazilərinin işğalını "Dağhq Qarabağ xalqınm" oz muqəddəratmı təyin etmək və mustəqillik uğrunda milli-azadlıq hərəkatı" adlandırırlar. Azərbaycanm Dağlıq Qarabağ bolgəsində məskunlaşmış erməni əhalini hec bir halda "Dağlıq Qarabağ xalqı" adlandırmaq olmaz. Onlar Dağlıq Qarabağda məskunlaşmış əhalinin etaik erməni hissəsidir və butövlükdə, Azərbaycan Respublikasmdakı milli azlıqdır. Digər tərəfdən, erməni xalqı oz muqəddəratmı təyin edib və Azərbaycan torpaqlarında indiki Ermənistan adlı dövlət yaradıblar.

Xalqların oz muqəddəratmı təyin etmək huququnun həyata kecirilməsi və bu huquqa hormət prinsipindən suveren və mustəqil dovlətin ərazi butovluyunu, yaxud siyasi birliyini tamamilə və ya qismən pozan, ya da parcalayan hər hansı əməllərə yol vermək olmaz.

Dağhq Qarabağ regionu və ətraf rayonlarda baş verən silahlı toqquşmaları, Azərbaycan ərazisinin silah gucu ilə parcalanmasmı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata kecirilməsini bu ərazilərdə məskunlaşmış ermənilərin oz muqəddəratını təyin etmək kimi qiymətləndirmə cəhdləri beynəlxalq huququn əsas prinsiplərinə ziddir və həqiqəti əks etdirmir.

 

Faiq İsmayılov.

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

Bizim Yol.- 2018.- 5 aprel.- S.15.