Ölkəmizin şəfalı təbii sərvətləri
Hər daşında min illərin
sirri yatan Azərbaycan
Odlar yurdu deyiblər Azərbaycana
ulularımız. Amma hər daşı, bir ovuc torpağı
can dərmanıdır deməyiblər nədənsə?
Azərbaycan təbiəti dedikdə
yadıma ilk növbədə Dədə Qorqud boyları əsasında
yazılmış “Ana südü, dağ çiçəyi”
hekayəsi düşür. Ana ox yarası ilə
ölümcül hala düşmüş oğlunu
dağlardan dərdiyi şəfalı otları öz
südünə qataraq sağaldır.Bu əfsanədə əslində
ana təbiətin şəfaverici gücünə, hər
otun, hər çiçəyin bilmədiyimiz sirlərinə
də diqqət çəkilir.
Azərbaycanın
mövcud təbii-coğrafi şəraiti, zəngin təbii
ehtiyatları ekoloji mühiti, təbiəti başdan başa
şəfa mənbəyidir.
Son illərdə
ətraf mühitin mühafizəsi və ekoloji problemlərin
həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin
hüquqi bazasının yaradılması istiqamətində
respublikamızda çox işlər görülüb.
Davamlı inkişafa keçid prinsiplərinə uyğun
olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə
olunması istiqamətində müəyyən institusional tədbirlər
həyata keçirilib. Azərbaycanda sağlamlıq və
ekoturizm üzrə işçi qrupları yaradılıb
Bakıda
Turizm Şurasının VI iclasında sağlamlıq turizmi
üzrə işçi qrupu yaradılıb. Ölkədə
sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə
bu sahə üzrə işçi qrupunun yaradılması və
Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq
sertifikatların əldə olunması istiqamətində fəaliyyətin
həyata keçirilməsi xüsusi önəm kəsb edir.
“Beynəlxalq
səviyyədə tanınan həmin sertifikatların əldə
olunması ölkəmizin sağlamlıq turizmi
potensialının xaricdə daha geniş tanınmasına və
xarici turist axınına yardımçı olacaq.Strateji Yol Xəritəsinə
uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının
araşdırılması və milli parklarda müxtəlif
turizm fəaliyyətlərinin təşkili ilə
bağlı müəyyən tədbirlər nəzərdə
tutulub”
Ekoturizm və
təbii sərvətlərimizdən istifadə
üçün dövlət səviyyəsində işlər
görülüb. Bu təqdirəlayiq haldır.
Maral buynuzunun möcüzəsi
– Cavanlıq iksiri
Qədim
dövrlərdən gələn metodlar bu gün də
alternativ tibdə maraqla qarşılanır. Bunlardan biri də
Altay maralının buynuzundan istifadə olunaraq aparılan
müalicədir. Hələ e.ə. 168-ci ilə aid olan əlyazmada
pant vannaları haqqında məlumat verilib. Maralın tam
sümükləşməmiş buynuzu pant adlanır. Deyilənə
görə, pant vannaları 52 xəstəliyin çarəsidir.
2015-ci ildə
“Cənnətbağı Altıağac” istirahət mərkəzinin
ərazisində maralçılıq təsərrüfatı
yaradıldı. Burda “Altay Maralı ” sağlamlıq və
müalicə mərkəzinin fəaliyyətə
başladı.
“Altay
Maralı” sağlamlıq və müalicə mərkəzinin
pasiyentlərə Pant vannaları, pant maskaları, pant mikro
imalələri, fito cəlləkdə buxar prosedurları və
digər xidmətlər təklif olunur . Burada həmçinin
maral buynuzundan hazırlanmış tibbi və kosmetoloji
preparatları da burada əldə etmək
mümkündür.Hazırda təsərrüfatda 120-ə
yaxın maral saxlanılır.
Maral
ilboyu böyüyən və ildə bir dəfə təbii
şəkildə qırılıb düşən buynuza
malik yeganə məməlidir. Maralın buynuzu baharda, aprel-may
aylarında sümükləşməmiş şəkildə
olanda kəsilir. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10
prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində
23 amin turşusu var. Buynuz müalicəsi 10 gün davam edir.
Maral
buynuzundan hazırlanmış bulyonda 36, 37, hətta 40 dərəcəlik
temperaturda 20 dəqiqə ərzində vanna qəbul edilir.
Ənənəvi
Şərq təbabətində pant vannaları gücün və
cavanlığın qorunması, eləcə də bir
çox xəstəliklərin müalicəsində geniş
istifadə olunur. Xroniki yorğunluğun aradan
qaldırılması, maddələr mübadiləsi, metabolik
proseslərin intensivliyinin artırılması, müqavimətin
gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində
faydalıdır. Pant vannaları ürək-damar sisteminin fəaliyyətinə
müsbət təsir edir, arterial təzyiqi tənzimləyir,
varikoz genişlənmənin inkişafını zəiflədir,
müxtəlif onurğa və oynaq xəstəlikləri
zamanı effektivdir.
Travmalar və
əməliyyatdan sonrakı bərpa dövründə
sağalma prosesini sürətləndirir. Mədə-bağırsaq
sistemi, bronxial astma, dermatoloji xəstəliklərin müalicəsində,
hətta piylənmə zamanı pant vannası geniş istifadə
olunur. Bu müalicə metodunun unikallığı xəstələrin
heç bir ağrı hiss etməməsidir. Yalnız onkoloji
problemlər zamanı pant vannası qəbul etmək məsləhət
görülmür. Üstəlik, sübut olunub ki, pant
vannası qəbul edən şəxs bir neçə il
cavanlaşır.
Dünya şöhrətli Naftalan,
Duzdağ və Qalaaltı
kurortları
Azərbaycanın
daha bir təbii sərvəti Naftalan yağıdır.
Naftalan
nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən
biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində
70-dən artıq xəstəliyin uğurlu müalicəsi
mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin
iqtisadi əsasını təşkil edən müxtəlif
sanatoriya mərkəzləri ötən il 12 min turistə
öz qapılarını açıb.
Sanatoriyanın
baş həkimi Nəzakət Əhmədovanın sözlərinə
görə, Naftalan nefti güclü iltihab əleyhinə,
ağrıkəsici, allergiya əleyhinə təsirlərə
malik olmaqla yanaşı, digər effektiv xüsusiyyətlərə
də malikdir.
Naftalan
neftilə müalicə daha effektlidir. Dərmandan fərqli
olaraq əks və ya əlavə təsirə malik olmur. Misal
üçün, sümük-oynaq xəstəlikləri
zamanı istifadə olunan dərmanlar mədə-bağırsağa
çox təsir edir. Amma Naftalanda əksinədir. Sonzuluqla
bağlı uzun müddət dərmanla müalicə
aparılması hormonal çatışmazlıqlar
yaradır, Naftalan isə təbii müalicədir”,- deyə həkim
bildirib.
Azərbaycanda
ekoturizm və sağlamlıq turizmində mühüm rol
oynayan təbii sərvətlərimizdən biri də Duzdağ
adı ilə məşhurlaşmış Duzdağ müalicə
mərkəzidir.
Duzdağ
Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən
14 km uzaqlıqda, 1173 metr hündürlükdə və 5
ulduzlu “Duzdağ” mehmanxanasından iki kilometr məsafədə
yerləşir. Yeraltı və yerüstü hissələrdən
ibarət olan Mərkəz 1979-cu ildən xəstəxana kimi fəaliyyətə
başlamış, 2006-cı ildə yenidənqurma işləri
aparılmış, müasir avadanlıqlarla və ləvazimatlarla
təmin olunmuşdur. Hazırda Mərkəzdə 300 yataq yeri
mövcuddur. Mərkəzdə il ərzində 1600-1700 xəstə
qəbul edilir. Burada İki qadın, iki kişi, bir uşaq
palatası və iki istirahət foyesi fəaliyyət göstərir.
Daha bir
möçüzə şəfalı Qalaaltı suyudur.Dəvəçi
rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı
adlanan kəndin üst tərəfində, ən şəfalı
guşələrindən birində – dağətəyi
meşədə 1969-cu ildə yeni mədən suyu
tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi
müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata
malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən
artıqdır. Alimlərimizin apardıqları hidrogeoloji,
fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir
ki, “Qalaaltı” suyu tərkibi etibarı ilə Zakarpatiyada
(Truskavets) çıxan mədən suyu “Naftusiya”nın
eynidir. “Qalaaltı” mədən suyu tapılana qədər
ölkəmizdə Truskavetsin “Naftusiya” suyu yeganə hesab
olunurdu. İndi artıq onun oxşarı tapılmışdır.
“Qalaaltı” mədən suyu hidrokarbonat-kalsium,
xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində
çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su
özünün tərkibindəki kimyəvi maddələrin
köməyi ilə daşəridici xassəyə malikdir, eyni
zamanda, iltihab əleyhinə də təsir göstərir.
Adıçəkilən
bu təbii sərvətlərimiz ölkəmizin adının
dünyanın müxtəlif ölkələrində çəkilməsinə
səbəb olur. Minlərlə turist məhz bu
sağlamlıq mərkəzlərinə üz tutub gəlir.
Sağlamlıq turizminin ölkə iqtisadiyyatına verdiyi
fayda da xüsusilə qeyd edilməlidir.
Təbii sərvətlərdən
istifadə edərkən insane
özü faydalanıb, təbiəti
yaralamamalıdır
Azərbaycanda
zəli müalicəsi alternativ müalicə metodu kimi
çox geniş yayılıb. O qədər geniş
yayılıb ki, AMEA Zoologiya İnstitutu artıq həyəcan
təbili çalır. Dünyada zəlinin 500-ə yaxın,
Azərbaycanda isə 17 növü var. Zəlinin yalnız bir
növü — tibb və ya “aptek zəlisi” tanınan
növü insana faydalıdır. Amma aidiyyəti qurumlar
bildirir ki, əgər zəlilərin vəhşi təbiətdən
ovlanması belə davam edərsə, Azərbaycanda 5 ildən
sonra tibbi müalicə üçün zəli
tapılmayacaq.
Zəli
müalicəsi, başqa sözlər, hirudoterapiya adlanan bu
müalicə üsulu hələ qədim zamanlar da istifadə
olunub. XVII əsrdən sonra zəli ilə müalicə
üsulu tədricən unudulsa da, son dövrlərdə bu
müalicə üsulu yenidən aktuallaşıb.
Günümüzdə zəli ilə müalicə olunan xəstəliklər, əsasən ginekoloji xəstəliklər, hipertoniya, varikoz xəstəliyi, onurğa sütunu və oynaq xəstəlikləri, sinir sistemi pozulmalarıdır. Amma hər bir müalicə sistemində olduğu kimi, burada da əməl olunması vacib qaydalar var.
İlkin olaraq zəli müalicəyə hazır vəziyyətə gətirilməlidir. Qış və yaz hovuzunda yetişdirilən zəlilər sonradan xüsusi qablara — banka və balonlara yığılaraq 6 ay saxlanılır ki, bədənləri sterlizə olunsun. Bədəni təmiz olmayan zəli zəhərlənmə verə bilər.Müalicə seansı zamanı zəli qana 100-ə yaxın bioloji aktiv maddə yeridir: “Bu maddələrdən ən vacib olanı hirudindir. Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsini əngəlləyir, damarları təmizləyir.
Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir.Zəli özü bioloji aktiv nöqtələri taparaq ora yapışır. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur.
Əlbəttə, bütün bunlar Azərbaycandakı
şəfaverici təbii mənbələrin yalnız bir
qismidir. Daşı torpağı qızıldır, ana
yurdumun.Yetər ki, dəyərini bilək, layiqincə qiymətləndirib
istifadə edək. İstifadə edərkən sui-istifadəyə
yol verib gələcək nəsilləri bu sərvətlərdən
məhrum etməyək və ən əsası da anamız təbiətə
zərbə vurmayaq. Onun səxavətlə təqdim etdiyi
bütün nə varsa insana xidmət edir. İnsan bu səxavətin
qarşısında naşükür olmamalı, insanca cavab
verməyi bacarmalıdır.
İlhamə Rəsulova
Bizim Yol.- 2018.- 12 aprel.- S.11.