Ermənilər abidələrimizin
memarlıq
quruluşunu dəyişdirirlər
Alban dövrünün ən
mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar
və monastırlar hesab olunurlar.Monastr və bazillikalar, kilsə
və sovmələrdən fərqli olaraq iki, üç və
hətta dördnefli əzəmətli tikinti quruluşuna malik
olurlar. Bu abidələr kütləvi
tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu.
Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini “erməni kilsəsi” adlandıran ermənilər, Dağlıq Qarabağda bütün alban dövrü abidələrin hamısının “erməni kilsələri” olduğunu iddia edirlər. Halbuki Sovet İmperiyası dövründə bə ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətlərini təmin edirdi.
Dağlıq Qarabağda öz fsunkar gözəlliyi ilə seçilən belə monastrlardan biri də keçmiş Ağdərə rayonunun ərazisindəki Xotavəng monastırıdır.
Qarabağın Vərəndə ərazisinin
sonrakı adı Ağdərədir. Rayon 8 avqust
1930-cu ildə təşkil
edilmişdir. 10 sentyabr
1939-cu ilədək Cerabert,
1991-ci ilə qədər
Mardakert 1991-ci ildən
sonra Ağdərə
adlanıb. İnzibati mərkəzi
Ağdərə şəhəri
olub.
Azərbaycan Respublikası Milli
Məclisinin 13 oktyabr
1992-ci il tarixli Qərarına əsasən ləğv olunaraq Tərtər, Ağdam, Kəlbəcər
rayonları arasında
bölünmüşdür.
Bu ərazidə yerləşən
Xudavəng monastır
kompleksi (“Xotavəng monastırı” – farscadan tərcümədə “təpədə
yerləşən” anlamı
verir) — Kəlbəcərdən
şərqdə, Ağdərə-Kəlbəcər
magistral yolunun qırağındakı Bağlıpəyə
kəndindən aşağı,
Ağdərə tərəfdə,
Kəlbəcər rayonunun
29 kilometrliyində yerləşən
qədim alban monastr kompleksidir.
Monastr VI-VII əsrlərdə
Alban knyazı tərəfindən
tikilib. XV əsrlərdə
bu abidə Alban knyazlığının dini
məbədi olub.
Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən
Cəlal tərəfindən
əsaslı bərpa
edilib.
Məlumatlar göstərir ki,
Həsən Cəlalın
arvadı Minə Xatun burada dəfn
olunub, anası Arzu Xatun və
dövrün görkəmli
ziyalısı Mxitar Qoş bu məbəddə
olmuş və xatirə üçün
nişan daşları
qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur.
Binanın divarlarında yağlı
boya ilə çəkilmiş çoxlu
şəkillər və
yazılar var idi. Ağdərədən və Basarkeçərdən
gələn ermənilər
həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və
rəsmlərin yerinə
erməni xaçları
qoyub, divarlara erməni rəsmləri çəkiblər.
Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının
sahilindən gətirilmişdir. Faktiki olaraq
ermənilər bu monastırında formasının
dəyişdirilməsini həyata
keçirirlər.
Kompleksin həyətində aparılan
tikinti “abadlıq” işləri Monastrın əzəli görkəminə
zərər vurur. Beləki kompleksə
daxil olan yardımçı binalar
yenidən tikilərək
müasirləşdirilir.
Monastrın giriş qapısının
əzəli görkəmi
belə olub.
Ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək
əzəli görkəmindən
məhrum ediblər.
Artıq Ermənistan Respublikasının
rəhbərliyi Azərbaycanın
işğal altında
olan Xotavəng monastırının əsas
binasının da divarlarının dəyişdirilməsinə
başlanılıb.
Faiq İsmayılov
Bizim yol.- 2018.- 29 avqust.- S.5.