Təhsil islahatları
-Prezidentin ölkəni inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq kimi möhtəşəm proqramının yerinə yetirilməsi bu proqrama uyğun təhsil islahatları tələb edir….
– Təhsil və elm investisiyaları hətta silah, narkotik, neft biznesindən də daha çox mənfəət gətirir.
– Sovet dövrü ilə müqayisədə elmdən səmərənin mütləq məbləği 300 dəfə aşağı düşmüşdür.
Təhsil islahatları (Konseptual tezisllər).
1. Azərbaycanda son dövrlər genişmiqyaslı iqtisadi islahatlara start verilmiş, president ölkəni yaxın vaxtlarda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırmaq vəzifəsini əsas strateji məqsəd kimi qarşıya qoymuşdur.Belə məsul və strateji vəzifənin yerinə yetirilməsi üçün birinci növbədə təhsil sistemi və insanın inkişafı mexanizmi tamamilə yenidən qurulmalıdır.
2. Dünya inkişaf tarixi göstərir ki, hər cür əhəmiyyətli inkişaf təhsildən başlayır, mədəniyyət, elm, rifah, müdafiə, təhlükəsizlik, texnoloji sıçrayışlar, iqtisadiyyat – hamısı təhsilin inkişafına bağlıdır. Əzələ, top-tüfəng müharibələri arxivlərdə qaldə, beyin savaşları birinci plana keçir. Təhsildə müvəffəqiyyət əldə edən xalqlar bütün sahələrdə sürətlə inkişaf edir. Təhsil səviyyəsi ilə ümumi inkişaf düz mütənasib asılılıqdadı. Niyə müsəlman ölkələrində iqtisadi və elmi inkişaf geridi sualına bu mütənasib asılılıq tam cavab verir. Nə üçün təhsilimiz, uyğun olaraq inkişafımız ABŞ, Avropa, Yaponiya, Sinqapur səviyyəsində deyil sualının cavabı ciddi araşdırılmalıdı, səbəblər müəyyən edilməklə yanaşı, həm də ölkənin belə böhrandan çıxması yolları tapılmalıdı.
3. Səbəblər:
a/ ərəb işğalı və məmləkət əhlini daimi işğal altında saxlamaq üçün düşünülmüş din sistemi. Böyük alim Xabbardın dedikləri şübhəli suallara cavab verir: Adətən işğal altında olan xalqları idarə etmək üçün hər zaman onlar savadsız cahil saxlanılmağa çalışılır və buna görə də hər cür mərhumiyyətlərə gedilir. Kommunist işğalının xalqları təhsilləndirmə yolu özünü doğrultmadı və tezliklə işğalda olan xalqlar təhsilləndirmə yolu ilə azadlıqlarına qovuşdu.
B/ müstəqillik qazandıktan sonra beyinlərin islam işğalı labirintindən çıxa bilməməsi və hətta yenidən bu mənəvi məkana dönmə prosesi başladı. Bu yenidən ölkədə təhsilin ciddi surətdə geriləməsinə səbəb oldu, proses daha da ciddiləşdi.
c/ dövlətin təhsil siyasətinin islam işğal siyasətinin buxovundan tam azad ola bilməməsi, təhsilə tələb yaradılması prosesinin xeyli aşağı səviyyədə olması. Bu da qüsurlu bölgü sistemi, mənəvi diqqətsizlik, həmçinin təhsiliin nəticələrinin lazımi səviyyətdə dəyərləndirilməməsi yolu ilə həyata keçirilir. Sadə bir fakt – təhsil indeksi yüksək olan ölkələrdə iqtisadi inkişaf və təhsil işçilərinin orta əmək haqqı ən yüksək səviyyədədi. İslam ölkələrində və geridə qalmış ölkələrdə isə, tam tərsinə, ən aşağı səviyyədədi.
4. Elm təhsilin ayrılmaz hissəsidi, təhsilin ilkin şərtidi və həm də davamıdı. Elmsiz təhsildən və təhsilsiz elmdən danışmaq sadəlövhlükdü. Ölkənin elm sahəsi də kommunizm devrildikdən sonra islam prinsipləri ilə idarə olunmağa qaytarıldı. Buna görə də onsuz da zəif olan Azərbaycan elmi sovet dövrünə nisbətən dəfələrlə geri getdi. Mütləq maliyyələşmə həcmi iki dəfə, elmdən səmərə həcmi 300 dəfə,ümumi daxili məhsulda (ÜDM) pay etibarı ilə isə dəfələrlə azaldı. Geriləmənin səbəbləri eynidir.
5. Neynəməli: Təhsil və elm sistemi tamamilə yenidən qurulmalıdı. Yeni sistem kəşf etməyə də ehtiyac yoxdur.
Prezidentin ümumi iqtisadi proqramına uyğun olaraq təhsildə və elmdə nümunəvi olan ölkələrin təcrübəsi əsas götürülərək Azərbaycan spesifik xüsusiyyətlərinə uyğun olaraq islahat proqramı hazırlamaq və bu proqramın fasiləsiz icrasına başlamaq lazımdır. Təhsil üzrə iki ölkənin- Sinqapur və Finlandiyanın, elm üzrə İsrail və Hollandiyanın təcrübəsi əsas götürülərək spesifik özəlliklər nəzərə alınmaqla proqramı qurmaq zəruridi.
6. Keçən nəşrlərin birində Sinqapur islahatlarının çox müvəffəqiyyətli keçməsinin əsas səbəblərindən biri kimi təhsil islahatlarının səmərəli keçirilməsini göstərmişdim.
Sinqapur lideri Li Kuan Yu qeyd edirdi ki, Sinqapurun ümid edəcəyi dünyanın çox kiçicik bir güncündə yerləşən insanlardan başqa heç nəyi yoxdur, yəni heç bir resursa, hətta içməli suya və bütün əhalinin ayaqlarını tam yerləşdirməyə əraziyə də malik deyil. İnsan resursları da böyük əksəriyyəti hətta oxuyub yazmağı bacarmayan, bir-birinə qarşı heç də normal münasibətdə olmayan müxtəlif dinə, mədəniyyətə, dilə sahib kütlədən ibarətdir. Deməli, yalnız insan resurslarına və kiçicik əraziyə arxalanmaqla yeni insan yetişdirmək, tərbiyə etmək lazım idi ki, bunu da yalnız və təhsillə-elmlə və sərt tədbirlərlə etmək olardı.
7. Sinqapur
– təhsilin islahatlarının başlıca prinsipləri:
a. Ölkədə
çoxdillilik sisteminin bərqərar olması. Li Kuan tamam Sinqapurlulara yad olan bir dili-beynəlxalq
ünsiyyət dili olan ingilis dilini dövlət dili elan etməklə
həm də bu dili ümumi təhsil dili elan etdi (humanitar
predmetlər milli dillərdə-Çin, Malay, Tamil dillərində
olmaq şərtilə) və qısa zamanda bütün əhalininin
ingilis dilində təhsilini təmin etdi.
b. Maksimum
fayda və iş əmsalının yüksəlməsi.
Müəllim heyyətinin iş əmsalının yüksəldilməsi
ilə yanaşı əməyin ödənişi və
mükafatlandırma sisteminin ciddi surətdə
artırılması, həm də bütün media vasitələrindən
təhsil üçün geniş istifadə olunması. İslahatlar başlayandan hazırkı dövrə
qədər müəllimlərin əmək haqqı ən
yüksək olaraq qalır.
c.
İslahatların və təhsilin fasiləsizliyi.
Bütün il boyu təhsil sisteminin təkmilləşdirilməsi
üzrə işlər gedir, müəllimlərin və digər
ixtisas sahiblərinin ixtisasının artırılması hər
ay davam edir.
d. Təhsil
və tərbiyyənin sərt üsullarının və cərimələnməsinin
tətbiqi. Bu ölkədə ölüm
hökmü hələ də qalır, qayda pozuntularına
görə böyük (500, 1000, hətta bəzən 5000
dollar həcmində) cərimələrin tətbiqi, məktəb
və küçə davranışlarında şallaqla cəza
tədbirləri geniş istifadə olunur.
e. Maksimum
beynəlmiləlçilik, dini və milli zərərli adət
və ənənələrdən uzaqlaşmaq və
bütün tərbiyə və təhsil üsullarında qərbə
yönəlik siyasətin həyata keçirilməsi. Li Kuan
özü dindən çox uzaq – ateist və ya aqnostik olaraq məsələni
qəti qoymuşdur: din siyasi və təhsil prosesinə qəti
qarışmamalıdır, milli adət ənənələr
hər kəsin öz daxilində qalmalıdır. Əgər ölkə tamamilə qərbə üz
tutmasa heç bir uğur gözləməyə dəyməz.
Təhsil və elm sistemi də məhz bu baza və
əsaslar üzərində qurulmuşdur, dövlətin,
xalqın bütün resursları bu məqsədə yönəlmişdir.
Haşiyə: Şərq və müsəlman adətlərinə
görə gənclər evlənərkən daha çox
savadsız ev qadınlarına
üstünlük verirdi. Bunun qarşısını almaq
üçün Li Kuan 1983-cü ildə rəsmi bəyanatla
çıxış etdi və gəncləri ali
təhsilli qadınlarla evlənməyə dəvət etdi, bu
kateqoriyadan olan ailələrə stimul və mükafat sistemi
müəyyənləşdirdi. Düzdür, o ili yalnız bu amilə görə seçkilərdə
12 pillə itirdi, amma bu problemi kökündən həll etdi.
f. Xarici
inkişaf etmiş ölkələrin təcrübə və
yardımından maksimum faydalanma, xüsusilə İsrail,
ABŞ, Finlandiya təcrübəsinə istinad və daxildə
təhsil mexanizminin hazırlanmasında və
aparılmasında dünya miqyaslı mütəxəssislərdən
istifadə olunması. Bu münvalla Sinqapur təhsil
və tərbiyə sistemini modern dünya təhsil sistemi ilə
qovuşdura bildi.
g. Sinqapur
indi də Finlandiyanın köklü təhsil
islahatlarının tətbiqini və onun nəticələrini
gözləyir və onun tam tətbiqinə hazırlıq
görür. Finlandiya bu gün dünyada əsrlər boyu
formalaşmış ənənəvi tədris sistemini dəyişdirmək,
predmet-fənn sistemindən problem- mövzu sisteminə
keçid niyyəti elan etmişdi və 2011-ci ildə
başlayan bu proses 2020 ci ildə başa çatmalıdı
və bütün dünya nəticəni gözləyir.. Faktiki olaraq hətta məktəblərdə
hər bir dərs problemlərin elmi müzakirəsinə
çevrilməlidi, elm universitet, akademiya və lobaratoriyalardan
məktəb siniflərinə doğru irəliləyir.
8.
Müstəqil Azərbaycan şəraitində təhsil
islahatlarının start şəraiti Sinqapurla müqayisədə
müsbət mənada çox fərqlidi. Sovet
təhsil sisteminin üstünlükləri, yüz faizlik
oxuma-yazma nisbəti, resurs, maliyyə mənbələri
bolluğu Azərbaycanda çox yüksək təhsil
islahatları keçirməyə imkan verirdi. Təəssüflər
olsun, islahatlara başladığı vaxtdan 20 ilə ərzində
Sinqapur üçüncü dünyadan birincilər
sırasaına yerləşməyə nail oldu, amma Azərbaycan
26 il ərzində ciddi sıçrayış əldə edə
bilmədi. Təhsildə isə irəliləmək yerinə
dini məhdudiyyətlərə uyğun xeyli geriləmə
baş verdi. Sovet təhsil
sisteminin üstünlükləri də
saxlanılmamış, həm kəmiyyət və həm də
keyfiyyət göstəriciləri zəifləmişdi.
a.
Əgər 1990-cu ildə (Sovet dövrü) ümumi əhali
sayında təhsil alanların payı 24,5% təşkil
edirdisə, 2017-ci ildə bu rəqəm 18,7% olmuşdur. Bu
nisbi geriləmə bütün təhsil mərhələlərində,
xüsusilə məktəbəqədər müəssisələrdə,
texniki peşə təhsilində və ali
təhsildə daha qabarıq müşahidə olunmuşdur.
b. Daha
ciddi gerilik dünya ölkələri, xüsusilə də
qonşu ölkələrlə müqayisədə daha
aydın nəzərə çarpmışdır.
Əhalinin
hər on min nəfərinə düşən ali
təhsil ocaqlarında tələbələrin sayına
görə Azərbaycan dünyada ən geridə qalan ölkələr
sırasına enmişdir. Əgər bu rəqəm Ermənistanda
– 310, Belarusda 330, Rusiyada 300, Ukraynada 331 nəfər
olmuşdursa, Azərbaycanda cəmi 169 nəfər təşkil
etmişdir. 20-64 yaşlı əhali arasında ali təhsillilərin inkişaf etmiş
dünya ölkələrində və keçmiş Sovet məkanında
(əksəriyyətində) 40-65% təşkil etdiyi halda, Azərbaycanda
bu rəqəm 17%-ə çatmır. Belə şəraitdə
təhsilin inkişafına birbaşa məsul olan bəzi millət
vəkillərindən biri universitetlərin sayının azaldılmasını,
digəri ali təhsil müəssisələrində
oxuyanların sayının azalmasını tələb edir və
bu qədər ali təhsillilərə ehtiyac olmadəğını
isbat etməyə çalışırlar.
c. Sovet
dövründə bütün təhsil sistemlərinə
pulsuz giriş təmin edilmiş və təhsil xərclərinin
ÜDM-də payına görə Azərbaycan əksəriyyət
ölkələrdən, hətta inkişaf etmiş ölkələrdən
irəlidə olmuşdursa, müstəqillik illərində
Sinqapurdan fərqli olaraq böyük miqdarda neft
pullarının daxil olmasına baxmayaraq təhsilin xeyli qismi
ödənişli sistemə keçirilmiş, təhsil xərclərinin
adambaşına həcminə və ÜDM-də payına
görə geridə qalmış Afrika ölkələrinin səviyyəsinə
enmişdir. Azərbaycanda təhsil xərclərinə
ÜDM-nin cəmi 2,9%-ni verilirsə,
İsraildə 8,5%-ni, ABŞ-da 7,4%-ni, Norveçdə 6,2%-ni məsrəf
edirlər. Yalnız məktəb təhsili ilə
kifayətlənən gənclərin payı isə inkişaf
etmiş ölkələrlə müqayisədə dəfələrlə
çoxdur.
9.
İslahatlar dərhal başlamalı və fasiləsiz
olmalıdır.
a. Sinqapur
təcrübəsinə uyğun olaraq ilk addım təhsiin
dilindən başlamılıdır. Dünyaya
açılmaq üçün yalnız ümumdünya dili
ilə ciddi uğurlar əldə etmək olar. Yalnız
milli dil ümidinə qalmaq ölkənin təhsilinin
inkişafını 50 il geri atmaq
olardı. Rus dili həm regional dil, həm
türk dünyasının çox hissəsinin ünsiyyət
dili, həm elm-texnika dili və həm də bu xalqın beynəlxalq
ictimaiyyətə qovuşmasında ötürücü
rolunu oynamasına görə və nəhayət gələcəkdə
dünyanın resurslarının 30%-ni əhatə edən bir
nəhəng bazardan öz payını almaq üçün
çox vacibdir. Beləliklə, ingilis dili
təhsil dili olmalıdır, bütün məktəb və
təhsil ocaqlarında tarix və ədəbiyyat fənnlərinin
yalnız milli dildə öyrədilməsi (Sinqapur və
Qazagıstan təcrübəsi) milli dildə (Azərbaycan
türkcəsində) vacibdir. Bununla bərabər
milli dilin mükəmməl elektron versiyasının
yaradılması, milli əlifbanın elektron variantının
işlənməsi və bütün sosial şəbəkələrdə,
elektron resurslarda yerləşdirilməsi, dilin bütün
dünya dillərinə və ayrıca türk ləhcələrinə
elektron tərcümə sisteminin qurulması, elektron qramatika və
bütün yuxarıda göstərilən dillərin və
ya həmin dillərdən Azərbaycan dilinin öyrənilməsi
proqramları hazırlanmalı və elektron təhsil mərkəzində
(ETM) yerləşdirilməlidir. Hər
hansı bir internet resursu yüksək keyfiyyədə avtomatik
tərcümə ilə almaq, istifadə etmək və ya
ölkənin milli beyində yerləşdirmək
mümkün olmalıdır.
b. Təhsilin
informasiya texnologiyaların ən müasir tələblərinə
uyğunlaşdırılması. Bu istiqamətdə
prezidentin ciddi addımlarına, böyük diqqətinə
baxmayaraq hələ də prosesdən orta əsrlər qoxusu gəlir.
Müasir elm və texnika əsrində bunsuz
heç nə etmək mümkün deyil. Beləliklə,
ilk növbədə tədris proqramları müasir şəraitə
uyğunlaşdırılmalı, İT dərsi ümumi hətərəfli
xarakter almalı, ilk növbədə müəllim-professor
heyyətinin özünün öyrədilməsi, dərs demək
səviyyəsinə çatdırılması
lazımdı. İT savadsızlığının
aradan qaldırılması üçün İT təhsili
ümum ölkə xarakteri almalıdı (Sovet vaxtı
ümumi savadsızlığın ləğv olunması
üçün istifadə olunan fəhlə-kəndli məktəbləri
kimi). Ölkə məmurlarının,
müəllim və alimlərin təqribən 70%-i bu qabiliyyətdən
mərhumdu. Belə mütəxəssislərin iş
qabiliyyəti və səmərəsi keçən əsrin səviyyəsində,
yəni bu günkü səviyyənin yarısı qədərdi.
Müasir məktəb və ya universitet sinifinə
İT texnologiyalarını mükəmməl mənimsəyə
bilməyən bir nəfər də olsa buraxllmamalıdı.
İT elminin (tədrisinin deyil, elminin) öyrənilməsi
ibtidai siniflərdən başlamalıdı. Mənim yüksək intelektli tələbəərimdən
biri Qubad İbadoğlu orta məktəblərdə
proqramlaşma üzrə xüsusi siniflərin
açılması (digər səmərəli təkliflərlə
bərabər) təklifini vermişdir. Mənə
elə gəldi ki, bu qədər milli, dövlət əhəmiyyətli
təklifə lazımi reaksiya verilmədi. Proqramlaşma
(soft)gələcəyin qurulma sistemidi,
sanki binanın layihəsi olduğu kimi bütün
görüləcək işlərin addım-addım kodudur,
tərəqqi əsrində nə iş görmək istəsən
(fermada heyvanları yemləməkdən, tarlada sahəni
şumlamaqdan tutmuş, orduda döyüşmək, fəzaya
uçmağa qədər birinci növbədə kod-proqram
işləməlisən. Son dövrün təcrübəsi
isə göstərdi ki, belə incə işlərdə ən
böyük uğur qazanan uşaq və gənclərdi.
Vaxt gələcək (yaxın zamanlarada) düşmən
üstümüzə robotlardan ibarət əsgər
komandası, pilotsuz hərbi təyyarə və ya tank
komandası, raket göndərəcək, belə modern
amansız silahlar qarşısına allahu əkbər sədaları
aıtında canlı qüvvə ilə çıxmaq həm
məğlubiyyətə və həm də böyük itkilərə
səbəb olacaq. İndidən gələcəyin
əsgərlərini deyil, çox daha güclü məğlub
olmaz robot, süni intelekt, modern silahlar, pilotsuz təyyarələr,
tanklar, raketlər proqramları hazırlayan gəncləri,
alimləri, beyinləri yetişdirmək lazımdı. Bununla bərabər ölkədə internet vasitəsi
ilə milli beyin yaradılmalı, onun tərkib hissəsi kimi
bütün təhsil ocaqlarını birləşdirən
Elektron Təhsil mərkəzinin (ETM) yaradılması zəruridir.
ETM həm də onlayn tədris və sərbəst
nümayiş proqramları ilə təmin olunmalıdır,
bütün dərslər kameralar vasitəsilə ictimaiyyətə
açıq olmalıdı. Bakıda bir şagird Tovuzun
dağ məktəbində gedən dərsi sərbəst
birbaşa dinləyə bilmək hüququna malik
olmalıdı və yaxud Bakıda, hətta belə Londonda,
Tokioda, Sidneydə gedən bir dərsdə Azərbaycanın
bütün kəndlərinin müəllimləri qoşula
bilsin, ayrıca, yaxşı bir təcrübəyə malik
riyaziyyat müəllimin dərslərinə bütün
ölkə məktəblərinin şagirdləri qoşula
bilsin. Bütün bu deyilənlərə
İT-nin bu günkü inkişaf səviyyəsi imkan verir, hər
ildə də bu imkanlar ikiyə qatlayır. Bunun üçün də bütün təhsil
ocaqları hard texnika, portativ kompyüter, planşet, kameralarla
və internetlə, həmçinin onlayn tədris və əlaqə
sisteminin soft proqramları ilə təmin edilməlidir. Bütün tədris sahələri üzrə
üç dildə mümkün olan elektron öyrətmə
(soft) proqramları işləyərək və həm də
başqa dillərdə mövcud olan daha müasir
proqramları da elektron formada milli dilimizə
uyğunlaşdıraraq ETM-də yerləşdirmək və
məhdudiyyətsiz və sərhədsiz istifadəyə vermək
lazımdır. Belə elektron tədris
proqramları milli dildə oxuma-yazma imknına sahib olan və
olmayan 50 milyonluq bütün dünya azərbaycanlıları
üçün mükəmməl təhsil mexanizmi kimi fəaliyyətdə
olacaqdır. Hər bir müəllim, tələbə
və şagird portativ kompyuter və ya planşetlə təmin
olunmalıdır. Bunu isə idxal
hesabına deyil, ilk top yüzlüyə daxil olan İT
şirkətlərinin biri və ya bir neçəsi ilə
danışıqlara başlayaraq birgə istahsalını təşkil
edib daxili istehsal hesabına həyata keçirmək olar.
Azərbaycan təhsili bütövlükdə məkan
sərhədi tanımamalı, real dünya ilə virtual
dünyanın ən vacib özəlliklərinin vəhdətini
birləşdirərək ümumdünya təhsil sistemində
yüksək yerlərə yiyələnməlidir.
c.
Müasir şəraitdə hər bir islahat, illah da
bütün islahatların start mənbəyi olan təhsil
islahatları fasiləsiz olmalıdır. Uzun
müddətdir ki, xüsusilə Sovet təhsil sistemindən
ayrılından sonra təhsildə ciddi irəliləyiş əldə
olunmamışdır, əksinə əldə olunan bəzi
uğurlar da səhnədən silinmişdir. Bunun nəticəsidir ki, təhsilin inkişafı
indeksi üzrə ölkəmizin dünya ölkələri
içərisində tutduğu yer xeyli geriləmişdir.
Hazırda ölkə təhsilinin
qarşısında keçmiş dövrdə buraxılan
imkanları bərpa etməklə bərabər həmçinin
yeni islahat sistemlərini bərpa edərək təhsili irəliyə
doğru müasir sistemə uyğunlaşdırmaq
lazımdır. Müasir təhsil islahatlarında
bütün dünyanın diqqəti Finlandiyya təhsil
islahatlarına yönlənmişdir. Dünya
təhsil sistemi səbirsizliklə Finlandiyanın köklü
təhsil islahatlarının tətbiqini və onun nəticələrini
gözləyir. Finlandiya bu gün dünyada əsrlər
boyu formalaşmış ənənəvi tədris sistemini dəyişdirmək,
predmet-fənn sistemindən problem- mövzu sisteminə
keçid niyyəti elan etmişdi və 2011-ci ildə start
götürən bu proses 2020 ci ildə başa
çatmalıdı. Faktiki olaraq hətta məktəblərdə
hər bir dərs problemlərin elmi müzakirəsinə
çevrilməlidi, elm universitet, akademiya və lobaratoriyalardan
məktəb siniflərinə doğru irəliləyir.
!980-ci illərdə tərəfimizdən universitetdə
seçilən dərs metodları, məsələn, elmi
konfrans, komandalar arasında qarşılıqlı
yarışma, vacib iqtisadi problemlərin müzakirəsi, elmi
dissertasiyaların müzakirəsi və s. üsullar məhz
universitet tələbələrinin elmə cəlb edilməsi,
elmi universitet auditoriyalarına daşımaq niyyətinə
xidmət edirdi və sovet təhsil sistemində nisbi sərbəstlik
imkanlarına görə müəyyən səmərə
vermişdi. Bu gün əsas vəzifə daha irəli
gedərək elmi məktəb siniflərinə daşımaq
tələb olunur və məhz təhsildə Finlandiya
islahatlarının başlıca strategiyası da bu məqsədə
yönəldilmişdir. Yeni təhsil
sistemi tədrisi ənənəvi fənnlərdən
qurtararaq yeni problemlər müzakirəsi üzərində
qurmağı planlaşdırır. Məsələn,
daha çox sınaqdan keçirilən mövzular Avropa
İttifaqı, ictimai iaşədə xidmət, Ekoloji problemlər,
Təbiətin qorunması və s. –dən ibarətdir. Əgər Avropa ittifaqı mövzusu zamanı
müzakirələr iqtisadiyyatı, ictimaiyyəti, tarixi,
coğrafiyanı, dili əhatə edirsə, İctimai iaşədə
xidmət onun riyaziyyat, biologiya, kimya, biznes ünsiyyəti, məktublaşmanı
əhatə edir.
Bir əsas məsələ də ondan ibarətdir ki,
müəllim mərkəzdə oturub komanda vermir, dərs
iştirakçıların işgüzarlığı
şəraitində birgə layihənin səmərəli təşkilini
nəzərdə tutur. Bu sahədə islahatlar yalnız Finlandiya
deyil, inkişaf etmiş bütün ölkələrdə
ciddi araşdırılaraq yüzlərlə illər ərzində
formalaşmış fənn sistemindən imtina və yeni
sistemin sınağı keçirilir və bəyənilir.
Zənn edirəm ki, bu sistem dünya təhsil
sisteminin yeni cücərtisi kimi bütün inkişaf
etmiş dünyanı əhatə edəcək. Çox təəssüf edirəm ki, ölkəmizdə
bu yüksək xarakterli təcrübə heç
araşdırılmır. Amma mütləq nəinki
araşdırılmalı, eksperimentin başa
çatmasını gözləmədən iki qabaqcıl
bölgədə pilot layihə olaraq Finlandiyadan da mütəxəssislər
dəvət etməklə sınaqdan keçirmək və
bütöv sistemi mənimsəmək üçün paralel
hazırlıq işləri görmək lazımdır. Ümumiyyətlə təhsil islahatları
bütün dünya təhsil sisteminə inteqrasiya yolu ilə,
ən mötəbər təhsil və elm ocaqlarından
yüksək ixtisaslı mütəxəssislərin
iştirakı ilə, ölkəyə güclü beyin
axınının mexanizminin qurulması üsulu ilə həyata
keçirilməlidir.
d.
Dövlətin və xalqın əlində olan bütün
vasitələr, televiziya, radio, sosial şəbəkələr,
internet resursları, qəzet və jurnallar təhsilə
istiqamətləndirilməlidir və bu zaman hökümət
təhsilə əsas tələb yaratma vasitəsi (həm
maddi və həm də mənəvi) kimi fəaliyyətini
qurmalıdır. Bu həm də özəl
resursların da təhsilə və lmə cəlb edilməsini
nəzərdə tutur.
e. Ali təhsil
islahatları daha vacibdir və daha çox geri qalır.
Universitetlərin təşkili, qiymətləndirilməsi və
maliyyələşdirilməsi sistemi dəyişdirilməli,
elm və təhsil inteqrasiyası gücləndirilməli, ali təhsilin miqyası genişləndirilməli
və ölkə ali təhsili dünya təhsil sisteminə
tam inteqrasiya olmalıdır. Boloniya prosesinə
uyğunlaşma davam etdirilməli, bakalavr təhsilinin müddəti
bir çox Avropa ölkələrində olduğu kimi 3 ilə
endirilməli və bununla bərabər ali təhsiin keyfiyyətinin
yüksəldilməsi ilə yanaşı yaxın dövrlərdə
təhsil alanların sayını ən azı 1,5 dəfə artırmaq lazımdır ( həm
də kadrların hazırlıq keyfiyyətinin yüksəldilməsi
məqsədi ilə əsasən xaricdən top 100 universitetdən
alimlərin dəvət olunması ilə). Yaxın zamanlarda
elm və texnologiyaların sürətli yüksəlişi
şəraitində robot, süni intelekkt, texnologiyalarla işləmək
üçün heç ali təhsil də
yetərli olmayacaq. Magistr və doktorluq təhsili
dəfələrlə genişləndirilməlidi. Elm islahatları daha çox vacib olan ayrıca
qanunlarla başlamalı və tənzimlənməlidi. Elm islahatlarının həyata keçirilməsinin
əsas istiqamətləri tərəfimizdən
hazırlanıb, hökümətə və mətbuata
verilmişdir.
f. Təbii
ki, genişmiqyaslı islahatların keçirilməsi
böyük miqdarda maliyyə resursları tələb edir. Prezidentin inkişaf etmiş ölkələrin səviyyəsinə
qalxmaq kimi böyük və miqyaslı proqramın yerinə
yetirilməsi üçün təhsil və elm xərclərinin
nisbi göstəricilərini də həmin hədəf
ölkələrinin səviyyəsinə qaldırmaq zərürəti
isbata ehtiyacı olmayan aksiomadı. Təhsil
və elm investisiyaları hətta silah, narkotik, neft biznesindən
də daha çox mənfəət gətirir.
Dünyanın ən böyük, hətta trilioner şirkətləri elm və təhsil şirkətləridir. Azərbaycan xalqı hətta bütün neft və qaz gəlirlərini təhsil və elmə yönəltsəydi, yenə də uduzmazdı. Birinci növbədə təhsil və elmin maliyyələşmə mexanizmi dəyişdirilməli və bundan sonra maliyyələşmə həcmi qabaqcıl ölkələrin səviyyəsinə qaldırılmalıdı.
İslahatların aparılması mexanizmi, bunun detallarını əlbəttə qısa tezislərdə açmaq mümkün deyil. Hesab edirəm kiç bunun üçün geniş tərkibdə komanda yaradılmalı, qanun, qərar, fərman və təlimat paketi hazırlanmalı, maliyyələşmə mənbəələri müəyyən edilməli və işə başlanılmalıdı. Hökümətin son islahat tədbirləri, təhsilə diqqətin artırılması, təhsilə məsul hökümət üzvlərinin daha mütərəqqi- islahat tərəfdarları ilə yeniləndirməsi bu geniş miqyaslı proqramın müvəffəqiyyətlə yerinə yetirilməsinə ümid yaradır.
Dərin hörmətlə
dr.prof. Saleh Məmmədov
Bizim Yol.- 2018.- 6 dekabr.- S.5; 13.