Qara Qarayevin
musiqisi Azərbaycana pəncərə
oldu
Moskvada dahi bəstəkarın 100 illik
yubileyinə həsr olunan konser keçirilib
Çaykovski adına Moskva Dövlət Konservatoriyasında
Qara Qarayevin 100 illik yubileyinə həsr olunan konsert keçirilib.
APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, yubiley konsertinin təşkilatıçıları Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyivə Moskva Dövlət Konservatoriyası
olub.
Konsertdə Q. Qarayevin əsərlərindən ibarət proqram nümayiş olunub. Proqramın əvvəlində incəsənət doktoru Rauf Fərhadov dahi bəstəkarın həyat və yaradıcılığından danışıb. Daha sonra Qara Qarayevin əsərlərindən ibarət müsiqi proqramına başlanıb. Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skirpkaçı Yelena Reviç və digər tanınmış müsiqiçilər bəstəkarın təkrarolunmaz əsərlərini səsləndiriblər.
Yubiley tədbirində
çıxış edən dahi bəstəkarın
oğlu, Moskva Dövlət
Konservatoriyasının professoru Fərəc Qarayev konsertin təşkilatçılarına təşəkkürünü
bildirib: "Mən konsertdə
çıxış edən musiqiçilərə təşəkkürümü
bildir mək istəyirəm. Qara Qarayevin musiqisi onlar üçün böyük
açılış, Azərbaycana pəncərə oldu".
Bizim yol.- 2018.- 3 fevral.- S.15.