"Bu addım turizmin inkişafına yönəlib"

 

Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"

 

"Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır".

 APA-nın məlumatına görə, bunu mədəniyyət turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəyə gələn qonaqların sayında xeyli artım var: "Vizanın üç saat müddətində verilməsi demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, prezidentin hava limanlarında, sərhədlərdə məhz "ASAN Viza" sisteminin tətbiq edilməsi ilə bağlı verdiyi qərar bu prosesin daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsini müzakirə etdik bu, gündəlikdədir".

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının qanunlarında, prezidentin aktlarında Azərbaycan Respublikasının dövlətlərarası ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi "ASAN Vizasistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların "ASAN Vizasistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin "ASAN ödənişsistemi vasitəsilə həyata keçirilməsini təmin etməlidir.

 

Bizim yol.- 2018.- 3 fevral.- S.15.