"Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzi" təsis edilib
Azərbaycan Prezidenti
İlham Əliyev “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər
haqqında sərəncam
imzalayıb.
APA-nın məlumatına görə,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
strukturuna daxil olan “Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzi”nin
təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinə
dövlət büdcəsindən
əlavə 220 000 manat
vəsait ayrılıb.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
“Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati
məsələləri iki
ay müddətində həll
etməlidir.
Bizim yol.-
2018.- 3 fevral.- S.15.