Sənətçilərimiz TÜRKSOY medalları ilə
təltif olundu
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var:
“Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu, gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümüdür. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.
Türk
xalqlarının mədəniyyətinə verdiyi
töhfələrə görə xalq
artistləri Fərhad Bədəlbəyli, Rauf
Abdullayev, əməkdar incəsənət
xadimi Çingiz Fərzəliyev
və müğənni Roza Zərgərli
təltif olunublar.
Bizim yol.-
2018.- 10 fevral.- S.15.