Xalq artisti Qubada torpağa tapşırıldı
Xalq artisti Zərnigar
Ağakişiyeva dəfn olunub. APA-nın şimal bürosunun
məlumatına görə, xalq artisti Quba şəhər qəbiristanlığında,
valideynlərinin yanında torpağa tapşırılıb.
Qeyd edək ki, aktrisanın meyiti
dünən Bakıda yaşadığı mənzildə FHN
xilasediciləri tərəfindən aşkarlanıb.
Tanınmış teatr və kino
aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva
1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə
M.A.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
"Dram və kino aktyoru" fakültəsini
bitirib.
Təhsilini tamamlayandan
sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor
Əşrəf Quliyevin
dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası
19 may 1973-cü ildə göstərilən
A.Ostrovskinin "Müdriklər"
dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul
olunub.
Zərnigar Ağakişiyevanın
kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə
xanım - İ.Əfəndiyev
"Mahnı dağlarda
qaldı", Zivər
- Anar "Təhminə
və Zaur", Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər"
və digərləri)
tamaşaçılar tərəfindən
həmişə maraqla
qarşılanıb.
Zərnigar Fətəli qızı
Ağakişiyeva 1982-ci ildə
əməkdar artist, 2000-ci ildə
isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə
“Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü
idi. 2015-cu ildə Cəfər Cabbarlı mükafatına
layiq görülüb.
Bizim yol.-
2018.- 10 fevral.- S.15.