Aşıq İsfəndiyar
vəfat edib
Aşıq sənətinin
daha bir görkəmli nümayəndəsini
itirdik
Aşıq İsfəndiyar Rüstəmov
vəfat edib. Bu barədə APA-ya aşığın nəvəsi
Rüstəm Rüstəmov
məlumat verib.
O, bildirib ki, aşıq İsfəndiyar
uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını
dəyişib.
Qeyd edək ki, İsfəndiyar
Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci
ildə Gədəbəy
rayonunda doğulub.
1958-ci ildə
SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb.
1964-cü ildə
9 nəfər gənc
aşığı ətrafına
toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa
başlayıb.
1972-ci ildə
Aşıq Ələsgərin
anadan olmasının
150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə
Azərbaycandan olan nümayəndə heyətinə
Aşıq İsfəndiyarın
rəhbərlik etdiyi ansambl da daxil
olub. Ansambl orada uğurla
çıxış edərək
Aşıq Ələsgərin
yubiley medalına layiq görülüb.
1975-77-ci illərdə
keçirilən Ümumittifaq
Festivalında da bu ansambl məharətlə
çıxış edib,
9 nəfər aşığın
hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar
isə ansamblı yüksək səviyyədə
təşkil etdiyinə
görə “Qızıl
medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Yaradıcı aşığın fəaliyyəti
ölkə rəhbərliyi
tərəfindən əməkdar
mədəniyyət işçisi
fəxri adı ilə qiymətləndirilib.
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol
səfərlərində olub
və keçirilən
yüksək səviyyəli
tədbirlərdə iştirak
edərək mükafatlarla
doğma vətəninə
qayıdıb. Aşığın həyat və
yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.
Aşıq İsfəndiyar Azərbaycan
prezidentinin təqaüdçüsü
olub.
2007-ci ildə
Aşıq İsfəndiyar
haqqında "Ustad nəfəsi" sənədli
filmi çəkilib.
Bizim yol.- 2018.- 10 fevral.- S.15.