"İnsan
yalnız öz Vətənində xoşbəxtdir"
Azərbaycanlı
rejissor: "Fransada 400 müəllim və tələbədən
ibarət teatr məktəbim fəaliyyət göstərir"
Emil Səlimov: Həyatımın ən qəmgin notları Azərbaycanı tərk etməyimlə bağlıdır
Fransada yaşayan tanınmış azərbaycanlı səhnə rejissoru Emil Səlimovun “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:
- Uzun illərdir Fransada
yaşayırsınız. Necə oldu ki, bu ölkəyə
köçməyə qərar verdiniz?
- 1989-cu ildən Fransada yaşayıram. Fransa füsunkar ölkədir, lakin mən onun nə gözəlliyinə, nə də sərvətinə aldanıb gəlməmişəm. Buraya köçməyim fransalı qadına olan sonsuz məhəbbətimlə bağlıdır. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnə rejissoru fakültəsini bitirdikdən sonra ixtisasım üzrə çalışırdım və uğurlu səhnə karyerası qurmağa nail olmuşdum. Həmin dövrdə fransız dilindən dərs demək üçün müqavilə əsasında Moskvaya gəlmiş bir qadınla tanış oldum və onunla ailə qurdum. Müqaviləsi bitdikdən sonra də mənə olan məhəbbəti onu Moskvada qalmağa məcbur etdi və Rusiyanın informasiya agentliklərindən birində redaktor işlədi, daha sonra Fransanın Rusiyadakı səfirliyində fəaliyyət göstərdi. Ancaq sonunda Fransaya qayıtmağa qərar verdi və mən də onunla birlikdə bu ölkəyə gəldim.
- Bəs uşaqlıq illərinizi necə
xatırlayırsınız?
- Mən Bakıda doğulmuşam, uşaqlığım “Beşmərtəbə" deyilən ərazidə, Vidadi küçəsində, 73 nömrəli evdə keçib. Azərbaycanda keçirdiyim uşaqlıq illərimdən yalnız gözəl xatirələrim qalıb. Məhləmizdə müxtəlif millətlərdən olan qonşularımız var idi və bir-birimizlə gözəl yola gedirdik.
Atamla anam ayrılanda 6 yaşım vardı. Atam məni
özü ilə Ukraynaya apardı. Nəticədə yeni mühitə
öyrəşmək mənim
üçün çox
çətin oldu.
Həyatımın ən qəmgin
notları Azərbaycanı
tərk etməyimlə
bağlıdır və
bunlar yaddaşımda
kök salıb.
Atam Ukraynada yenidən ailə həyatı qurmuşdu.
Mən 1972-ci ildə 15 yaşımda olanda yenidən bir neçə illiyə Bakıya qayıtdım, hətta hərbi xidmətə də getdim. 1982-ci ildə Fransaya səfərimlə bağlı
anamın icazəsini almaq üçün yenidən Bakıya döndüm. Həmin dövrdə
Sovet İttifaqını
tərk etmək üçün hər iki valideynin icazəsi tələb olunurdu.
- Fransa
cəmiyyətinə uyğunlaşmaq
çətin oldu?
- Fransaya gəldikdən sonra çox böyük peşə problemləri ilə üzləşdim.
Burada əcnəbilər
üçün iş
tapmaq olduqca çətindir. Hətta teatr sənətinin
sahibləri üçün
öz ixtisası üzrə işləmək
imkanları çox məhduddur. Ancaq bununla belə, Fransaya gəldiyim ilk illər sənətimə
uyğun iş tapa bilmədiyimdən tamaşa yazmaq qərarına gəldim və gözləmədiyim
halda Fransa Mədəniyyət Nazirliyinin
mükafatına layiq görüldüm. Bu hadisə də peşə fəaliyyətimin
uğurlu başlanğıcı
oldu. Həmin vaxtdan Parisin
məşhur Lusern Teatrında üç tamaşa və digər teatrlarda çoxlu sayda sənət əsəri səhnələşdirmişəm. Hər zaman da tamaşalarım
böyük maraqla qarşılanıb və
mənə yeni uğurlar gətirib.
- Gələcəklə
bağlı nə kimi planlarınız var?
- Hazırda yeni tamaşa üzərində işləyirəm
və iki fransalı ulduzu buna cəlb etmişəm. Adlarını hələlik məxfi
saxlayıram. Tamaşa 2019-cu ilə hazır olacaq.
- Ümumiyyətlə,
səhnələşdirdiyiniz əsərləri hansı
meyarlar əsasında
seçirsiniz?
- Əslində,
yeganə meyarım sevgidir. Yəni əsəri sevməliyəm.
Seçimimdə çox tələbkar
olduğumu mənə
dəfələrlə bildiriblər.
Bu yaxınlarda bir tamaşanı səhnələşdirməkdən imtina etdim. Tamaşada söhbət Don Juandan gedirdi. Adətən, Don Juan qadınları sevir, lakin bu
əsərdə monastrda
həyatını dua
etməklə keçirir.
Mən də mövzunu bəyənmədim. Çünki dini mövzulara toxunmağı xoşlamıram.
- Sənətçi
kimi fəaliyyətiniz
yalnız tamaşa səhnələşdirməkdən ibarətdir?
- Mənim 400 nəfər müəllim
və tələbə
kollektivindən ibarət
teatr məktəbim var - "Səlimovun metodu" (Méthode Salimov). Bu metod
bədənin hərəkətlərindən
ibarətdir. Aktyor səhnədə
təkcə nitqi vasitəsilə danışmır,
eyni zamanda bədəninin hərəkətləri
ilə də söhbət edir. Mənim məktəbimdə təhsil
üç ildir və bir ildə
13 tamaşa səhnələşdiririk.
- Bəs
işinizdə ən çox nədən zövq alırsınız?
- Səhnələşdirdiyim
tamaşaların bütün
dekorasiyasını öz
əllərimlə bəzəyirəm.
Bundan da böyük zövq alıram.
- Öz
ifadənizlə desək,
sonsuz məhəbbət
bəslədiyiniz və
sizin Fransaya köçməyinizə səbəb
olan qadınla məhəbbətiniz yenə
də davam edirmi?
- Xeyr. Ondan sonra həyatımda bir neçə qadın olub və hər zaman seçdiyim qadınla xoşbəxt həyat sürmüşəm.
- Vətənini
tərk etməyi arzulayan soydaşlarımıza
nə məsləhət
görərdiniz?
- Biz Vətəndən
kənarda hər zaman əcnəbi olaraq qalacağıq. Mən Ukraynada yaşayanda da onlar üçün
xarici idim, çünki azərbaycanlı
idim. Hətta Rusiyada yaşayanda
da xarici hesab edilirdim. Sovet İttifaqı dövründə
Rusiyada azərbaycanlılar
haqqında o qədər
də yüksək fikirdə deyildilər.
Hətta
mən Ukraynadan Azərbaycana, Vətənimə
qayıtdıqdan sonra
məni rus hesab edirdilər. Çünki Azərbaycan dilini
unutmuşdum. Mən 4 ölkədə
yaşamışam, bu
gün isə Vətənimdən uzaqdayam.
Həyat
yoluma nəzər salanda insanın doğulduğu ölkədə
yaşamalı olduğunu
düşünürəm, çünki Vətən
yalnız oradır.
İnsan
yalnız öz Vətənində xoşbəxtdir.
- Ən böyük
arzunuz nədir?
- Bakıda azərbaycanlı komediya ustaları ilə birlikdə teatr səhnələşdirmək ən
böyük arzularımdandır.
Bizim yol.-
2018.- 14 fevral.- S.15.