Gender bərabərliyi
və media azadlığı
…
Bakıda keçirilən tədbirdə
ölkədə bu sahədə mğvcud problemlər müzakirə
olunub
Bakıda “Gender bərabərliyi və
media mövzusunda Avropa
Şurası standartları”
adlı dəyirmi masa keçirilir.
APA-nın xəbərinə
görə, tədbirdə
"Azərbaycanda gender bərabərliyi
və media azadlığı"
adlı təklif edilən yeni layihə ətrafında müzakirələr aparılır.
Tədbirdə çıxış edən
Avropa Şurasının
Azərbaycandakı nümayəndəsi
Zoltan Hernyes layihəylə bağlı
yerli tərəfdaşların
dəstəyilə qarşıya
qoyulan məqsədlərə
çatılacağına inamını ifadə edib.
Səfir
çıxışında Azərbaycanın Avropa ölkələrindən daha
əvvəl qadınlara
seçki hüququ verdiyini xüsusi vurğulayıb.
Avropa Şurasının
Media və İnternet
Bölümünün Əməkdaşlıq
şöbəsinin rəhbəri
Leyla Dervisagik bildirib ki, Azərbaycan
demokratiyanın təkmilləşdirilməsi,
gender bərabərliyi və
media azadlığı baxımından
çox vacib addımlar atır. Avropa Şurası
eləcə də Avropa İttifaqı da bu sahədə
öz dəstəyini
göstərməkdədir. O bildirib ki, layihəyə
əsas məsələ
olaraq qadınların
cəmiyyətdə, xüsusilə
media sahəsində rolunun
gücləndirilməsi daxildir.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı
səfiri Kestutis Yankauskas Azərbaycanda
gender bərabərliyi ilə
bağlı balansın
kifayət qədər
qorunduğunu deyib. O real vəziyyətin tam dəyərləndirilməsi
üçün ölkədə daha çox tədqiqatlar aparılmasını təklif
edib: "Kişi və qadın hər biri bir
əlimizdir. Müasir cəmiyyətdə hər iki əlimizdən
istifadə etməliyik".
Mətbuat Şurasının sədri
Əflatun Amaşov da çıxışında
son illərdə cəmiyyətdə
gender bərabərliyi və
media sahəsində problemlər
olduğunu deyib və hazırda mediada çalışanların
45-50 faizini qadınlar
təşkil etdiyini deyib.
Prezident
Administrasiyasının əməkdaşı
Vüqar Səlimov təklif edilən layihənın əsaslandırılmasındakı
qüsurları sadalayıb
və gender bərabərliyinin
Azərbaycan siyasətinin
əsas istiqamətlərdən
birini təşkil etdiyini deyib.
Tədbirdə çıxış edən
Ombudsman Aparatının rəhbəri
Aydın Səfixanlı
layihənin uğurlu nəticə verəcəyinə
ümidvar olduğunu bildirib.
Qeyd edək
ki, "Azərbaycanda
gender bərabərliyi və
media azadlığı" adlı layihənin büdcəsi 250 min avrodur. Layihənin
əsaslandırılmasına qeyd edilib ki,
Azərbaycanda gender bərabərliyi
və medianın vəziyyətinin daha da təkmilləşdirilməsinə
ehtiyac var.
Layihənin məqsədi Azərbaycanda
mediada və media vasitəsilə gender bərabərliyinin
təşviqi, jurnalistlərin
peşə davranış
qaydalarının gender bərabərliyi
kontekstində nəzərdən
keçirilməsi və
yenilənməsi, gender bərabərliyi
və media azadlığına
dair Avropa Şurası standartlarının,
eləcə də yenilənmiş " Jurnalistlərin
peşə davranış
qaydaları"nın Bakı
və regionlarda jurnalistlər və media professionalları arasında
təşviqi, gender bərabərliyi
və media azadlığı
üzrə yeni tədris kursu proqramının hazırlanmasından
ibarətdir.
Bizim yol.- 2018.- 28 fevral.- S. 13.