Mehriban
Əliyeva Şağanda
Xəzər rayonunun Şağan qəsəbəsində
yeni inşa edilən Mədəniyyət Mərkəzinin
martın 5-də açılış mərasimi olub. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə
iştirak edib. Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət
Mərkəzinin yeni binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya
məlumat verdi ki, iki mərtəbədən ibarət Mədəniyyət
Mərkəzinin binasının inşasına 2014-cü ildə
başlanılıb. Ən yüksək səviyyədə
aparılan tikinti işləri nəticəsində Mərkəzdə
200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim
otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu
zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat,
evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik
amfiteatr, işıq aparatları və səs operator
otaqları yaradılıb.
Mədəniyyət Mərkəzinin ətrafındakı
ərazi abadlaşdırılıb, ağaclar əkilib və
yaşıllıq salınıb. Yeni
Mərkəzlə tanış
olan Mehriban Əliyeva kollektivə uğurlar arzuladı.
Bizim
yol.-2018.-6 mart.-S.15.