Tədqiqatçı Müşfiqlə
bağlı şok
faktlar açdı
Kult.az Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin direktor müavini,
repressiya qurbanları tədqiqatçısı Aslan Kənanın
Publika.az-a müsahibəsini təqdim edir:
- Aslan müəllim, əvvəlcə
bu günlərdə Mikayıl Müşfiqlə bağlı
gündəmə gələn iddiadan başlayaq. Rusiyalı
milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin
qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində
tapdığını iddia edir. Bununla bağlı komissiya
yaradılıb, DNT analizlərindən sonra dəqiq fikir səsləndiriləcək.
Sizcə, həmin qalıqlar Müşfiqə aid ola bilərmi?
- Əvvəlcə
onu deyim ki, mən DNT analizlərinin nəticəsinə
inanmıram. Çünki texnikadır, həm səhv, həm
də düzgün nəticə göstərə bilər.
Düşünmürəm ki, tapılan qalıqlar Mikayıl
Müşfiqindir.
- Şairin ölümü ilə
bağlı müxtəlif versiyalar var. Onu vuran şəxsin
illər sonra bunu etiraf etməsi ilə bağlı mətbuatda
yazılar da verilmişdi.
-
1937-ci ildə Müşfiq doğum gününə bir
gün qalmış həbs edilir, 1938-ci ilin yanvarın 5-dən
6-na keçən gecə onu güllələyirlər. Sual
olunur: əvvəllər televiziya yox idi, bir neçə qəzet
var idi, onu həmin dediyin cəllad necə tanıya bilərdi?
Mikayıl Müşfiq cavan şair idi, onu əsasən
yazıçı, şairlər tanıyırdı. Bir də
şair harada görüşlər keçirirdisə, həmin
yığıncağda olanlar onu tanıyardı. Cəlladın
həmin məclisdə nə işi vardı?!
- Müşfiq necə dəfn
edilib?
- Bu
barədə heç bir sənəddə yazılmayıb. Cəsədlərin
dəfninə gəldikdə: NKVD-nin xüsusi kimsəsizlər
yeri olub, bir qəbirdə bir neçə şəxs dəfn
edilirmiş. Çünki onları basdırmağa elə bir
vaxt da yox idi. Bir güllələnmə hökmü vermək
15-20 dəqiqə çəkirdisə, onları basdırmaq
da elə bu şəkildə olurdu. Məsələn,
Böyükağa Talıblı ilə Əhməd Cavad bir
vaxtda güllələnib. Məgər onların hər birini
ayrılıqdamı basdırıblar. Xeyr! Bir neçə
güllələnmiş şəxs üçün dərin
xəndək qazılır, onları ora atırdılar. Təmtəraqla
dəfn etməyəcəkdilər ki... Müşfiq
Müsavatın gənclər təşkilatının
üzvü olub, onun üzərində 1926-1930-cu illərdə
bir neçə əksinqilabçı ilə əlaqədə
olmaq “günahı” var idi. Bir gündə 3-4 nəfəri birdən
güllələyirdilər, hər biri üçün
ayrıca qəbir qazmayacaqdılar ki? Biz nə qədər
Müşfiqi sevsək də, onun belə dəfn edilməsini
qəbul etmək istəməsək də, bu
reallıqdır. Hesab edirəm ki, əlaqədar nazirliklər
bütün işlərə kompleks şəkildə
yanaşmalıdır. Repressiya qurbanlarına da bir abidə
qoyula bilər. Fikrimcə, repressiya olanlar harada dəfn edilibsə,
şəhərdə və ya ondan kənarda, qəbirlərə
toxunmamaq şərtilə onlar üçün bir abidə
ucaldılsın. Onsuz da şəhərimiz o qədər
genişlənib, qəşəngləşib ki, 20-30 kilometr məsafə
o qədər də uzaq sayılmır. Yollar Allaha
şükür şüşə kimidir, əvvəlki kimi
narahat deyil. Xaricdən gələn qonaqlar da həm repressiya
qurbanlarını ziyarət edər, həm də bizim gözəl
paytaxtımızın necə dəyişdiyinin şahidi
olarlar.
Güllələnənlər,
repressiyaya məruz qalanlar arasında haqlılar da, haqsızlar
da var idi. Mikayıl Müşfiq kimi şəxslərin
üzünə duranların özləri də repressiyaya məruz
qalıb. Bəziləri Müsavatın üzvü olub, onu təbliğ
etsə də, donos yazmaqla sağ-salamat çıxa biliblər.
Elə şəxslər olub ki, həyət evində
yaşayıb, heç kəs bilməsin deyə,
ayaqqabılarını qapının ağzında qoyub,
ayaqyalın donosluq etməyə gedib.
- Söhbət yazıçı,
şairlərdən gedir?
- Bəli!
Onlar da var. Amma təkcə söhbət onlardan getmir. Təbii ki,
aralarında heykəllər qoyduğumuz şair və
yazıçılarımız da var. Onlar nə qədər
insanın ölümünə səbəb olub. Üstəlik,
təkcə repressiya vaxtı yox, sonra da bu cür işlərlə
məşğul olublar. Bütün məsələlərdən
arxiv sənədlər əsasında danışıram.
Milli Təhlükəsizlik Nazirliyi, Milli Arxiv
İdarəsinin sənədləri əsasında 1937-ci ildən
hansı şair, yazıçı bir-birinin üzünə
durub, hamısı ilə tanışam. NKVD-nin
zirzəmisində qələm yoldaşının üzünə
duranları günahlandırmıram. Çünki
onlara ağlagəlməz işgəncə verirdilər.
Bir qrup isə ev almaq, çap olunmaq, vəzifə
xatirinə dostlarının üzünə dururdular. Onların çoxu tanınmış şəxslərdir.
Hər dəfə kimisə saxlamaq istəyəndə həbsdə
olanları onlar haqqında kəskin fikirlər səsləndiməyə
məcbur edir və bu səbəblə də həbs edirdilər. Bu barədə
sənədlərin hamısı arxivdə var. Müşfiqin
ən çox üzünə duran 1937-ci ildə
Yazıçılar İttifaqının sədri və katibi
olub. Onların ətrafında olan
“qulbeçələr” də var idi.
- Niyə Mikayıl Müşfiq...
- Həmin
dövrdə kim parlayırdısa, ona
qarşı çıxırdılar.
- Mircəfər
Bağırovun özünün Müşfiqi güllələməsi
barədə iddialar var. Hətta birinci gülləni onun
atdığı, sonra isə başqasının iki dəfə
atəş açdığı deyilir.
- Bu iddia
ilə razı deyiləm. Biri yazır ki,
Müşfiqə birinci Mir Cəfər Bağırov güllə
atıb və sonra yanındakı iki güllə vurub. Biri yazır ki, Müşfiqi üç güllə
ilə mən vurmuşam, bu da gilizlər, biri yazır ki, suda
boğublar. Deyirlər ki, Müşfiqi
öldürən şəxs üç gilizi illərdir evində
saxlayıb. Bunlar inandırıcı
variant deyil. Birincisi, kimin cürəti
çatar ki, Bağırovdan sonra tapançaya əl
atsın. Bağırovun adı gələndə
tük salırdılar. İkincisi, o dövrdə kim cürət edib Bağırovdan sonra
güllə ata bilərdi? Sənədlərdə
bu barədə heç bir məlumat verilmir. Yuxarıda
qeyd etdiyim kimi, o adam necə bilib ki,
güllələdiyi şəxs Mikayıl Müşfiqdir? Bir də onun nə ixtiyarı var idi ki, gilizi gizli
olaraq özündə saxlasın. Axı həmin
gilizləri təhvil verirlər. Sovet dövründə
kiminsə üstündə kiçik bir bıçaq tutanda beş il həbs edirdilər. Necə ola bilər ki, həmin adam gilizləri
saxlasın? Bu yalandır, fantaziyadır, həmin
şəxs gündəmə gəlmək məqsədilə
belə bir iddia qaldırır. Bir də kim
öldürdüyü adam haqqında belə fikir söyləyər.
O çalışar ki, onun cəllad olduğun heç kəs
bilməsin.
Bundan başqa, güllələnmə küçədə
yox, bağlı qapı arxasında baş verirdi. Atəş
açılan qapının üzərində dəlik olurdu,
həmin dəlikdən də güllə atılırdı.
Güllələnən şəxs
öldürüləcəyini bilsə də, hökmün nə
vaxt yerinə yetiriləcəyindən xəbəri olmurdu.
Güllələnən şəxsi həmin
qapıdan ötürürdülər və ona başqa bir
istiqamətə gedəcəyini bildirirdilər. Sonra özü də bilmədən gedəcəyi
istiqamətin arxa tərəfindən qeyd etdiyimiz dəlikdən
atəş açılırdı. Güllə
həmin şəxsin başının arxa tərəfdən
dəyirdi. Ölümü dəqiq olsun
deyə, bir-iki güllə də əlavə atəş
açırdılar. Eyni zamanda, güllələyən
şəxs də kimə atəş
açdığını bilmirdi. Həmin
gün güllənməni icra edən şöbənin rəisi
tərəfindən hökmün yerinə yetirilməsi
haqqında rəhbərliyə arayış
yazılırdı. Həmin sənəddə
çox zaman ölən şəxsin fotosu da verilirdi.
Deyilənlərdən və oxuduqlarımdan mənə
məlumdur ki, bəzən öldürülən şəxsin
başında güllə girən yerinə xaç şəklində
sap salırdılar. Bununla da həmin şəxsin həqiqətən
öldüyü sübut olunurdu.
Müşfiqin dənizə atılması iddiası da
yalandır. Təsəvvür edin, bir neçə şəxsi
kütləvi basdırmaq üçün aparanda nə
üçün yolda dayanıb, onları dənizə
atsınlar. Haradan bilirdilər ki,
apardıqları şəxs Müşfiqdir? Üstəlik, dəniz qəbiristanlıq deyil ki, ora
atılsın.
- Müşfiqlə
Bağırovun üzbəüz ünsiyyəti olub?
- İnanmıram belə ünsiyyət olsun. Müşfiq gənc
şair idi, onlar arasında necə münasibət ola bilərdi?
- Belə versiyalar var ki, müəllim
işləyəndə bir neçə dəfə şagirdlərdən
biri pəncərəni örtüb, hər dəfə pəncərə
açılır. Müşfiq "Sovetin pəncərəsi
belə olar da" deyib; Yaxud da Stalinlə bağlı kəskin
fikirlər səsləndirdiyi deyilir. Onun bu fiklirləri
“yuxarılar”a çatdırılıb...
- Bu
cür fikirlər təkcə Müşfiq yox,
başqaları haqqında da səsləndirilib. Belə replikaların olmasını inkar etmirəm.
Lakin düşünmürəm ki,
Müşfiq bu fikirlərinə görə repressiyaya məruz
qalsın. Üstəlik, Stalin haqqında
Müşfiqin əsəri var idi. Müşfiq
həm də Hüseyn Cavid, Əhməd Cavad ətrafında
olduğu üçün öldürüldü. Cavid deyirdi ki, “Müşfiq bir oddur ki,
özünü yandıracaq”.
- Müşfiqlə bağlı
arxiv sənədlərdə hansı materiallar var?
- Qurultay,
pleniumlarda Müşfiqə qarşı və onun
özünün çıxışları var.
Müşfiq haqqında Yazıçılar İttifaqında
sərt çıxışlar olub, onu təhqir ediblər. Sonra həmin adamlar Müşfiq haqqında müsbət
fikirlər səsləndiriblər. Bəziləri
özünü qorumaq üçün belə addım
atdığını deyirdi.
- Müşfiq özünü
qorumaq üçün nə edib?
-
Müşfiq kimə nə deyə bilərdi? Şeirlərini
yazırdı. Həmin
yazıçılar da onun şeirlərindən cümlələri
Sovet hakimiyyətinə qarşı fikirlər kimi təqdim
edirdilər.
- Bu yaxınlarda Mikayıl
Müşfiqin əmisi nəvəsinin onunla bağlı bir
müsahibəsi yayımlandı. Müsahibədə deyilir
ki, Müşfiqin dayısı oğlu Əlihüseyn
Dağlı komissar olub. O, Beriyadan xahiş edib ki,
Bağırovla danışsın. Bağırov isə deyib
ki, “uje pozdno”...
- O
müsahibəni oxudum. Tamamilə yanlış
fikirlərdir. “Pozdno” deyibsə, demək,
Müşfiq artıq güllələnmişdi. Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-na
keçən gecə öldürülüb. “Pozdno” deyəndə məlum olur ki, artıq gecdir,
Müşfiq güllələnib. Bəs Əlihüseyn
Dağlı harada idi? Qeyd edim ki, Əlihüseyn
Dağlı “umac ova” bilirdisə, bunu elə özünə
edəydi də. O zaman niyə həbs olunurdu.
Müşfiq həbs olunandan bir neçə ay sonra, 1937-ci il oktyabrın 17-də Dağlı ilə
bağlı order yazılır və həmin ayın 29-da həbsə
atılır. Həmin vaxt Müşfiq sağ
idi. Əlihüseyn Dağlı həbsdə
ola-ola necə Müşfiqlə bağlı xahiş edə
bilərdi? Üstəlik, bunu deyən
Müşfiqin qohumudur. Bu işi bilmədən
necə danışa bilərlər?
- Müşfiqin diri-diri divara
hörülməsi iddiası da var. Ümumiyyətlə,
repressiya vaxtı belə hallar olub?
- Təkcə Müşfiq yox, repressiya dövründə
kiminsə diri-diri divara hörülməsi barədə nə
oxumuşam, nə də eşitmişəm. Axı nə
üçün belə bir addım atılmalı idi? Bu cür ifadələr səsləndirənlər
danışmaq xətrinə söz deyənlərdir. Eşitdiyimə görə, “Qorxulu Tehran”
kitabının müəllifi Kazımini bu əsərinə
görə divara hörüblər. Amma bu
məlumatın da nə qədər doğru olduğunu deyə
bilmərəm.
- Sizcə, bu qədər versiyaların
səsləndirilməsinin səbəbi nədir? Faktlar yoxdur,
yoxsa yetərincə açıqlanmayıb?
- Bilmirəm,
repressiyaları daha da şişirtmək
üçünmü, yoxsa danışmaq xatirinəmi bu
cür fikirlər səsləndirilir? Lakin əvvəl-axır
tarix gerçəkləri üzə çıxaracaq.
- Güllələnmə ilə
bağlı arxiv sənədlərdə hansı məlumatlar
var?
- Arxivdə
bu barədə konkret yazılar yoxdur. Mən uşaq olanda məhəlləmizdə
güllələnməni yerinə yetirən bir adam olubmuş. Bunu ailəsi
açıq şəkildə deməmişdi, amma məhəllədə
söz yayılmışdı, həmin kişinin çox pis
vəziyyətdə can verdiyindən
danışırdılar. Uşaqları da ona, “Ata, sən
normal iş tapa bilmədin, bu işlə məşğul
oldun. İndi də belə əzab çəkirsən?”
deyə soruşurlar. Onlar vurduqları
adamı haqlı və ya haqsız yerdə
öldürdüklərinin fərqində deyildilər.
- Müşfiqin ailəsi ilə
bağlı da iddialar var. Onu apararkən bacısının
özünü yandırması və s...
-
Müşfiqin özündən böyük bir qardaşı
olub. O, tutulandan sonra qardaşı Masallıda yaşayıb.
Heç kim onun Müşfiqin
qardaşı olduğunu bilməyib. Əvvəl
qorxduğundan, Müşfiq bəraət alandan sonra isə nəsə
almaq istədiyini düşünərlər deyə üzə
çıxmayıb. Hər cür rəzalətə
əl atan rejim Müşfiqin kiçik bacısı Balacaõanım müəlliməni
məhz qardaşına görə işdən õaric edib.
İşdən azad olduğuğu bilən Balacaõanım həmin gün
Voroşilov rayon (indiki Səbail) õalq maarif şöbəsinin
müdirinə müraciət edir. Lakin ondan bir müsbət
cavab ala bilməyən müəllimə Voroşilov rayon
partiya komitəsinin katibinə müraciət
ünvanlayır. Katib müəllimənin
Mikayıl Müşfiqin bacısı olduğunu bilib, onu õalq düşməni, əksinqilabçı,
antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş
şəõsi yanına
çağırıb Balacaõanıma qarşı akt tərtib etdirir. Həmin şəõslər tərəfindən rayon polis şöbəsinə
müəllimənin “õuliqanlığı”
barədə müraciət edilir.
Akta rayon Xalq Maarif Şöbəsinin müdiri və
özündən başqa yeddi nəfər imza atır. Həmin hadisənin
bilavasitə iştirakçısı olan katib nədənsə
akta imza atmır. Lakin bu hadisədən
heç õəbəri
olmayanları akta imza atmağa cəlb edirlər.
Sual olunur:
həmin hadisə baş verən zaman ayrı-ayrı
iş sahibi olan bu səkkiz nəfər rayon partiya komitəsinin
kabinetində nə edirdilər? Bəlkə,
onlar Balacaõanım
müəllimənin katibin kabinetinə gələcəyinə
duyuq düşüb bu qatı “cinayətkarı” zərərsizləşdirməkdən
ötrü bir yerə yığışıb tədbir
görürmüşlər?
13 sentyabr
1937-ci ildə polis şöbəsi belə bir nəticəyə
gəlir ki, doğrudan da Balacaõanım Qədir qızı Aõundova katibi təhqir edib, əksinqilabi,
antisovet sözlər deməklə kifayətlənməyib,
mürəkkəbqabını onlara tərəf
atıb. Bunu nəzərə alaraq qərara
alınır ki, Balacaõanım
İsmayılzadə həbs olunsun.
Məhz
“ittihamnamə”də də onun əvvəlcə “sestroy
razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla
B.İsmayılzadəni õuliqanlıq üstünə yoõ, məhz õalq düşməni Mikayıl
İsmayılzadənin bacısı olduğuna görə
həbs edildiyi bir daha aydın olur. O, həbsdən
çıxandan sonra Müşfiqin həyat yoldaşı Dilbər
xanım evdə qalan əşyaları tələb edib. Amma Balacaxanım qoymayıb. Özü
əşyalardan imtina edib, dövlətə verib, amma Dilbər
xanımın aparmağına imkan verməyib.
- Dilbərin taleyi necə olur,
Müşfiqdən sonra?
- Dilbərə
də çox əziyyət veriblər. Həmin dövrdə
güllələnməyə məhkum olanların
hamısının arvadını beş-səkkiz il həbs edirdilər. Dilbərin
də Müşfiqin həyat yoldaşı kimi 1937-ci ilin
noyabr ayının 2-də həbsi üçün order
yazılır. O, həbs edilərək işgəncələrə
məruz qalır. Dilbər õanım iki aylıq əzab-əziyyətli
ingəncələrə dözməyərək psiõi gərginlik keçirir.
O, 28 fevral 1938-ci ildə əsəb õəstəlikləri õəstəõanasına müalicəyə
göndərilir.
Həmin
õəstəõananın baş həkimi
və qadın şöbəsinin müdirinin 19 fevral
1939-cu il tariõdə
tərtib etdiyi aktda Dilbər Aõundzadənin müalicə olunduğu
zaman gəldikləri nəticədən aydın olur ki,
onun danışığı, suallara cavabı başa
düşülməzdir. Onun heç nə ilə
maraqlanmadığı, suallara ötəri cavab verdiyi
qeyd olunur. 1938-ci ilin oktyabr ayından o sakitləşəndən
sonra hallüsinasiya (qarabasma, gözəgörünmə)
halları keçirir. 7 mart 1939-cu ildə
Respublika Prokurorluğunun õüsusi işlər şöbəsi Dilbər Aõundzadənin həbsdən
azad olunması üçün təqdimat yazır.
Bizim Yol.- 2018.- 9
noyabr.- S.13.