"Əhməd haradadır?"
Əməkdar artist Elxan Qasımovun Milli.Az-a müsahibəsi.
- Elxan müəllim, səhhətiniz
necədir?
- Babatam. Bir neçə
il əvvəl
əməliyyat olundum,
indi şükür yaxşıyam. Çalışıram ki, özümü
xəstəlikdən qoruyum.
Amma nə qədər qorusam da xəstəlik
gəlib məni tapır. Bu günlərdə
sənət dostum Amaliya xanımın ölümü məni çox sarsıtdı.
Dostlarımın dünyadan köçməsi
mənə çox pis təsir edir. Bütün bu itkilərə
baxmayaraq yenə də həyat mənim üçün maraqlıdır.
- Geriyə baxanda nə kimi hisslər
keçirirsiniz?
- Geriyə baxanda çox sevinməsəm də xəcalət də çəkmirəm.
Çünki mən sənət
üçün nələrsə
etmişəm. Ən böyük
çatışmayan cəhətim
var ki, onu
da istəmirəm aradan qaldırım.
Daha da çox çalışıb,
öz məqsədimə
çata bilərdim.
Amma buna heç vaxt cəhd etməmişəm.
- Özünüz filmlərdə
çox çəkilmək
istəməmisiz, yoxsa
mane olublar deyə həvəsdən düşmüsüz?
- Xeyr, sənətdə mənə heç kəs mane olmayıb. Mənim dostlarım da var idi, istəsəydim,
çəkilərdim, dəvətlər
də gəlirdi.
Sadəcə, o dəvətlərdən mən heç vaxt istifadə etməmişəm.
- "Əhməd haradadır?"
filmində sürücü
Əhməd obrazını
oynamısız. Maraqlıdır, tamaşaçılar
Əhmədi bu gün yolda görərkən tanıyıb,
yaxınlaşır?
- Bir dəfə 20 yanvarda qırmızı işıqdan keçərək
yol hərəkəti
qaydasını pozdum.
Polis səs ucaldıcı
ilə dedi ki, "Nərgiz xala elə düz
edib səni "Kamaz"ın arxasınca
qaçırdıb" (gülür).
Mən xalqın içində olan insanam, insanların
mənə Əhməd
obrazı ilə bağlı dediyi sözlər çox xoşdur. Əhməd rolu mənim
üçün bağlı
qapı qoymayıb.
- Bir rejissor kimi bu
gün çəkilən
filmlərdən razısınız?
- İndiki filmlərimiz
də əvvəlki filmlər kimi çəkilir. Film deyəndə
mən kinostudiyada istehsal olunan filmləri nəzərdə
tuturam. Bəzən festivallara da
gedir həmin filmlər, yerlər də tutur. O dövrdə tənqid olunan filmlər var idi ki,
5-10 ildən sonra şedever sayıldı. Axır vaxtlar çəkilən seriallar da peşəkarlığı
ilə seçilir.
Əsas odur ki, ildən-ilə
peşəkarlıq daha
da artır.
- Sizcə, aktyorun yaxşı rol oynaması üçün
ona, ilk növbədə,
nə lazımdır?
- Aktyora gərək yaxşı qonorar verəsən ki, yaxşı oynasın. Sənət adamı maddiyatı fikirləşməli deyil.
- Bəzi sənətkarlarımız var
ki, sırf qonorara görə bugünkü filmlərə
çəkilmir...
- Əslində, onlar
layiq olduqlarından da aşağı qiymət, qonorar deyirlər. Necə olur ki, müğənniyə iki
saata iki min verirlər, aktyor min manat istəyəndə deyirlər ki, çox istəyir? Halbuki, müğənni oxuyub gedir, aktyor iki
ay sərasər çəkiliş
meydançasında olur.
- Həyatda ən çox nədən qorxursunuz?
- Çox qorxuram ki, axıra qədər yaşadığım
kimi yaşaya bilməyim. Bir addım da atanda ehtiyat edirəm. İstəmirəm ki, kiminsə
könlünü sındırım.
Bizim Yol.- 2018.- 21 noyabr.- S.15.