Turan sevdalı komandan
Onun haqqında həm
sağlığında, həm də şəhidlik zirvəsinə
yüksələndən sonra da çox yazıldı,
danışıldı, müzakirələr
aparıldı.Kimisinə görə cəsur hərbçi,
şanlı komandan, kimilərinə
görə isə, xəyalpərəst, səbatsız, macəra
ardından qaçan generaldır. Dünyaya gəlişi də, yaşamı da çox keşməkeşli
dövrə təsadüf etdi. Bir zamanlar Avropanı titrədən
qüdrətli Osmanlı imperatorluğunun
çöküşü dönəmində,
I Dünya müharibəsi zamanında 33
yaşınaykən Hərbiyyə nazirliyinə
başçılıq etdi, 1839-1861-ci illərdə
Osmanlı dövlətinin hökmdarı olmuş
Sultan Əbdülməcidin nəvəsi
ilə evləndiyi üçün xalq arasında “Damad-i
Şəhriyar” kimi tanınan bu fövqəladə şəxsiyyətdən
( 1881- 1922) ilahi qüdrət heç nə əsirgəməmişdi.
41
illik ömründə taleyinin ona nəsib etdiyi bütün şirin
və acıları daddı: hürriyyət qəhrəmanı,
Bab-i Ali basqınçısı, II Məşrutiyyət
memarı, Trakiya və Edirnə fatehi; uğursuz
Sarıqamış əməliyyatının baiskarı,
avropalıların fikrinə görə, sözdə erməni
təhcirinin ( deportasiyasının) suçlusu, I Dünya
müharibəsinin məğlub sərləşkəri,
rütbələri alınmış əsgər, hərbi
tribunalın ölüm cəzası verdiyi məhkum,
mühacir, bolşevizmə qarşı mücahid və şəhid.
Bütün bu titullar heç zaman unudulmayacaq, doğrusuyla yanlışıyla, günahıyla savabıyla türk düşüncə tarixində əbədiyyən yaşayacaq İsmail Ənvər Paşaya aiddir. O Ənvər Paşaya ki, 1918-ci ilin yayında qardaış Nuri Paşanı V Qafqaz İslam Ordusuna başçı təyin edərək nəyin bahasına olursa-olsun Azərbaycanı, onun paytaxtını düşmənlərdən azad etməyi əmr etmişdi. Qardaşı Nuri Paşa da qəhrəman bir əsgər bacarığı ilə KOMANDAN Ənvər Paşanın döyüş əmrini uğurla yərinə yetirmişdi. 15 Sentyabr 1918-ci il sabahı Nuri Paşanın cəsur əsgərləri Bakıya daxil olanda KOMANDAN qardaşından təbrik teleqram almışdı: “Türk ve islam tarihi Sizin bu hizmetinizi unutmayacaktır. Gazilerimizin gözlerinden, öper, şehitlerimize fatihalar ithaf ederim! 15. 09. 1918 – ENVER PAŞA”.
4 avqust 1922-ci ildə Qurban bayramının ikinci günündə səhər vaxtı Tacikistanın Belcivan vilayətinin Çağan qışlağında bolşevik əsgərləri ilə girdiyi qeyri-bərabər döyüşdə şəhid olan Ənvər Paşanın qətlə yetirilməsi barədə sonralar müxtəlif rəvayətlər uydurulmuşdur. Ən yayğın olan iki rəvayətin müəllifləri Hakop Melkumyan ( bolşeviklər onu Yakov Arkadiyeviç Məlkumov kimi tanıdıblar) və Qriqor Arutyunyandır ( o da NKVD- XDİK- sənədlərində Georgi Sergeyeviç Aqabekov kimi təsbit edilmişdir).
Q. Arutyunyan 1930-cu ildə Berlində rus dilində nəşr olunmuş “ÃÏÓ. Çàïèñêè ÷åêèñòà- DSİ. Çekistin qeydləri” kitabında, güya Ənvər Paşanı şəxsən özünün təqib edərək əlbəyaxa döyüşdə qılıncla qətlə yetirdiyini və bununla da milli qisasını aldığını iddia etmişdir. Yeri gəlmişkən, xatırladaq ki, Q. Arutyunyanı NKVD-nin xüsusi dəstəsi 1937-ci ilin avqust ayında Fransada türk əsilli bir nəfərin yardımı ilə elə zərərsizləşdirmişdi ki, tikəsi də ələ gəlməmişdir. Bu baraədə sovet QRU-nun əfsanəvi əks-kəşfiyyat generalı P. Sudoplatov yazmışdır. (Bax: Ñóäîïëàòîâ Ï. À. Ñïåöîïåðàöèè. Ëóáÿíêà è Êðåìëü 1930—1950 ãîäû Ãë. 2. Ëèêâèäàöèÿ òðîöêèñòîâ çà ðóáåæîì )
Ənvər Paşa haqqında yayğın olan digər şayiənin müəllifi H. Melkumyan öləndən çox sonralar, 1985-ci ildə Kanadada nəşr olunan “L’Horizon” qəzetində bir məlum mənşəli qəzetçi həmin Hakopa istinadən bir rəvayət uydurub: güya Hakop təkbaşına Ənvər Paşanı xeyli təqib etdikdən sonra onun həyatına son verib. Qəribədir ki, o da bununla öz milli borcunu ödədiyini deyibmiş. Hakop lovğalıqla bildiribmiş ki, “rəhbərlik mənə onu diri tutmağı əmr eləsə də mən qəsdən bunu yerinə yetirməkdən vaz keçdim; şəxsi əşyalarını da sübut kimi özümlə götürdüm”. Guya belə edərkən Hakop Melkumyan o zamanlar Türküstan cəbhəsindəki qoşunun başçısı Q. Voskanyana güvənirmiş. Araşdırmalar isə göstərir ki, nəinki 1922-ci ildə, ümumiyyətlə, heç vaxt Türküstan cəbhəsində Voskanyan adlı qoşun başçısı olmayıb. Daha sonra, Ənvər Paşaya aid olan bəzi əşyalar, Hakopun iddia ettiyi kimi, onun tərəfindən 4 avqust 1922-ci ildə ələ keçirilməmişdir; həmin əşyalar 1922-ci ilin iyun ayında Ənvər paşa Kofrun qışlağını tərk edərkən orada unudulmuşdur. Yeri gəlmişkən, şəhadətindən 96 il sonra Moskvada Rusiya Silahlı Qüvvələri Mərkəzi muzeyində Ənvər Paşaya aid olan çəkmələrin sərgiləndiyi vitrində də belə yazılıb.
Bolşeviklər 4 avqust
1922-ci ildə həlak olanların hansının Ənvər Paşa olduğunu bilməmişlər.
15 avqust 1922-ci ildə Çağan
qışlağına gələn bolşeviklər yərli
sakinlərdən olan və Ənvər
Paşanı üzdən yaxşı tanıyan Feyzulla Xocayevdən məzardan
çıxarılmış bir nəşin
kim olduğunu söyləməsini
tələb etmişlər. Bolşeviklərin iddiasına
görə həlak olmuş şəxsin
cibindən türk, fars,
alman və özbək dillərində
yazılmış kağızlar aşkar
edilmişdir. Feyzulla
Xocayəv nəşin Ənvər Paşa
olmadığını söyləmişdir. ( Bax: ÐÃÂÀ, ô.110,îï.3, ä.1104, ë.61) Bolşeviklər
getdikdən sonra gecə ikən Osman əfəndi, Buri Bataş adlı mücahid
və Qarşı qışlaqdan adını müəyyənləşdirə
bilmədiyimiz bir qeyrətli kişi gizli şəkildə
Ənvər Paşanın və ona
silahdaşlıq etmiş Dövlətməndin
nəşlərini güvənilir bir yerdə
dəfn etmişlər. (
Bax: Olaf Caroe. Soviet
Empire, the Turks of Central Asia and Stalinism. London, 1953,125)
Qırmızı ordunun generalı
V. İ. Uranovun iddiasına
görə, Ənvər
Paşanı Türküstan
cəbhəsinə daxil
olan 16-cı süvari
alayının eskadron
komandiri İvan Savkonun əsgərləri
qətlə yetirmişlər
( Bax: “Ëåíèíåö” qəzeti, ¹152
(5821) 19.09.1967). Sovet rəsmi
qaynaqlarında isə
iddia olunur ki, Ənvər Paşanı 8-ci Başqırd
süvari briqadasının
16-ci alayına mənsub
M. Nikitinin komandir olduğu 3-cü eskadronun döyüşçüləri şəhid etmişlər
( Bax: Äåëî 123469. c.18 )
Ənvər Paşanı gizli
yerdə dəfn etmiş Osman əfəndi və iki yoldaşı Qurani-Kərimə and içərək
şərtlər nə
olursa-olsun münasib vaxt yetişməyənədək
onun məzarının
yərini heç kimə söyləməyəcəklərinə
and içmişlər. Göründüyü
kimi, bədxahların
iddia etdiklərinin əksinə, Ənvər
Paşanın nəşinin
təhqir olunması o
üç qeyrətli
kişinin sayəsində
baş verməmişdir.
Türkiyə Cümhuriyyətinin Prezidenti
Süleyman Dəmirəl
1995-ci ilin sentyabrında
Tacikistanı ziyarət
edəndə Türkiyə
ilə Tacikistan arasında əldə edilmiş razılığa
əsasən, səlahiyyətli
mütəxəssislərdən ibarət mötəbər
komissiya yaradılır
və müəyyən
axtarışlardan sonra
Ənvər Paşanın
məzarı aşkar
edilir. Komissiya 30 iyul 1996-cı ildə Tacikistanın Xatlon vilayəti Xovalin rayonun Çağan kəndində yerləşən
təpəlikdəki məzarı
açır.
Türkiyəli mötəbər axtarış
qrupu tam hazırlıqlı
idi. Onlar İstanbuldan və Berlindən Ənvər Paşanın tibbi kartotekasını da gətirmişdilər. Berlində
stomatoloji poliklinikadan alınmış tibbi arayışa görə,
Ənvər Paşanın
alt çənəsinə platin dişlər qoyulmuşdu. Eksqumasiya nəticəsində platin
dişlər aşkar
edildiyində komissiya üzvləri rahat nəfəs aldılar: Nəşin Ənvər Paşaya aid olmasına şübhə yox idi. Türkiyəli mütəxəssisləri qəhər
boğmuşdu…
3 avqust 1996-cı ildə Türkiyədən gəlmiş
8 səlahiyyətli mütəxəssis
Ənvər Paşanın
nəşi ilə bərabər İstanbula uçdu. Həhayət, Ənvər Paşa 78 illik ayrılıqdan sonra ( 1918-1996 ) ərsəyə
yetdiyi doğma məmləkətinə qayıtdı.
Ertəsi gün, 4 avqust 1996-cı ildə Şişli camisində qılınan cənazə
namazından sonra böyük ehtiram və izdihamlı törənlə İstanbuldakı
Abide-i Hürriyet məzarlığında dəfn
olundu.
Bəzi
qərəzli Avropa tarixçiləri, Ənvər
Paşaya qara yaxsalar da, onlara
yandaşlıq edən
bəzi üzdəniraqlar
Ənvər Paşanı
gözdən salmağa
çalışsalar da
, muzdlu publisitlər onu saxta irqçilikdə
ittiham etsələr də Ənvər Paşa türk dünyasının əbədiyyət
kahkəşanında daim
parlayacaqdır.
Yaxın,
Uzaq Doğunu Turan elləri sandı
Turançılıq yolunda nə yoruldu, usandı.
Parlaq komandan idi. Turan
uğruna yandı,
Qızıl alma yolunun yolçusu
Ənvər Paşa.
Türkün Haq dərgahında
elçisi Ənvər
Paşa.
Prof. Ramazan
SİRACOĞLU
Bizim Yol.- 2018.- 18 sentyabr.- S.7.