Parisdə AXC ilə
bağlı film nümayiş olunub
23 yanvar 2018-ci il tarixində
Parisdə Azərbaycan
Səfirliyinin dəstəyi
ilə Azərbaycanın
Dostları Assosiasiyasının
(ADA) illik Baş assambleyası keçirilib.
Assambleyanın gündəliyinə
assosiasiyanın 2017-ci ildəki
fəaliyyətinin təhlil
edilib qiymətləndirilməsi
və növbəti il üçün
fəaliyyət planının
müzakirəsi daxil olunub.
Assambleya ADA-nın sədri, Fransa Milli Assambleyasının
sabiq üzvü Jan Fransua Mansel təqdimatı ilə açılıb. Daha sonra assosiasiyanın
üzvlərinə 2017-cı ildə həyata keçirilən layihələr
barədə məlumat
verilib. Fransanın
müxtəlif şəhərlərində
il ərzində
bir sıra maraqlı və uğurlu layihələr həyata keçirən assosiasiyanın əsas məqsədi Azərbaycanın
qədim tarixini, zəngin mədəniyyətini
təbliğ etməkdir.
Yarandığı gündən
görülən işlər
sayəsində ölkəmizin
Fransada yaxından tanınmasına nail olan assosiasiyanın idarə heyəti və üzvləri fəaliyyətini
yüksək qiymətləndiriblər.
Jan–Fransua Mansel assambleya iştirakçılarına
Azərbaycan Demokratik Respublikasının yaranmasının
100 illiyi ilə əlaqədar olaraq 2018-ci
ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını
bildirib. Bu əlamətdar
tarixi lazımınca qeyd etmək məqsədi ilə
2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi
nəzərdə tutur.
Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə
təqdim edilib.
O qeyd edib ki, bu silsilə
tədbirlər Azərbaycanın
Fransada taninması və iki ölkə
arasında əlaqələrin
inkişafı üçün
əhəmiyyətli olacaq.
O, 2018-cı il üçün nəzərdə
tutulan fəaliyyət
planının həyata
keçirilməsində assosiasiyanın
üzvlərinin daha da fəal olacağına
əminliyini ifadə edib.
Sədr hələ də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
də toxunub. O, Azərbaycan
torpaqlarının 20 faizinin
Ermənistan tərəfindən
işğal olunması
ilə bağlı həqiqətlərin yerli
ictimaiyyətə çatdırılması
istiqamətində ADA-nın
fəaliyyətinin davam
etdiridiyini bildirib. Fransadakı Azərbaycanın dostları
Azərbaycan xalqı ilə həmişə həmrəydir. Münaqişənin
ən qanlı səhifəsi olan Xocalı soyqırımı,
eləcədə yüz
minlərlə insanın
doğma yurdundan didərgin düşərək
qaçqın və məcburi köçkün
şəraitində yaşadığını
fransızlara çatdırmaq
üçün il ərzində ADA-nın bir sıra
tədbirləri planlaşdırılıb.
Assambleyadan sonra Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi
tərəfindən hazırlanan
“Əbədi ezamiyyət”
sənədli filmi nümayiş etdirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin
1919-cu ildə parlament
sədri Əlimərdan
bəy Topçubaşovun
rəhbərliyi ilə
Paris Sülh Konfransına
ezam etdiyi nümayəndə heyətinin
keşməkəşli taleyindən
bəhs edən film, tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Bizim Yol.- 2018.- 26 yanvar.- S.15.