Rəsulzadəni Basqala aparan
Tircanlı Molla Kamil
Xalq
Cümhuriyyəti-100
Onu
Şirvanın Abbasqulu bəy Şadlinskisi də adlandırırdılar
M.Ə.Rəsulzadəni
götürüb Basqala, bölgədə böyük
nüfuz sahibi olan qəssab Heydər
Əmi gilə (onu belə çağırırmışlar)
gətirir. Bir gecə qalıb Tircana, İbrahim kişinin evinə gəlirlər. İki gündən sonra Molla Kamil Doşunu,
Pirəqanlı Cümşüdü
yanına çağırır,
M.Ə.Rəsulzadəni dağ,
meşə, dərə yolu ilə
Lahıca aparmağı
tapşırır. Orada üç ay qaldıqdan sonra bir kənd sakini tərəfindən M.Ə.Rəsulzadə
bolşeviklərə satılır.
Ömür payına həm əsirlik və həm də 10 illik sürgün həyatı düşmüş Fərzalılı Hasıl kişi, sürgündən döndükdən sonra danışardı ki, əsirlikdə olarkən, o, Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək şərəfinə nail olub. O, özü bu xüsusda belə danışardı:
“Rəsulzadə legioner dəstələr yaratmaq barədə söhbət etmək üçün əsirlərlə görüşə gəlmişdi. Söhbətin axırında əsirlərlə vidalaşarkən, təsadüfdən baxışlarımız toqquşdu. Məndən haralı olduğumu soruşdu. Tircandan olduğumu biləndə, o, bir az duruxdu, xəyala daldı. Sonra məndən Molla Kamili, İbrahim kişini soruşdu, onların sonrakı aqibəti ilə maraqlandı. Lap sonda isə üzünü əsirlərə tutub: “Siz hamınız vətənə qayıdacaqsınız, mən isə heç vaxt”,- dedi.
Molla Kamil böyük xeyriyyəçi olub. Ramazan, Qurban bayramları ərəfəsində, hamının şirin yuxuda olduğu bir vaxtda, o, daşlı –kəsəkli, qaranlıq kənd yollarında ayaq açıb gəzər, yetimlərin, kimsəsizlərin, xəstələrin, imkansızların qapılarını döyər, özünü göstərmədən, gətirdiyi sovqatları qapı ağzına qoyub uzaqlaşarmış.
Molla Kamil neçə -neçə toy etməyə imkanı olmayan gəncləri bir –birinə qovuşdurmuş, onları ev –eşik sahibi, oğul –qız ata anası etmişdi. Övladları ilə bir məktəbdə oxuduğum belə ailələrdən üçü yaddaşımda qalıb: Gülməmməd – Gülcə, Molla nəvəsi Mustafa –Hürü, Cəbi –Zərnişan cütlükləri.
Molla Kamil əqidəli müsəlman
idi. Ağsaqqallarımız danışardılar ki, günlərin birində, el adəti ilə kimsəsiz, tənha bir qızı qonşu kəndlərdən birinə
gəlin köçürürlər.
Təmtəraqlı toyun zifaf gecəsi içib sərxoş olmuş bəy gəlinə bildirir ki, mən
səni ailə qurmaq üçün yox, elə -belə xoşuma gəldiyin üçün
bir neçə günlüyə almışam.
Sonra da gəlini, İslam peyğəmbərini,
səhabələrini təhqiramiz
söyüşlərlə alçaldır. Gəlin bəyi
dəfələrlə intizama
dəvət etsə də, xeyri olmur. Bəy gəlinə əl
–qol atmağa başlayır. Gəlin bəyi
özündən kənarlaşdırmaq
məqsədilə itələyir.
Bəy divara dəyib yıxılır və o andaca dərin yuxuya gedir. Fürsətdən istifadə
edən gəlin evin küçəyə
açılan pəncərəsindən
tullanıb, gecənin
qaranlığında, qorxu
–hürkü bilmədən,
keçilməz kol –kosluqlarla birbaşa Molla Kamilin evinə
pənah gətirir...
Bir neçə
müddətdən sonra,
“təzə bəy” hələ ayaq açıb yeriməyən
bu biabırçılıqdan
sonra yoxa çıxır. Onu xeyli axtarır,
nəhayət yaxınlıqdakı
meşədə, öz
təkbəndi ilə
bir ağac budağından asılı
vəziyyətdə tapırlar.
1907 –ci ildə torpaq sürüşməsi
nəticəsində batmış
köhnə Tircanın
1908 –ci ildə indiki əraziyə köçürülməsi Qəza
rəhbərliyi tərəfindən
Molla Kamilə həvalə edilir. Atası Hacı
Əli oğluna əl tutaraq, 5- 6 kilometr məsafədən,
uzaq Soltanlı meşəsindən, öz
hesabına daş –kürə ilə kəndə su çəkdirir. Bu bulaq 2012-ci ilə kimi qalırdı.
Molla Kamilin rəhbərliyi, abadlıq və quruculuq işlərinə
təhkim edilmiş rus
mühəndislərinin iştirakı
ilə o zamana uyğun olan, müasir, abad kənd salınır. Ətrafdakı 7 kəndin əhalisinin
istəyi nəzərə
alınmaqla Şamaxı
qəzasında ən
böyük Cümə
məscidi, Qonaq evi və ən
müasir məktəb
binası inşa edilir.
Yerli əhalinin
yaxından köməyi
və yardımı ilə bu binaların
inşasına sərf
edilən hər bir daşın kəsilib –tikilməsinə
20 qəpik qızıl
pul ödənilib.
Yuxarıda qeyd etdiyim kimi,
Qonaq evi, məktəb binası 1918
–ci ildə yandırılır. Onların xarabalıqlarından qalmış
daşlarla 1939 -40 –cı
illərdə son vaxtlara
kimi İsmayıllı
rayonunda ən böyük, ən abad məktəb sayılan 12 -13 sinifi otağı, böyük zalı olan təhsil ocağı tikilir.
Böyük təəssüf hissi ilə bildirirəm ki, 110 yaşlı Cümə məscidi nədənsə bu günə kimi tarixi abidə olaraq dövlət tərəfindən qeydiyyata
alınmayıb. Əksinə, milli mentalitetimizə
zidd olaraq Allah evi 18 nəfər arasında əmlak bölgüsü kimi tamah məqsədilə bölüşdürülüb. Daşına,
yerinə və digər materiallarına göz tikənlər tapılıb.
Hələ neçə əsr
uçmaq təhlükəsi
olmayan, kosmetik təmirə ehtiyacı olan 80 yaşlı məktəb binası kənd bələdiyyəsi,
icra nümayəndəsinin
gözü önündə
zorla sökülərək,
daşları, yararlı
materialları Lahıc
qəsəbəsinə daşınıb,
orada kimlərinsə imarətlərinin ucaldılmasına
sərf edilib. Bu qədər özbaşınalıq, əliuzunluq
və məsuliyyətsizlik olarmı?!
Bu binada nələr etmək olmazdı: xalça sexi, tikiş sexi, xeyir –şər evi, idman zalı
və s.
Qayıdaq yenə tarixə...
“Qırmızılar”ın hakimiyyətə gəlməsindən
əl –qolu açılan ermənilər
kütləvi təqiblərə
başlayırlar. Xüsusən qatı daşnak, qız –gəlinlərin üzüklü barmaqlarını
kəsən, qətlə
yetirən, sonralar İsmayıllı rayon Zəhmətkeş
Deputatlar Sovetinin İcraiyyə Komitəsinin
sədri işləmiş
zərgəranlı Xaçatur
Molla Kamili həzm edə bilmirdi. Molla Kamilin tapıb
həyatını xilas
etdiyi qızla ailə quran, nankor Xaçatur 1924 –cü ilin payızında
Molla Kamili həbs etdirməyə
nail olur. O, bununla
da kifayətlənməyib,
16 noyabr 1937 –ci ildə Molla Kamilin böyük oğlu Şamili, 11 fevral 1938 –ci ildə digər oğlu Məhərrəmi
tutdurur. 6 günlük
2məhkəmə araşdırması”ndan
sonra 30 yaşlı Şamilə 10 il, üç ay, 21 gündən
sonra isə 26 yaşlı Məhərrəmə
isə 8 il iş verilir. Hər ikisi Sibirə sürgün edilirlər.
Məhərrəm geri qayıtmır.
Molla Kamilin bütün əmlakı müsadirə edilir. Mülkünün
bir hissəsi kolxoz idarəsi, digər hissəsi kənd sovetinin idarəsi,
qalan hissələri klub, kitabxana, dükana çevrilir. Tövləsində ciblərində MAİ (Mübariz Allahsızlar İttifaqı) təşkilatının
vəsiqələrini gəzdirən
kənd rəhbərlərinin
atları bəslənir.
Evini isə ermənilərlə
müştərək dəmirçixanaya
çevirirlər. Həyətində bolşeviklərin lideri
Vladimir Leninin heykəli
qoyulur. (Mən həmyaşıdlarımla
o heykəl qarşısında
pionerə keçmişəm-müəll.)
Ailəsi pərən –pərən
olur. Qızları
Zeynəb, Ümrə
“Xalq düşmənin qızları”
kimi uzun müddət ailə həyatı qurmaqdan məhrum olur.
Molla Kamilin böyük oğlu Şamil 10 il Sibir
sürgünündən geri
dönsə də, uzun müddət mülkünə sahib çıxa,
evlənə, atasının,
qardaşının taleyindən
xəbər tuta bilmədi.
Uzun illərdən sonra Leninin heykəlinin həyətindən başqa
yerə köçürülməsinə
nail oldu.
Şamil
kişi danışırdı ki,
ulu Tanrı hər bir şeydə
iz qoyduğu kimi, uğurlu bir xəbər atasının taleyi haqda gəzən müxtəlif şayiələrə
də son qoydu. Şayiə gəzirmiş
ki, guya ermənilər Molla Kamilin boynuna qızdırılmış sacayaq
keçirib, onu işgəncə ilə öldürüblər. Hətta öz
keçmişini yaxşı
bilməyən bir məzhəkəçi cızmaqarasında
da bu haqda
yazmışdı.
Şamil
kişi danışırdı ki,
1960 –cı illərdə
onlara Dağıstandan
Sağur adlı yaşlı bir kişi gəlmişdi. O, həyətimizə girəndə,
əyilib torpaqdan öpdü. Dedi ki,
mən Molla
Kamil sağlığında
dəfələrlə bu
həyətdə olmuşam,
onunla duz çörək kəsmişəm.
Sonra Sağur kişi bildirib
ki, Molla Kamillə Bayıl türməsində eyni kamerada olub. Deyib ki, Molla
Kamil onun dizləri üstündə
prostat xəstəliyindən
can verib. Onu kameramızda olan bəy nəslindən olan dustaqların köməyilə, yüksək
məbləğ hesabına,
müsəlman adət
-ənənəsinə uyğun
olaraq Çəmbərəkənd
qəbiristanlığında (indiki Şəhidlər xiyabanı) əvvəli
100 rəqəmi ilə
başlayan, sonrasını
isə unutduğum bir məzarda dəfn etdik.
Şamil
kişi son nəfəsində: “İndi
rahat ölə bilərəm”- deyib.
Şamil
kişi 81 il ömür sürdü. Əlli il ömür sürmüş atası Molla Kamilin, qardaşı Məhərrəmin
və özünün
Azərbaycan SSR prokurorunun
8 dekabr 1989 tarixli qərarı ilə bəraaət alması xəbəri gələndə
o, həyatda yox idi. Şamil kişi vəfat edəndən 3 il sonra Sovet hakimiyyəti
yıxıldı, bolşeviklərin
əli qanlı lideri Leninin heykəli götürüldü.
Vaqif Məmmədov
Cümhuriyət 2018.- 21 avqust.- S.12.