Azərbaycanın tarixi var, filmi isə...
Son 12 ildə 341 film çəkilib.Bu
barədə Mədəniyyət
Nazirliyindən verilən
açıqlamada deyilir. Məlumata
görə, 2006-2018-ci illər
ərzində kino sahəsinin inkişafı
məqsədilə dövlət
büdcəsindən ayrılan
vəsait hesabına
43 tammetrajlı bədii,
45 qısametrajlı bədii
(bədii filmlərin
41%-i müstəqil studiyalar
tərəfindən çəkilib),
214 sənədli, 21 cizgi
filmi və “Mozalan” kinojurnalının
18 buraxılışı istehsal
edilib.
Bu dövr ərzində istehsal olunan ekran əsərlərindən
63 bədii, sənədli
və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə
keçirilən Kann,
Venesiya, Berlin, Karlovı
Varı, Tokio, Moskva və s. 224 film festivalının müsabiqə
proqramına seçilərək
346 dəfə həmin
festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”,
8 “Ən yaxşı sənədli film”, 9 “Ən
yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 140
müxtəlif mükafat
qazanıb.
Yeni filmlərimizin
çəkilməsi, nümayiş
olunması və mükafatlar əldə etməsi sevindirici haldır. Amma qeyd edək
ki, yeni filmlərlə bağlı
fikirlər birmənalı
deyil. Xüsusilə bəzi yeni
filmlərimizin təbliğ
etdiyi ideologiyanın istiqaməti tamaşaçıları
qane etmir. Nümayiş olunan bəzi
filmlərdə Avropa dəyərləri müasirlik
kimi qələmə verilərək, gənclərə
aşılanır. Burada söhbət
heç də müstəqil studiyaların
çəkdiyi filmlərdən
getmir. Məhz “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi
kinolardan gedir. Təbii ki, son illərin filmləri arasında yaxşılarının olduğu
da istisna edilmir.
Azərbaycan filmlərinin gətirdiyi gəlirdən isə danışmaq, ümumiyyətlə,
mümkün deyil. Hazırda yalnız
biznes məqsədilə
çəkilən kommersiya
filmlərinin gəlirlərindən
danışmaq mümkündür
ki, onları “böyük kino” anlayışına aidiyyəti
yoxdur.
Filmlərin gətirdiyi gəlirlərdən
danışarkən, bu
sahədə qonşu
Türkiyənin təcrübəsini
misal gətirmək olar. Bu ölkənin son illərdə serial sənayesində
xeyli inkişaf etdiyini demək mümkündür. Dünyanın
bir sıra ölkələrində, o cümlədən
də Rusiya, Şərqi Avropa, Orta Asiyada baxılan
türk serialları həm də reytinqlərdə ön sıralara keçərək,
Braziliya, Argentina seriallarını
arxada qoyub. Bir sıra tarixi prosesləri əks etdirən filmlər həm də tarixin öyrədilməsi
baxımından, tarixi
şəxsiyyətlərin gənclərə tanıdılması
baxımından əhəmiyyətlidir.
Doğrudur, bir sıra mütəxəssislər
serialları kino sənətinə aid etmir
və Türkiyyə seriallarında bəzi tarixi faktların təhrif olunduğunu bildirirlər. Amma bütün hallarda
məsələn, əvvəllər
sultan Əbdülhəmidi tanımayan
Türkiyə gəncliyi
indi onun vətən qarşısında
xidmətləri haqda məlumatlıdır. Aktyor oyunu,
texniki tərəflər
və digər məqamlar isə mütəxəssislərin qiymət
verəcəyi sahələrdir.
Xatırladaq ki, tarixi proseslər
və tarixi şəxsiyyətlər son illərdə
çəkilən Azərbaycan
filmlərində də
yer alıb. Amma hesab
olunur ki, bu sahəyə xüsusi önəm verilməsi doğru strategiya olardı.
Azərbaycan Xalq Cəbhəsi
Partiyası (AXCP) belə
bir təkliflə hələ iki il öncə
çıxış edib.
Partiya Azərbaycan tarixinin şanlı səhifəsi
olan Səfəvilər
dövləti ilə bağlı serial çəkilməsini
təklif edib. Partiyanın mövqeyinə görə,
belə bir filmin ərsəyə gəlməsi gənclər
arasında vətənpərvərlik
hisslərinin aşılanmasına,
dövlətçilik ənənələrini
güclənməsinə xidmət
etmiş olar.
“Dünya insanı qandan bezib, dəyərlərə
qayıdır”
Son illərdə çəkilən
filmlərin səviyyəsi,
Azərbaycan kinosunun mövcud durumu və digər məsələlərlə bağlı,
əməkdar incəsənət
xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyli ilə söhbət etdik. O, “Cümhuriyət”
qəzetinə açıqlamasında
Azərbaycan kinosunun böyük tarixi, ənənəsi olduğunu
bildirib:
“Dövlətin dəstəyi
ilə yavaş-yavaş
böhrandan çıxırıq. Amma böyük
bir nəsil dəyişikliyi gedir.
Dünya
kinosunda ümumi ab-hava dəyişir, texnika və texnologiya ilə bağlı böyük yeniliklər var. Bir məsələni nəzərə
almaq lazımdır ki, kasıb büdcə, kasıb texnika ilə dünya səviyyəsinə
çıxacaq filmlər
istehsal etmək mümkün deyil. Amma bizim üstün cəhətimiz odur ki, biz Azərbaycan reallığını göstərə
bilirik. Biz öz peşəkar təcrübəmizlə ağır
filmlərə getmirik.
Bununla belə çəkdiyimiz filmlər uğur da qazanır, mükafatlar da alır. Sırf sadə, səmimi
Azərbaycan cəmiyyətini
təmsil edən filmlərə görə.
Dünyanı artıq
qan-qada, ağır müharibələr, vəhşiliklər
cana yığıb.
Dünya
insanı dəyərlərə
qayıdır”.
Rejissor bu baxımdan Azərbaycan kinosunun tutduğu yolu doğru hesab edir:
“Bu yaxınlarda cənab nazir bizə söz verdi
ki, iki il
müddətində kinostudiyamızın
maddi-texniki bazası düzələcək. Kino böyük
industriyadır, böyük
pavilyonların və
s. bərpası böyük
pullar tələb edir. Yəqin ki, mərhələli
formada problemlər yolunu tutacaq. Cəmiyyət görəcək ki, “su gələn
arxa bir də gəlir””.
“Böyük pullar qoyulmasa...”
Azərbaycan tarixinin filmlər,
seriallar vasitəsi ilə təbliğ olunması, gənc nəsillərə öyrədilməsinə
gəlincə, rejissor
bunun külli miqdarda vəsait tələb etdiyini bildirib:
“Türkiyə böyük
dövlətdir. Müstəqillik tarixi böyük
olmayan Azərbaycanla Türkiyənin imkanlarının
müqayisə olunmasını
doğru hesab etmirəm. Bununla belə hesab
edirəm ki, Azərbaycanın hələ
Sovet dövründə
çəkilən kinoları
ilə Türkiyənin
primitiv filmləri müqayisəyəgəlməzdir. Türkiyənin tarixi seriallarında
tarixin birtərəfli
qaydada təhrif olunması rejissor kimi mənim üçün ürəkağrıdıcı
faktdır. Kino həm mədəniyyətdir,
həm ideologiyadır,
həm tarixdir və eyni zamanda
biznes və puldur. Böyük pul qoyulmasa,
böyük işlərin
görülməsi mümkün
deyil. Bizim aktyorlar 2-3 min manat
məbləğində qonarar
alırlar, onlar isə külli miqdarda”.
Bununla belə, əməkdar incəsənət xadimi tarixi mövzularda filmlərin çəkilməsini
zəruri hesab edir:
“Mən 37 ildir
ki, Şah İsmayıl Xətai ilə bağlə filmin hazırlığı
ilə məşğulam.
Müəyyən hazırlıq
işləri aparılmışdı,
aktyorlar da seçilmişdi. İşlər
mərhum prezident Heydər Əliyevin nəzarətində idi.
O, həm də tapşırmışdı ki,
həmin filmdə yalan, təxribat olmasın. Çünki, bunlara Şah İsmayılın ehtiyacı
yoxdur. O böyük tarix, mədəniyyət,
əxlaqi yaratmış
şəxsdir. Heydər Əliyev
rəhmətə gedəndən
sonra işlərimiz yarımçıq qaldı.
Baxmayaraq ki, həmin vaxt 1 milyon manata yaxın
pul xərcləmişdik
ona, bizə rəhbərlik edən bir xanım var idi, indi
adını açıqlamaq
istəmirəm, vaxtında
ona bütün sözlərimi demişəm, onun sayəsində işimiz yarımçıq
qaldı. İnşaallah,
maddi-texniki bazamız bərpa olunsun, həmin filmlə bağlı cənab prezident İlham Əliyevə də, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edəcəm.
Mütləq bu film çəkilməlidir.
Düzdür, mənim
indi 75 yaşım var, amma ümid
etdiyim gənclər var
Nəsirova
Xatirə
Cümhüriyət.-
2018.- 1-3 dekabr.- S.12.