Fransada Azərbaycan
operasının 110 illiyi
qeyd edilib
Paris. 19 dekabr. REPORT.AZ/
Fransada Azərbaycanın
Dostları Assosiasiyasının
(FADA) təşkilatçılığı
ilə Parisin ən möhtəşəm
məhəllələrindən birində yerləşən
tarixi San-Jermən-Lokserua (Saint-Germain-l’Auxerrois) kilsəsində
Azərbaycan operasının
yaradılmasının 110 illiyinə
həsr edilmiş konsert keçirilib.
“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı
səfiri Rəhman Mustafayev, FADA prezidenti Jan-Fransua Mansel, Parisin 1-ci rayonunun merinin müavini Karla Ariqoni, fransalı jurnalistlər, mədəniyyət
və incəsənət
xadimləri və digər şəxslər
iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman şərqində ilk olan Azərbaycan operasının
yaranma tarixi, 100 il bundan əvvəl
müsəlman şərqində
ilk olan Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsası
qoyulmuş parlamentimiz
və bu parlament tərəfindən
müsəlman şərqində
ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun
verilməsi haqqında
ətraflı məlumat
çatdırıb.
FADA prezidenti Jan-Fransua Mansel Azərbaycan operasının
möhtəşəm binasının
simvolik məna daşıdığını və Azərbaycanın bugünkü inkişafını
əks etdirdiyini bildirib. Jan-Fransua Mansel müsəlman şərqində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də
regionda həm inkişafı baxımından,
həm də proqressiv ideyaları ilə öz qabaqcıllığını əlində
saxladığını vurğulayıb.
Konsertdə Səidə
Zülfüqarovanın (piano),
Timur Abdikiyev (bas), İrina Kopilovanın (soprano), Regina Rustamovanın (mezza-soprano) ifasında Azərbaycanın opera musiqiləri böyük alqışlarla qarşılanıb.
Repertuara Üzeyir Hacıbəylinin "Arşın
mal alan" filmindən Gülçöhrənin
ariyası, Niyazinin
"Arzu" melodiyası,
Fikrət Əmirovun
"Sevil" operasından
Sevilin ariyası və digər musiqilərimiz daxil edilib.
Cümhüriyət.-
2018.- 20 dekabr.- S.14