Azərbaycan
Polisi – 100 il də arxada qaldı...
Hər bir xidmət sahəsi şərəflidir.
Polisdə xidmət isə xüsusi növ
qulluq
və vətənə sədaqətin ətrafa görk
olacaq
nümunəsidir-deyərdim..
Zaman və cəmiyyət
dəyişdikcə dövlətin və hüquq mühafizə
orqanlarının funksiyalarının da dəyişilməsinə
zərurət yaranır. Cəmiyyətdə
yaranan yeni ictimai münasibətlərə zidd ideologiyaya
qarşı, yeni təhlükəsizlik sisteminin tətbiqinə
ehtiyac duyulur. Hər bir dövlətin
qarşısında duran əsas vəzifələrdən biri
dövlət mexanizminin və ictimai qaydanın mühafizəsi
məqsədilə polis orqanın təsis edilməsindən
ibarət olur. Polis hər zaman ölkənin
daxili təhlükəsizliyinin təmin olunmasında müstəsna
rol oynamış, dünya sivilizasiyasının qədim və
ayrılmaz komponentlərindən biri kimi fəaliyyət göstərmişdir.
Polis çevik, mürəkkəb və
özünə xas fəaliyyəti ilə özgəninkiləşdirilməyən
hüquq və azadlıqların təmin olunmasında fasiləsiz
çalışır, fəaliyyət prinsiplərinə
sadiq qalır, hakimiyyətin icra budağında heç bir
orqanın malik olmadığı səlahiyyətlərlə
qərar tutur.
Dövlət
mexanizminin sınanmış tərkib hissəsi olaraq vətəndaşların
hüquq və azadlıqlarının, qanuni maraqlarının
təmin edilməsi, ictimai qaydaların mühafizəsi, cinayətlərin
kəmiyyət və keyfiyyət göstəricilərinə
görə təhlili, əhali arasında cinayətkarlığın
qarşısının alınması məqsədilə
profilaktik, maarifləndirmə xarakterli tədbirlərin təşkili
və təşviqi polisin fəaliyyət istiqamətlərinin
ana xəttini təşkil edir.
Azərbaycan polisinin
100 il ərzində cinayətkarlıqla
mübarizə yolu, əməliyyat - axtarış
coğrafiyası rəngarəng olmuşdur. Xalq
Cümhuriyyəti dövründə fəaliyyətini kövrək
addımlarla başlayan Azərbaycan Polisi, uzun illər ərzində
totalitar siyasi rejimli fövqəl Sovet dövlətinin
maraqlarına paternalizm (atalıq qayğısına xas)
prinsiplərinə xas xidmət etmişdir. Həmin dövrlərdə polisin əsas vəzifəsi
dövlətin iradəsini realizə edən repressiv fəaliyyət
formasından istifadə etməsi ilə bağlı
olmuşdur. Cinayətkarlığın
kökünü kəsmək xülyası kommunist
ideologiyasının özünü doğrultmayan
yanlış prinsipinə əsaslanırdı. Demokratik, hüquqi dövlətlərdə isə
polis orqanları fəaliyyət istiqamətlərini fərqli
qurur.
Repressiv cəzalandırma
funksiya sistemini, ictimai təhlükəsizliyin və hüquq
qaydalarının təmin edilməsi vəzifəsi əvəz
edir. Cinayətkarlıq üzərində nəzarət,
bu istiqamətdə dövlət siyasətinin
formalaşdırılmasına, ictimai münasibətlərə
zidd vərdişlərin qarşısının
alınmasına, onu doğuran səbəb və şəraitin
aradan qaldırılmasına üstünlük verilir, əhaliyə
geniş sosial xidmətlər təqdim edilir və s. Qeyd olunan
funksiyaların həyata keçirilməsinin təşkili və
təmini, habelə polis əməkdaşlarının
hüquq düşüncələrinin və peşəkarlıq
mədəniyyətinin yüksəldilməsi
üçün əməkdaşlar qarşısında
mühüm tapşırıqlar qoyulur.
Bütün bunlarla
yanaşı, müasir Azərbaycan polisi cinayətkarlıqla
mübarizədə, əməliyyat-axtarış fəaliyyətinin
həyata keçirilməsi, insan hüquq və
azadlıqlarının, ictimai təhlükəsizliyin təmin
olunması, şəxsi heyətin ideya, bilik və mədəni
səviyyəsinin yüksəldilməsi zamanı demokratik
dövlətlərin təcrübəsindən istifadə
edir, nəzəri və praktik əhəmiyyət
daşıyan müasir forma və metodları fəaliyyət
istiqamətlərində tətbiq edir.
Polisin fəaliyyəti
dövlət quruluşunun formasının, onun daxili və
xarici funksiyalarının, habelə siyasi rejimin mahiyyəti ilə
səciyyələnir. Ona görə də,
polis dövlət mexanizminin əsas zvenalarından biri kimi həmişə
ictimai diqqət çəkmişdir.
Beynəlxalq hüququn və
BMT-nin subyekti olan demokratik Azərbaycan dövlətinin vəzifəsi
yalnız, hamılıqla tanınan ümumbəşəri dəyərlərə,
beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi
prinsipinə hörmətlə yanaşmaq, insan və vətəndaş
hüquq və azadlıqlarının təminini bəyan etməklə
bitmir, həmin dəyərlərin davamlı mühafizəsinə
zamin durur və bu missiyanı real təcəssüm etdirir. Azərbaycan Polisi bu mənada ölkədə əmniyyətin
təminatçısı kimi çıxış edir.
Polisin fəaliyyətinin unikallığı
onunla izah olunur ki, dövlətin cinayətkarlıqla
mübarizə siyasətini realizə etməklə xalqa və
dövlətçiliyə ləyaqətlə xidmət edir.
Onu güc strukturu kimi qəbul etmək
arzuolunmazdır. Bu mənada Polis,
bütün şəxsi heyətilə Azərbaycan
xalqının və hakimiyyətin səlahiyyətli xidmətçisi
kimi hüquq mühafizə funksiyalarını həyata
keçirən dövlət orqanı kimi özünü təsdiqləyir.
Polis
orqanlarının müəyyən regionda cinayətkarlıqla
mübarizə meydanı rəmzi mənada dövlətlə
polisin görüş yerini xatırladır. Burada polis üzərinə düşən vəzifənin
məsuliyyətini dərk edərək səlahiyyətli
orqanın nümayəndəsi kimi cəsarətlə hərəkət
edir. Dövlətin rəmzləri ilə bəzənən
geyimi ilə ətrafa “harda qanun-qayda pozularsa orda polis də
var” mesajını verir. Bu da, bir profilaktik
hərəkətdir-desəm yanılmıram. Bu prosesdə vəzifə funksiyalarının
icrası zamanı Qərb-Avropa modelləri də təsirsiz
qalmır.
Bu gün,
Azərbaycan polisinin fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə demokratik islahatlar həyata keçirilir,
peşəkar kadrların hazırlanmasında xarici təcrübədən
istifadə edilir. Azərbaycan polisi cinayətkarlıqla
mübarizə fəaliyyətinin eskalasiyasını genişləndirilmək
və təkmilləşdirmək, cinayətkarların
ekstradisiyası, transmilli cinayətkarlıq, beynəlxalq aləmdə
terrorçuluğun qarşısının alınması sahəsində
xarici dövlətlərin polis orqanları ilə əməkdaşlıq
edir. Beynəlxalq təşkilatlarla - BMT, AŞ, ATƏT,
Aİ, BMqT(Beynəlxalq Miqrasiya Təşkilatı),
Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələr
qurur. Bu təşkilatlarla
qarşılıqlı münasibət nəticəsində
DİN-nin müvafiq sahələri üzrə seminarlar, təlim
kursları keçirilir. DİN regional beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir, Beynəlxalq
Polis Təşkilatının - İnterpolun
üzvüdür, Azərbaycanda İnterpolun Milli Mərkəzi
Bürosu fəaliyyət göstərir. Azərbaycan
DİN-nin MDB-nin iştirakçısı
olan dövlətlərin hüquq mühafizə orqanları və
birliyin Daxili İşlər Nazirlikləri ilə məhsuldar əməkdaşlığı
davam edir.
DİN-nin
kollegiya Sədri və kollegiya üzvləri xarici dövlətlərin
akkreditə olunmuş diplomatik korpusların nümayəndələri
ilə bəşəri marağa xidmət edən
görüşlər keçirilir.
Heç
bir şərhə başlamadan belə qənaətə gəlmək
olar ki, müasir Azərbaycan polisinin fəaliyyəti qürur
duyulan səhifələrlə zəngindir, unudulmur və
xoş ovqatla xatırlanır. Cinayətkarlıqla
mübarizənin vəziyyətinə nəzər saldıqda
qeyd etdiklərimi sezmək çox asandır: 2017-ci il ərzində
26113 cinayətlər qeydə alınmış, 85,5%-nin açılması təmin
edilmişdir. 100 illik tarixin statistik vəziyyətinə nəzər
salsaq il ərzində baş verən cinayətlərin 85,5%-nin açılması rekord göstəricidir.
Dinamikada digər göstəricilərə də nəzər
salaq: Ötən il ərzində peşəkarlıq,
prinsipallıq, hadisələrə çevik əməliyyat
reaksiyası, habelə əməkdaşların alturist mövqeyi
nəticəsində qəsdən adam öldürmələr
9,5%(-17); mənimsəmə və israfetmə 6,8%(-10); dələduzluqlar
11,8(-514); qarət faktları 16,6%(-54); quldurluqlar 23,6%(-39):
xuliqanlıqlar – ictimai münasibətlərə qarşı
müstəsna dərəcədə hörmətsizlik
halları 15,1%(-147): korrupsiya ilə bağlı cinayətlər
7,4%(-41) azalmışdır. Sosial faktorların
təsir etdiyi səbəblərdən mənzil
oğurluqları 190 fakt artmışdır. Ekologiya sahəsində
baş verən cinayətlərin 28,3%(+36
faktın) artması narahatlıq doğursa da, bu sahəyə
nəzarətin gücləndirilməsi eyni zamanda “ətraf
mühiti qorumaq” hər bir Azərbaycan vətəndaşının
borcudur - konstitusion vəzifənin yerinə yetirilməsi ilə
bağlıdır.
Əhalinin
100min nəfərinə düşən cinayətlərin
sayı 246 faktla qeydiyyatda yer almaqla MDB və Şərqi Avropa
ölkələrindən azdır. Qeyd etdiklərim
ölkədə sabitliyin davamlılığı sahəsində
həyata keçirilən dövlət siyasətinin və
dövlətin ali məqsədinin canlı
təcəssümüdür.
Transmilli
mütəşəkkil cinayətkarlığın
mühüm qolu kimi insan alverinə qarşı mübarizə
fəaliyyəti də güclənmişdir. Milli Fəaliyyət Planının tələblərinə
uyğun davam etdirilən əməliyyat tədbirləri nəticəsində
ötən ildə ümumilikdə insan alverinə aid 295 cinayət
faktı aşkar edilmiş (-19) 17 nəfərdən ibarət
cinayətkar qrup zərərsizləşdirilərək cinayət
məsuliyyətinə məruz qalmış, onların əməllərinin
qurbanına çevrilmiş 71 nəfərin müəyyən
tibbi və psixoloji xidmətdən sonra cəmiyyətə
qayıdışı bərpa olunmuşdur. 2017-ci il ərzində bilavasitə insan alverini ehtiva
edən cinayət tərkibli 142 fakt aşkar edilmişdir.
İctimai
mənəviyyat əleyhinə qeydə alınmış 126
cinayət faktları ilə bağlı 157 nəfər cinayət
məsuliyyətinə cəlb olunmuşlar.
İnsan Alverinə
qarşı Mübarizə üzrə Milli Koordinatorun, polis
general-leytenantı Vilayət Eyvazovun həm beynəlxalq
tribunalarda, həm də Milli Məclisdəki hesabatları məmnunluqla
qarşılanmışdır.
Ötən il ərzində Azərbaycan polisinin qürur
duyulan və təqdirə layiq olan fəaliyyət dairəsi -
mütəşəkkil cinayətkarlığa qarşı
mübarizənin uğurla həyata keçirilməsində əksini
tapmışdır. Hesabat dövründə ölkədəki
islahatların və vətəndaşların rifah
halının yaxşılaşdırılması əleyhinə
yönələn, sabitlik üçün təhlükə mənbəyi
olan 3179 cinayət faktları vaxtında həyata keçirilən,
düşünülmüş çevik əməliyyat tədbirləri
nəticəsində aşkar edilmiş, cinayətlərin
ağır və xüsusilə ağır növlərinə
aid olan 729 fakt üzrə 2698 nəfəri - təhlükəli
residiv şəxsləri birləşdirən 1028 cinayətkar
qrup və dəstə zərərsizləşdirilmişdir.
Narkotik maddələrin
qanunsuz dövriyyəsi ilə də mübarizə güclənmiş,
prinsipal fəaliyyət nəticəsində 2727 fakt aşkar
edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan 78 (+8) cinayətkar qrup yaxalanmış,
qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən
1224 kq narkotik vasitənin qarşısı
alınmışdır.
Bu növ
cinayətin subyektlərinin sırasında 931 nəfəri əvvəllər
məhkum olunmuşlar, 2078 nəfəri işləməyən
və oxumayanlar təşkil etmişdir. 1
tona qədər narkotik vasitələr qeyri-leqal dövriyyədən
çıxarılmışdır.
Ümumiyyətlə
2017-ci il ərzində istintaq və məhkəmə
orqanlarından yayınan 3415 nəfərin yeri müəyyən
edilərək tutulmuşlar. Bakı
İnterpolun əməkdaşları axtarışda olan 79 nəfərin
və bu təşkilata üzv ölkələr tərəfindən
axtarılan 39 şəxsin yeri müəyyən olunmuşdur.
Keçmiş illərdən bağlı
qalmış 418 cinayətlərin açılması polisin
fasiləsiz fəaliyyətinin real bəhrəsidir. Zənnimcə cinayətkarlıqla mübarizə
başqa vasitələrlə davam edən bir müharibədir.
Yəni, cinayətkarlıqla mübarizə
ölkə daxilində sabitliyi pozmağa
çalışanlara, vətəndaşların əmlak
münasibətlərinə qəsd edənlərə və
qanunlara zidd davrananlara qarşı müharibənin başqa
vasitələrlə aparılmasıdır.
Yuxarıda
qeyd etdiklərimə təkrar istinad etməyə ehtiyac
duyuram. 1991-ci ildən etibarən dünyada
və MDB məkanında tarixi zərurətdən doğan
ciddi dəyişikliklər müstəqil Azərbaycan cəmiyyətindən
də yan ötməmiş, ictimai münasibətlərə
qarşı hərəkət və hərəkətsizliklər
artıb-azalma ilə dinamikada yer almışdır.
1918-ci il
may ayının 28-də müsəlman Şərqində ilk
olaraq müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq
Cümhuriyyətinin Milli hökumətinin tərkibində
Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illər ərzində Azərbaycan polisi
Cümhuriyyətin formalaşmasında, milli maraqların, azərbaycançılıq-türkçülük
ideologiyasının inkişafında və müstəqilliyin
müdafiəsində əvəzsiz rol oynamış, cinayətkarlıqla
mübarizə siyasətində fəal iştirak etmiş, əməliyyat-axtarış
fəaliyyətində nəsillərə görk olacaq spesifik
mübarizə metodu və üsulları
yaratmışdır. Vətənə sədaqət
hissi, dövlətçilik, milli təəssübkeşlik, ələ
alınmama (etibar edilən vəzifəyə sədaqət),
loyallıq, vətən, xalq və dövlət marağına
üstünlük vermək kimi etik-davranış
qaydalarına sadiqlik nümayiş etdirmək ənənəsinin
bazasını yaratmışdır.
Erməni
işğalçılarına qarşı döyüşlərdə
milli ordu ərsəyə gələn dövrə qədər
fədakarlıq, rəşadət və döyüş əzmi
ilə ön cəbhədə olan Azərbaycan polisi ərazi
bütövlüyümüzün, sərhədlərin
toxunulmazlığının və suverenliyimizin
qorunmasında canını əsirgəmədən qəhrəmanlıq
səlnaməsi nümayiş etdirmişdir. Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrundakı döyüşlərdə
fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində, ictimai təhlükəsizliyin qorunmasında
fərqləndiklərinə görə Azərbaycan
Respublikası Prezidentinin aktları ilə DİO-nun 66 əməkdaşına
“Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri
adı verilmiş, 86 əməkdaş “Azərbaycan
Bayrağı” ordeni ilə, 247 əməkdaşı isə
müxtəlif orden və medallarla təltif edilmişdir. 1000 nəfərə qədər əməkdaş vətən
uğrunda şəhid olmuş, mindən çox əməkdaş
əlil olmuşdur.
1918-ci ildən 2018-ci ilə
qədər Azərbaycan Daxili İşlər Nazirliyinə 27
ali rütbəli şəxs rəhbərlik
etmişdir. Cümhuriyyətimizin 23 ayı ərzində
hökumətin tərkibində Daxili İşlərə 6 nəfər
- ilk nazir Xoyski Fətəli Xan İskəndərxan oğlu,
sonuncu nazir isə 15.02.20 – 28.04.1920-ci ilin iki ayı ərzində
Vəkilov Mustafa ağa Nazir oğlu rəhbərlik etmişlər.
Sovet dönəmində
-28 aprel 1920-ci ildən, 9 may 1990-cı ilə qədər isə
14 ali rütbəli şəxs nazirliyə
rəhbərlik etmişdir. 1990-cı il may
ayının 23–dən başlayaraq 7 nəfər Daxili
İşlərə nazir təyin edilmişdir. Hazırda
29.04.94-cü ildən DİO-ya kollegial rəhbərliyi həyata
keçirən, dövlətin və xalqın etimadını
doğruldan, içdiyi anda sədaqət nümayiş etdirən
cənab Ramil Usubov müstəqil dövlətimizin 7-ci
naziridir. Ona can sağlığı və uğurlar
arzulayırıq.
Allah polisin ali, zabit və sıravi heyətini, Milli
Ordumuzun vətənpərvər əsgərlərini hifz
etsin, onlara güc və qüvvət versin. 100 illik yubileyiniz
mübarək, əziz Polis əməkdaşları, Daxili
Qoşunların və Milli Ordunun şəxsi heyəti!
Şəmsəddin Əliyev,
Hüquqşünas-publisist
Cümhuriyyət.- 2018.- 12 iyun.- S.12.