“Tənbəl
Əhməd” nümayiş
olundu
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl
Əhməd” tamaşasının premyerası keçirilib.
Teatrdan Axşam.az-a bildirilib ki, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş
və teatrın repertuar planında təsdiq olunmuş “Tənbəl Əhməd”
tamaşası yeniyetmə
və gənclərdə
xeyirxahlıq, zəhmətkeşlik,
sadiqlik kimi yüksək insani keyfiyyətləri aşılayır.
Xalq nağılı qəhrəmanının sərgüzəştləri kiçik yaşlı tamaşaçıların sevgisini qazanıb.
Nağılın müasir uşaqların dünyagörüşünə uyğun rejissor yozumu, səhnə
və musiqi tərtibatı,
geyim və
aktyor oyunu məktəblilərin nağıllar aləminə səyahətinə bələdçilik edib,
onların tamaşa müddətində
obrazlarla təmasda olmalarına şərait yaradıb.Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada Tənbəl Əhməd rolunu gənc aktyorlar Ramil
Məmmədov və Vahid
Orucoğlu,
rolları
əməkdar artistlər Nəsibə
Eldarova,
Vahid
Əliyev,
aktyorlardan Səbinə Məmmədova, Natiq Fərzəliyev,
Zümrüd Quliyeva,
Anar Seyfullayev, Müşfiq Əliyev, Xəyalə Meydanova və
başqaları
ifa ediblər.
Cümhuriyət.-
2018.- 13 iyun.- S.14.