Mətbuat Şurasının sədri
İranın nazir müavini ilə bir araya gəldi
- FOTO
İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Mohammad Soltanifar Azərbaycan Mətbuat Şurasında olub.Şuradan Mia.az-a daxil olan məlumata görə, Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov görüşdə bildirib
ki, İran və Azərbaycan arasındakı bütün sahələrdəki
dinamik münasibətlərin
media tərəfi də var.O, rəhbərlik etdiyi qurumun İranın Mədəniyyət və
İslami İrşad
Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış anlaşma
memorandumuna diqqət çəkərək vurğulayıb
ki, bu sənəd
perspektiv əməkdaşlıq
üçün kifayət
qədər geniş imkanlar yaradır.
Şura sədri
İranın mədəniyyət
və islami irşad nazirinin müavini Hosseyn Entezaminin, habelə İranın nüfuzlu
İRNA xəbər agentliyi
nümayəndələrinin ötən il Bakıya səfərindən
söz açıb.
O, həmçinin özünün
2016-cı ildə Tehrana
səfərinin müxtəlif
səmərəli istiqamətlərindən
danışıb.
Görüşdə iki ölkənin media orqanları, habelə jurnalistləri arasında təmasların
gücləndirilməsinin vacibliyi
önə çəkilib.
Xüsusən də qarşılıqlı təcrübə
mübadiləsinin zəruriliyi
üzərində dayanılıb.
Bildirilib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik İran və Azərbaycanla bağlı
həqiqətlərin dünya
ictimaiyyətinə obyektiv
çatdırılması son dərəcə vacibdir. Mövcud xüsusda hər iki ölkənin media strukturlarının birgə səylər göstərməsinin müstəsna
əhəmiyyət daşıdığı
önə çəkilib
Cumhüriyət.-
2018.- 29 iyun.- S.6