Xalq şairi Məmməd
Arazın anadan olmasının 85 illiyi qeyd edilib
Noyabrın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
Filarmoniya və “Mədəniyyət” kanalının
birgə layihəsi, Mədəniyyət Nazirliyinin
dəstəyi ilə reallaşıb.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi, Xalq şairi Nəriman Həsənzadə,
Milli Məclisin deputatı, tanınmış
yazıçı Aqil
Abbas və başqaları unudulmaz şairin həyat və yaradıcılığından
danışıb, ədəbiyyatımızın
inkişafındakı xidmətlərini
vurğulayıblar.
Bildiriblər ki, Xalq şairi
Məmməd Araz Azərbaycan ədəbiyyatında
çoxcəhətli və
zəngin ədəbi
irsinə, sənətkarlıq
qüdrətinə görə
özünəməxsus yeri
və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli
və şərəfli,
bütövlükdə Vətənə
və sənətə
həsr olunmuş əsl şair-vətəndaş
ömrü yaşayıb.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd
Araz vətəndaş
qeyrətli ədəbiyyat
nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə
istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.Diqqətə
çatdırılıb ki,
Məmməd Araz böyük poetik ilhama malik olan
sənətkarlardan idi.
Sözün və sənətin Məmməd
Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan
keçib. Məmməd
Araz yaradıcılığının
baş qəhrəmanı
Azərbaycandır. Onun
“Vətən mənə
oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”,
“Mənim Naxçıvanım”,
“Ata ocağı”, “Ana yurdum, hər
daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan
mövzusunda çox yazılıb. Azərbaycana
çoxlu şeirlər
ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından,
fəal vətəndaş
narahatlığından keçir.
Şeir yaradıcılığında
olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır.
Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”,
“Paslı qılınc”,
“Əsgər qəbri”,
“Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının
mürəkkəbliyi, tarix
və müasirlik, milli tale və
tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə
həsr olunub.Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı
nümayəndəsi Məmməd
Araz yaradıcılığına
və şəxsiyyətinə
daim yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərini
nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin
əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi
haqqında sərəncamlar
imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının,bütövlükdə
yaradıcı ziyalıların,
o cümlədən Məmməd
Araz sənətinin və şəxsiyyətinin
böyük himayədarı,
ulu öndər Heydər Əliyev ənənələrinin müasir
şəraitdə uğurlu
davamı kimi yüksək dəyərə malikdir.
Qeyd edilib
ki, son illər
ölkəmizə “Məmməd
Araz poeziya günü” çərçivəsində
şeir müsabiqəsi
keçirilir. Bu il 3-cü dəfə təşkil olunan müsabiqənin yekun tədbirində respublikanın
görkəmli mədəniyyət,
ədəbiyyat xadimləri,
Məmməd Araz şeirinin pərəstişkarları,
şairin ailə üzvləri, yaxınları
iştirak ediblər.
“Məmməd Araz poeziya günü” layihəsinin rəhbəri
Qardaşxan Əzizxanlıdır.
Şeir müsabiqəsində
məktəblilərdən təqaüdçülərədək bir neçə nəslin nümayəndələri
iştirak edib. Builki müsabiqəyə
30 rayondan 50-dək müəllif
100-dən çox şeir
göndərib. Sonda qaliblər mükafatlandırılıb.
Gecədə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının instrumental heyəti çıxış edib.
Kollektivin bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri isə Etibar Qasımbəylidir.
Konsertdə Məmməd
Arazın sözlərinə
yazılmış mahnılar
tanınmış və
gənc ifaçılar
tərəfindən səsləndirilib.
Cümhuriyət.-
2018.- 8 noyabr.- S.14.