Adı “Qızıl Kitab”a
düşmüş prezident
təqaüdçüsü
Musiqi nsan
beynini ehtizaza gətirir.Ürəyinin göz
yaşı ilə axıda bilmədiyin acılarını musiqi ilə axıdırsan, sevincli anlarını musiqi ilə yaşayırsan. Musiqi qəlb çırpıntısıdır,
ürək döyüntüsüdür,
musiqi nostaljidir, xatirələrdir...Bu sənət sahibləri onları duyanlar, dəyər verənlər
tərəfindən sevilir.
Bu yazımda
dahi Üzeyirin gənc davamçısı,
dünyaca məşhur,
beynəlxalq müsabiqələr
laureatı, “Qran Pri” mükafatçısı,
Prezident təqaüdçüsü,
səhnəmizdə yeni
parıldayan Aytən İbrahimovadan danışacam.
Haşiyə
Respublikanın tanınmış tar ifaçısı, Mədəniyyət və
İncəsənət Universitetinin
Xalq çalğı
alətləri kafedrasının
müdiri dosent Umud İbrahimov Azərbaycan mədəniyyəti
üçün istedadlı
gənclər yetişdirən
ustaddır.Onun Nurlanı,
Şəhriyarı, Mirhüseyni,
Tofiqi respublikanın tanınmış tar ifaçılarıdır.
Respublikamızı uzaq-yaxın xaricdə
gözəl ifası ilə təmsil edən bu gənc
istedadların arasında
Prezident təqaüdçüləri
də var.”Çubdan naleyi-zar” sədası çıxaran
bir gəncin timsalında Umud müəllimin öyrətmək,
yetişdirmək istedadına
vurulmuşam. Bu da yazı müəllifinin
doğması Misirxan Misirxanovdur.Alti ay məşğul olduğu
abituriyent bu gün Mədəniyyət
və İncəsənət
Universitetinin xalq çalğı alətləri
fakültəsinin tələbəsidir.
Var ol, Umud
müəllim. Aytənin
uğurları da Sizi dünyaca məşhur etdi. Tarix və zaman
dəyərinizi verəcək.
Aytənlə görüşüb söhbətləşmək
o qədər də asan olmadı.Qastrollar, görüşlər, xarici
səfərlərdən imkan
tapmaq olmurdu. Bir gün küçəmizə
Günəş doğdu,
Aytən gəldi. Özü də Sevinc xanımla. Ömrünü, gününü
onun yetişməsinə
həsr edən Allahın Aytənə göndərdiyi ikinci mələk-pianoçu ana
Sevinc İbrahimova ilə.
Sən demə,
Aytən skripka ilə gözəl ünsiyyətcildir. Müsahibələrini
verməkdə də anası yaxın köməkçisidir. Sevinc
xanım bir Ana, bir valideyn
qüruru ilə danışdı Aytəndən.
- Aytən balaca
idi. Atası evdə tar çalanda,
xüsusilə, muğamları
ifa edəndə dinləyib ağlayirdı.
Onun körpə hisslərinə hakim kəsilən Azərbaycan
muğamları, Üzeyir
musiqisi duyğusallığından
xəbər verirdi. Atası ona oyuncaq skripka gətirdi və bu onun ən
sevimli oyuncağına
çevrildi. Notları
belə tanımadığı
vaxtlarda evdəki pianonu dınqıldadır,
skripkasında öz aləmində nələrisə
çalırdı. Atası
belə qərara gəldi ki, Aytən musiqiçi, skripka ifaçısı olsa, yaxşıdır. Elə əsil qız sənətidir-dedi.
Beləcə ,Aytəni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoyurlar.
Hər şey də buradan başlayır. Beşiyi başında çalınan,
anasının laylaları
ilə qanına, canına hopan musiqinin dərinliklərinə
baş vurur. Musiqi Aytəni, Aytən musiqini ovsunlayır..Musiqinin n əlifbasını, notları
öyrənməklə müsabiqələrə
qatılmağı bir
olur. II sinifdə Kövkəb Səfərəliyevanın
yubileyinə həsr olunmuş Gənc ifaçıların IV festivalında
iştirak edir. “Tərifnamə” alır. İlk uğuru balaca Aytəni sənətin incəliklərini
öyrənməyə daha
da ruhlandırır. İlk qələbəsinin
sevinci ona uğur dalınca uğur gətirir. Ustadına “əhsən” deyirlər. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində
dərs alması onun musiqi sənətinə
mükəmməl yiyələnməsində
möhkəm təməl
olur. A.İbrahimova ildən-ilə musiqi savadını artırır,
mədəni ictimaiyyatın
sevgisini qazanır.
Heydər Əliyevin
85 illik yubileyi ilə əlaqədar
2008-ci ildə gənc
ifaçiların I respublika
müsabiqəsində iştirakı
tövsiyə olunur. On bir yaşlı balaca ifaçı müsabiqədə birinci
yeri tutur və laureat adını qazanır. İfası ilə tanınmış musiqiçilərin
diqqətini cəlb edən Aytənin adı dillərdə gəzir, mətbuat aramsız olaraq ondan yazır.Öz üzərində işləyir.
Valideynləri də onun mahir skripka
ifaçısı olmasını
çox arzuladığından
ona daha çox vaxt ayırırlar. Zəhmət
öz bəhrəsini
verir. 2009-cu ildə Cappelhausda ilk solo konserti ilə
çıxış edən
Aytən “İstedadlı
uşaqlar nominasiyası”
üzrə qalib gələn 10 nəfər
uşaqdan biri olur. Uğurlu çıxışı ölkə
prezidenti tərəfindən
qiymətli hədiyyə
ilə təltif olunur. Kiçik yaşlardan müsabiqələrdə
iştirak etmək vərdiş halına, qalib olmaq adətə
çevrilir. İllər
ömür çələnginə
rəngbərəng naxış
vura-vura həyatında
solmayan izlər qoyur.Auditoriyası böyüyür,
çalğısının sədasından “səbrü-qərarı
qarət olanlar”ın
sayı artır.
2010-cu ildə Nazim Əliverdibəyov adına V ümumşəhər
müsabiqəsində orta
yaş qrupunda çalanlar arasında ifası yüksək qiymətləndirilərək, “Qran-Pri” mükafatına layiq görülür. Xalq artisti Rauf
Abdullayevin rəhbərliyi
ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri ilə çıxış edir və K.Sensans “Skripka və orkestr üçün konsert” ifa edir.
Dəfələrlə Teymur
Göyçayevin rəhbərliyi
altında Q.Qarayev adına Dövlət Kamera orkestri ilə solo-konsert verir.
2012-ci ildə Aytənin artıq 15 yaşı vardı. O, yeniyetmə və gənclər arasında tanınmış simaya çevrilmişdi. Bakıda
lk dəfə İslam dövlətləri
arasında keçirilən
I beynəlxalq müsabiqədə
iştirak edərək,
birinci yeri tutur. Həmin ildə Moskvada V.Spivakovun təşkilatçılığı
ilə “Moskva dostları qarşılayır”
beynəlxalq festivalında
iştirak edir.
2013-cü ildə Belçikada keçirilən
“Bravo” VI beynəlxalq müsabiqənin iştirakçısı
olur və 15 dövlət arasında Azərbaycan Bayrağını
qaldıraraq, birinci yerə layiq görülür. Aytən
dünyaşöhrətli musiqiçilərdən
ustad dərsləri alıb. Bu dərslər,
bu mənimsəmələr
onu yüksək zirvələrin fəthinə
doğru aparır. Məşhur dirijor Kiril Karabitsin təklifi ilə P.Çaykovskinin “Skripka və orkestr üçün konsert”ini
solo ifa edib. Dirijorlar Orxan Həşimov(Moskva), Azərbaycanın Əməkdar artisti Elşad Bağırov (Türkiyə) Aytənlə
səhnəni bölüşmüşlər.
O, Fransa, Almaniya, Polşa, Hollandiya, Danimarka,Belçika, İspaniya,
Gürcüstan və
Ukraynada qastrol səfərlərində Azərbaycan
dövlətini ləyaqətlə
təmsil edib.
2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə
dəstək” layihəsi
ilə verdiyi konserti isə yaddaşlarda iz qoydu. Konsert gənc Aytənin solo ifalarından ibarət idi. O, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə
Vivaldinin “Dörd fəsil” konsert əsərini ifa edib. Əsərin bütövlükdə bir
arada çalınması
professionallar və musiqisevərlər tərəfindən
yüksək qiymətləndirilib.
Müxtəlif açılış mərasimləri və simpoziumların yaraşığı
olan istedadlı gənc skripkaçı Aytən İbrahimovanın
ən böyük uğuru Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, beynəlxalq
müsabiqənin laureatı
olduğuna görə
heç bir test və qabiliyyət
imtahanı vermədən
Ü.Hacibəyli adına
BMA-nın tələbəsi
olmasıdır. Musiqi sahəsində
xüsusi istedadı olan gənc kimi daha bir
böyük qələbəsi
isə Prezidentin fərmanı ilə adının Azərbaycanın
gənc istedadlarının
“Qızıl kitabı”na
yazılması, Prezident
təqaüdünə layiq
görülməsidir.
Uğurların bol olsun və
hələ qarşıda
nə qədər yazılası qələbələrin
olacaq, Aytən. Biz buna əminik.
Hələ bunlar
nədir ki...
Rəhilə Misirxanlı,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü,
“Qızıl
Qələm” mükafatı
laureatı
Cümhuriyət.-
2018.- 17 oktyabr.- S.14