Mikayıl Müşfiqə aid
olduğu ehtimal edilən qalıqlar çıxarıldı
Bu
gün səhər saatlarından etibarən xüsusi qrup
Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan
şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən
qalıqların çıxarılması üçün
işə başlayıb.
"Qafqazinfo"
Virtualaz.org-a istinadən xəbər verir ki, qrup tərəfindən
bu gün həmin qalıqlar qazılaraq
çıxarılıb, onların arasından Müşfiqə
aid olduğu qalıqlar ayrılıb. Fotodan da
göründüyü kimi skeletin baş sümüyündə
iki güllə yeri var.Qeyd edək ki, Müşfiqə məxsus
olduğu təxmin edilən qalıqlar azərbaycan əsilli
rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun
qalıqlarının axtarılması zamanı
tapılıb. F.Əhmədov açıqlamasında bildirib
ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm
Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə
iş adamı Müşfiqə aid olduğu təxmin edilən
qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın
insan qalıqlarının (hamısı 30-cu illərdə
Stalin repressiyaları zamanı güllələniblər)
toplanması və gələcək araşdırma
üçün ayrıca saxlanılmasını təmin
edib.
Mədəniyyət
naziri Əbülfəs Qarayev isə məsələyə belə
münasibət bildirib:
"Bu
barədə məlumatlar Mədəniyyət Nazirliyinə
daxil olduqdan sonra sözügedən qalıqların tədqiqi
üçün Azərbaycan Milli Elmlər Akademiyası və
digər aidiyyatı qurumlarla birgə araşdırmalar
aparmağa qərar verilib.
Biz
bu məsələni nazirlikdə müzakirə etdik. Mən
ictimaiyyətə bu kimi xəbərlərdə sensasiya
axtamamağı və təsdiq olunmamış məlumatlara
istinad etməməyi məsləhət görərdim".
Cümhuriyət.-
2018.- 25 oktyabr.- S.13.