Azərbaycanlıların soyqırımı: Qanlı terrordan 101 il ötür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdiyi qanlı qətliamdan 101 il ötür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi didərgin salınması XX əsr tarixinin ən faciəli səhifələrindəndir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanın digər bölgələrini, o cümlədən indiki Ermənistan ərazisindəki türk-müsəlman kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları olan ermənilər zaman-zaman məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik olub, özlərinin əzabkeş, azərbaycanlıların mənfi obrazını yaradaraq, qəsbkar torpaq iddialarını gizləməyə çalışıblar.

1918-ci il 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan digər ərazilərdə Bakı Soveti daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Rəsmi mənbələrə əsasən, qanlı qırğınlar nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə Təzə Pir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, qadın uşaqlar, qocalar qətl edilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıldı Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.

1919 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. 1998-ci il martın 26-da prezident Heydər ƏliyevAzərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı.

Elə həmin ilin 31 martından Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

31 mart soyqırımı beynəlxal aləmdə tanınır. 27 mart, 2012-ci ildə, Amerika Azərbaycan Cəmiyyətinin Azərbaycanın Amerikadakı səfirliyinin senator Ceyms Alesi ilə birlikdə hazırladığı mart soyqırımına həsr olunmuş layihə Nyu-York senatından keçərək qəbul edilib. Qətnaməyə görə, 31 mart Azərbaycanlıları Anma Günü elan olunub mart hadisələri daşnaklarla bolşeviklərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət kimi xarakterizə edilib. 2012-ci ilin 31 dekabrında, ABŞ hökumət dairələri tərəfindən ilk dəfə, Nevada ştatının qubernatoru Cim Qibbons 31 martı qırğınında öldürülən azərbaycanlıların anma günü elan edib.

 

Alçina Amilqızı

Cümhüriyət.- 2019.- 30 mart.- S.4.