TARİXİ YADDAŞIMIZ: Ermənilərə qarşı Qarıqışlaq döyüşləri

1918-1920-ci illərdə erməni-daşnak quldurlarının birləşmiş qüvvələri tərəfindən azğın hücumlara məruz qalan yurdlarımıəzdan biri Zəngəzur qəzasının Laçın nahiyəsinin Qarıqışlaq bölgəsi idi.

 

Qarabağ yaylasının Böyük Kiçik İşıqlı (3552 m - 3450 m) dağları əhatəsində yerləşən bu toponim qədim, əski yurd-ocaq, məskunlaşma ərazisi mənasını daşıyır. Bölgə Qafqaz regionu üzrə yaşı 1 milyon ildən çox olan insan məskunlaşma arealına daxildir, qədim əkinçilik mədəniyyətini özündə yaşadan məkandır.

 

Belə ki, dünyanın ən qədim əkinçilik mədəniyyətinin izləri, Hacılar-Sadınlartaxtaları”dır (terrasları) ki, min illər əvvəl bu yerlərdə Sadınlar dərəsindən axan bulaqların suyu toplanaraq novlarda sünii balıq yetişdirilib, sonra isə həmin yerdə çəltik əkilib. Bu cür əkinçilik mədəniyyətinin izləri əlavə olaraq Minkənd, Güləbird, Alxaslı, Şəlvə, Çorman kəndləri zonasında da qalmaqda idi.

 

Bölgəyə daxil olan Soyuqbulaq, Zeyvə, Əhmədli, Minkənd, Mirik, Quşçu, Malıbəy Hacılar, Sadınlar, Mişni, Qılınclı kəndlərinin əlverişli coğrafi şəraiti, zəngin tarixi-sosial keçmişi, üstün hərbi-siyasi strateji imkanları buranı düşmənin əsas hədəfinə çevirirdi. Erməni daşnakları iki istiqamətdən, Gorus - Qarakilsə (Sisian) - Armudlar (Qafan) nahiyələrinin Bayandur, Xənəzək, Xəzinəvar, Dığ kəndləri tərəfdən Qarabağın dağlıq hissəsindəki yuvalarından basqınlar edirdi. Hay-daşnak qüvvələrinin əsas qərargahı cəbbəxanası Gorus şəhərində yerləşirdi. A.Ozanyanın Q.Nijdenin başçılığı ilə canlı qüvvələrin daha çox cəmləşdiyi hissədən edilən hücumlar qətliamla nəticələnirdi. Bu dəstələr Gorus şəhərindən 15 km aralıda, Qara göldən 2-3 km cənubdaQaraçılar düzü”ndə yerləşdirirdi. I Dünya müharibəsində istifadə edilmiş rus topları ilə bölgənin kəndlərini fasiləsiz atəşə tutur sonra quldur basqınlarına artilleriya dəstəyi verirdi. Həmin hücumlardan qurtulmaq üçün əhali Sadınlar kəndininDəmirabı piri”nin altındakı mağaraya (ora 300-400 adam sığardı-müəll.), Minkənd kəndindəAbad-xeyir dərəsi”nə sığınır, ətraf meşəliklərə-qayalıqlara üz tuturdular. Sadınlar kəndinin cənub ətəyindəQaranlıq dərəadlanan təbii yeraltı sığınacaq yeri 10-15 km uzunluğunda Xanəzək kəndi istiqamətində uzanır. Bura həm qədim yaşayış məskəni kimi maddi abidələr sırasındadır.

 

Xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlunun rəhbərliyi ilə yerli özünümüdafiə qüvvələrinin düşmən hücumlarına müqavimətinə baxmayaraq, dinc sakinlərin ağır işgəncələrdən, qətliamlardan qurtulmağı çox çətin olub.Elə həmin Qara göl ətrafında açıq səngər döyüşlərində 300 nəfərə qədər Osmanlı ordusunun yerli müdafiə dəstələrinin üzvləri şəhid olub, Şəlvə kəndi yaxınlığındakı Suqovuşan kəndindən olan 3 döyüşçü silahla birlikdə göldə batıb. Ən dəşhətli qətliam Sadınlar kəndində baş verib. Bu kənddə təzəcə ailə qurmuş bəylə gəlini vəhşiləşmiş quldurlar diri-diri yandırıb kül edib, kəndin güneyindəki pöhrəlikli dərədə 30-dan çox dinc sakini ağır işgəncələrlə qətlə yetiriblər. Qarıqışlaq kəndindən 1- 1,5 km aralı yerləşən bu kənddə o vaxt cəmi 50 ev olub.

 

Hay quldurları Mirik, Quşçu Malbəy kəndlərində qətliam törədib, evləri yandırıb, mal-mülkü, qiymətli varidatın, mal-qaranın qarət ediblər. “Malbəy qayasıən qanlı döyüş qırğın yerlərinə çevrilib. Minkənd çayının üstündə, Qarıqışlaq kəndinin cənubunda yerləşən Malbəy kəndinə girən quldurlar 40-50 evlik bu obada 30-a qədər yaşlı, qadın uşaqları amansızcasına məhv edib.

Sultan bəyin döyüş qərargahı Qarıqışlaq kəndində yerləşib. O, yavəri Süleyman Tanrıverdi oğlunun (1890-1973) evində otururdu. Musa Qarabəkir paşanın başçılıq etdiyi Osmanlı piyada süvari dəstəsi bu kənddə döyüş mövqeyi seçmişdi. Qarıqışlaq kəndinin ətrafı təbii səngərlərlə əhatələnib. Ən qədim insan yaşayış məskəni kimi kəndin şimal-qərbindəkiQızıl qaya”, kəndə quzeydən bitişikÇinar qaya”, Həkəri çayının sol qolu olan Minkənd çayı sahilindəkiOyuğun döşübu qəbildəndir.

 

 

 

Həmin döyüşlər zamanı erməni quldurları tərəfindən bölgənin bir çox tarixi-maddi abidələri dağıdılıb, yerlə-yeksan edilib, bir çox nümunələri isə mədəni irs kimi oğurlanaraq aparılıb. Qaragöl yaxınlığındakı ərazidən yaşı 600 ilə qədər ölçülən qədim yazılı sənduqələr dağıdılıb ya qərət edilib. Qaragöl ətrafı obaları yağmalayan düşmən Həkəri çayı üzərindəkiUlu körpü”dən Qarıqışlaq kəndinə adlamaq istəyib. Dəstənin önündə şeypurçu gəlirmiş. Kəndin mahir atıcısı yerli döyüşçüsü Alı Fərəcov (1882-1967) onu nişan vurub. Bundan sonra qorxuya düşən dəstə körpüyə çatmamış geri qayıdıb. Onları geri çəkilməyə məcbur edən kəndin müdafiə dəstəsinin üzvlərindən Rza İmamverdi oğlu Süleymanovun (1892-1972), İmran Tanrıqulu oğlu Tanrıverdiyevin (1873-1973), Behbud Mirzəyevin (1895-1970) igidliyi idi. Behbud Mirzəyev sərrarst topçu idi. O, kəndin şimal-qərbindəkiu çılpaqÇinar qaya”da quraşdırdığı Sultan bəyin topu ilə Sadınlar, Hacılar kəndləri tərəfdəki düşmən səngərlərinə atəş açır, zərbələr endirirdi.

 

Bakının neft milyonçusu Ağa Musa Nağıyev (1849-1919) Qarıqışlaq kəndində 1902-1904-cü illərdə 4 otaqdan ibarət məktəb tikdirmişdi. O məktəbdə 30-cu illərdə milli qırğınların qurbanına çevrilmiş Molla Murtuza Muxtar oğlu (1897-1937) dərs deyirdi. Qeyd edək ki, Ağa Musa Nağıyev Qarabağın dağlıq bölgəsinin sayılıb-seçilən ailələrindən olan Əlipaşa bəy Xanmurad oğlu (1837-1915) ilə, oğlanları Sultan bəy Muradovla (1871-1942) Xosrov bəyl Sultanovla (1879-1943) dostluq edirdi.

 

1918-1920-ci illərdə bölgənin müsəlman-türk əhalisinə divan tutan hay-daşnak quldurlarına qarşı savaşan igidlərdən biri Qarıqışlaq kəndinin sakini İmran Tanrıqulu oğlu idi. Yerli özünümüdafiə dəstələrinin tərkibində haylar yaşayan Xəzinəvar kəndinə hücum zamanı o, əsir götürdüyü 7-8 yaşlı qız uşağını ailəsində böyüdüb, 10 ildən sonra qardaşı Həmidlə (1890-1970) birlikdə atının tərkində aparıb onu haylara təhvil verib. Bu qızla sonralar ailə qurmuş Xristofor adlı erməni sonralar həyasızcasına Malbəy kəndində ermənilər tərəfindən törədilmiş cinayətlər barədə danışırmış.

 

1969-cu ildə Qaragölün bir hissəsi, 30 metrlik su hövzəsi ermənilərə, Qarakilsə nahiyəsinə pay verilib. Həmin hissədə Qarıqışlaq kəndinin həm qədim qəbirstanlığı yerləşirdi...

 

Qeyd: Yazının hazırlanmasında Laçın rayonu, Qarıqışlaq kənd sakinləri Xanoğlan Sevindik oğlu Qurbanovun (1954) Nurəddin Əliş oğlu Məmmədovun (1962) məlumatlarından istifadə edilib.

 

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi

Cümhuriyət.- 2019.- 30 mart.- S.12