Teymur əmi 80 yaşında: “Əmi canı, qəti qorxusu yoxdur”
Azərbaycanın
Xalq artisti Teymur Mustafayev ömrünün 80-ci ilinə qədəm
qoyur.
Cebhe.info xəbər verir ki, məşhurlar
arasında hamının
“Teymur əmi” deyə müraciət etdiyi Mustafayev Teymur Ağaxan oğlu 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olub.
Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil
alıb. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd
Bakıxanov olub. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
təhsilini davam etdirib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət
göstərir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq
və bəstəkar mahnılarından ibarətdir.
Onun ifa
etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır.
Bir çox xarici ölkələrdə
(Avropa ölkələrində,
Ərəb ölkələrində,
Rusiyada, Türkiyədə,
İranda, Əfqanıstanda)
qastrol səfərlərində
olub.
“Qəti qorxusu
yoxdur” sözü dillərdə əzbər
olan xalq artisti Teymur Mustafayev “Teymur əmi” (2002), “Muğanın
Sarvanı” (2002), “Bitməyən
ömür” (2013) filmlərində
iştirak edib.
Əhməd
Cümhuriyet.- 2019.- 11-13 may.- S.14