Mədəniyyət abidələri hər kəsin gözü önündə dağıdılır:
Nazirlik isə susur
Hər
bir xalqın tarixi abidələri dünya mədəni irsinin
ayrılmaz hissəsi kimi qəbul edilir.
Azərbaycan da tarixi abidələrlə
zəngin ölkədir.
Amma təəssüf
ki, çox vaxt bu abidələr
qorunmur, zamanla dağılıb gedir. Bir çoxları baxımsızlıqdan aşınıb,
bəziləri isə
iş adamları tərəfindən özəlləşdirilərək
biznes məkanına çevrilib. Bu da ölkə ərazisində olan tarixi abidələrin zamanla sıradan çıxmasına səbəb
olur. Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi
ölkə üçün
əhəmiyyətli işdir.
"Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında" Qanunda
abidələrin toxunulmazlıq
statusu və onların qorunub gələcək nəsillərə
çatdırılması təsbit olunsa da, təəssüf ki, bir çox
hallarda bu cür qanunlar “işbazların” qarşısını
kəsə bilmir.
Tarixi abidələrin
dağıdılmasında aidiyyəti qurumların da payı az
deyil. Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
fərmanda dəyişiklik
edib. Dəyişikliyə
əsasən, “Mədəniyyət
Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd
əlavə edilib.
Əlavəyə görə, Mədəniyyət
Nazirliyinə “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Qanuna uyğun olaraq qoruqların ərazilərində
və mühafizə zonalarında tarixi və mədəniyyət
abidələri üçün
təhlükə yarada
biləcək dövlət
əhəmiyyətli tikinti
və mühəndis-kommunikasiya işləri
zamanı abidələrin
təhlükəsizliyini təmin
etmək üçün
qabaqlayıcı tədbirlər
görülməsi barədə
qərar qəbul etmək səlahiyyəti verilib.
Nazirlik, həmçinin abidələrə yaxın
olan və ya onların mühafizə zonasından
keçən yol sahələrində nəqliyyat
vasitələrinin hərəkəti
abidələrin qorunmasına
təhlükə yaratdıqda,
onların hərəkətini
məhdudlaşdıra və
ya qadağan edə bilər. Bu fərmandan irəli gələrə Mədəniyyət Nazirliyinin
səlahyyəti faktiki
olaraq artırıldı.
Maraqlıdır, bəs Mədəniyyət
Nazirliyi nə edəcək? Tarixi abidələri, əraziləri
qoruyacaqmı? Yoxsa, bu yer özəlləşdirilib,
bu yer icarəyə
verilib və sair kimi fikirlərlə
yenə yaxasını
kənara çəkəcək?
İctimai xadim,
Azərbaycan Mətbuat
Şurasının üzvü
Azər Həsrət
“Cümhuriyət” qəzetinə
şərhində deyib
ki, tarixi abidələrin qorunması
üçün Nazirliyin
əməkdaşlarında vətən, millət sevgisi olmalıdır. A.Həsrət hesab edir ki, təkcə
maaş almaq üçün işə
gələnlər abidələri
qoruya bilməzlər:
“Tarixi abidələr
həssas məsələdir.
Düşünürəm ki, bu, sadəcə
olaraq, insanların vəzifə borcu kimi nəzərdən keçirilməməlidir. Bu,
həm də insandan ürək istəyən bir məsələdir. Millilik,
vətənpərvərlik, düşüncə istəyən
amildir. Əlbəttə
ki, Mədəniyyət
Nazirliyinin birbaşa vəzifəsidir ki, tarixi abidələrin həm qorunmasını, həm də tanıdılması məsələlərini
həll etsin. Prezident də uyğun bir şəkildə Mədəniyyət
Nazirliyini bu məsələdə vəzifələndirir.
Bu, anlaşılandır,
qəbul ediləndir. Amma düşünürəm ki,
Mədəniyyət Nazirliyində
işləyən insanlar,
xüsusilə də tarixi abidələrin qorunmasına məsuliyyət
daşıyan şəxslər,
həm də özlərinə diqqətlə
baxmalıdırlar ki,
biz bu vətən,
millət üçün
nə qədər önəmli insanlarıq və bu məsələlər ürəyimizdən keçirmi?
Biri var, sadəcə, maaş almaq üçün vəzifəni icra edəsən, biri də var ki,
vəzifədən əlavə
insanın daxilində
olan vətən, millət yanğısı
ola. Düşünürəm ki, Mədəniyyət
Nazirliyindəki bu sahəyə məsul insanların vətən, millət yanğısı
da işin üzərinə gələrsə,
o zaman həqiqətən
də uyğun nəticələr görə
biləcəyik. Yox,
sadəcə olaraq, bu işə insanlar maaş almaq yeri kimi
baxırlarsa, əlbəttə
ki, nəticə görə bilməyəcəyik.
Həqiqətən də
ölkənin bəzi
bölgələrində elə
abidələrə rast
gəlinir ki, göz görə-görə
aşınır, dağılır.
Hiss edirsən ki, bu abidə
sökülür, dağılır
gedir. Sosial media üzərində həyəcan təbilinin çalınmasını da
görürük, amma
Mədəniyyət Nazirliyi
heç reaksiya belə vermir. O, da ondan xəbər
verir ki, Mədəniyyət Nazirliyində
olan insanların bəzilərində vətən,
millət yanğısı
yetərincə deyil”.
Vilayət Muxtar
Cümhuriyet.- 2019.- 7
may.- S.10