Pantomima Teatrı - 25  illiyi  keçirildi

 

Mayın 16-da Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

 

ATV.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Taetrında reallaşan tədbirdə əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sənət ocağının keçdiyi yola nəzər salıb. Nazir 25 il ərzində teatrın yaradıcı heyətinin gördüyü işlərdən söz açaraq, hər zaman sənət ocağının səhnəsində müasir aktual əhəmiyyət kəsb edən mövzulara müraciət olunduğunu deyib. Pantomima Teatrının yaradılmasının müstəqilik illərimizə təsadüf etdiyini qeyd edən nazir, teatrın istedadlı insanlar tərəfindən təsis olunduğunu bildirib.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov teatrda çalışan aktyorlarının fəaliyyətindən, sənət ocağının bu günədək sərf etdiyi yorulmaz əməkdən, görülən işlərdən qarşıda duran vəzifələrdən danışıb.

 

Qeyd edilib ki, 25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişib. 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdindəDəli yığıncağıPantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyayadövlət teatrıstatusu verilib. Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindən hesab olunur. Teatra yeni yaradıcılıq uğurları arzulayan H. İsmayılov, kollektivi təbrik edib.

 

Sonra tamaşaçılar Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyiSehrli xalattamaşasını izləyiblər. Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

Cümhuriyət.-2019.- 18-20 may.- S.14