40 illik şərəfli
müəllim ömrü
İnsanların
səadəti naminə təmiz, ülvi hisslərlə
yaşamağı bacaran, əzəldən ali
məqsədi Vətəninə, millətinə fayda vermək
olan və gözəl əməlləri sayəsində
bütün Masallı rayonunda tanınan, sevilən Mehman Məmmədovdan
danışmaq istəyirəm.
Bəri
başdan deyim ki, öz sadəliyi, insani keyfiyyətləri ilə
təmiz nüfuz sahibi olan, yurduna bağlı əsl vətənpərvər
ziyalı indi 40 ildir gənc nəslin bir şəxsiyyət
kimi yetişməsində öz bilik və
bacarığını əsirgəmir. Ən əsası
çalışdığı işdə müəllim
peşəsinə sədaqətini, doğma Azərbaycana məhəbbətini
bir an belə unutmayıb. İllərdir
Mehman müəllimin nəcib həyat amalı, xeyirxah məqsədləri
bizdən ötrü məhəbbət soraqlı, sədaqət
ünvanlı günlərə yol açır.
Hər
bir vətən övladının kamil, xoşbəxt
yaşaması naminə xoş əməllərə
dönüb ürəklərə yağması özünəməxsus
mənəviyyat fəlsəfəsindən irəli gəlir.Mehman
müəllim öz işini ürəklə görməklə
bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir,
özü də elə ayların, illərin səfində
yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri,
ülvi dəyərlərlə zaman-zaman doğma yurda,
insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli
bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə
gördükləri də buna bənzəyir.Bir də
canında, qanında el məhəbbətini gəzdirən
nurlu şəxsiyyət şərdən-xətadan uzaq
sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu
dünyanın təmənnasız hərarətinə
tapınır xoşbəxtlik özü gəlir onu tapır.
Əslən,
qəlbən, ruhən müəllim olan Mehman Məmmədov
ilk əmək fəaliyyətinə doğulub boya-başa
çatdığı Masallı rayonu, Ərkivan kəndindəki
Həsənəkücə səkkizillik məktəbində
başlayır.Belə ki, Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutunun fransız və ingilis dil ixtisası üzrə
tam kursunu bitirib bu təhsil ocağında ixtisası üzrə
müəllimi işləyir.Əlinə jurnal
götürüb şagirdlərin qarşısına
çıxanı yüksək zəkası, istedadı, əxlaqi
dəyərləri Mehman müəllimə ən etibarlı
yardımçı durur. O, gündən bəri
sevib-seçdiyi sənətin hörmət-izzətini
sağlam əqidəsi, saf düşüncəsi ilə uca
tutmağa çalışır. Varlığından,
şüur və təfəkküründən
süzülüb gələnlər insanları
saflığa, təmizliyə aparır.Gözünün
nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi
əridən gənc müəllim çox keçmir ki, cəmiyyətdə
hamının sevimlisinə çevrilir.Azərbaycanın
işıqlı gələcəyinə, elə üstündə
gəzdiyi torpağın taleyinə yönələn ilk
uğurlarına ürəkdən sevinir, bütün
eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə
vurulan müəllim peşəsinə verir. Müəllim
adını, şərəfini hər şeydən uca tutmaqla
xalqının mədəni, mənəvi dünyasına yadda
qalan naxışlar vurur...
Mehman
müəllimin çalışdığı təhsil
ocağı son illər şəhid Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı
tam orta məktəb adlanır.
Məktəbin
direktor Məmmədağa Sadıqov deyir:
“Mehman Məmmədov sənətini ürəkdən sevən,
ona dəyər verən, daim öyrənən və öyrətməyi
bacaran təcrübəli pedaqoqdur. İnsanlığın zinəti
sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən
bu vətən sevdalı Azərbaycan ziyalısı
özünü biləndən elə həyat yolunu xoş
arzular üzrə qurmuşdur.Üzərinə düşən
vəzifənin məsuliyyətini çox yaxşı bilir,
ingilis dili dərslərini sevə-sevə tədris
edir.Şagirdlərinə sonsuz sevgi göstərdiyi
üçün onlar da öz müəllimini böyük məhəbbətlə
sevirlər.Valideynlər biliyinə, bacarığına
yaxşı inanır, uşaqlarına bir qayda olaraq onun dərs
keçməsini istəyirlər.Mehman müəllimdə olan
sadəlik və qayğıkeşlik ilk baxışdan
adamı özünə məftun edir.Onunla söhbət etməkdən
mənəvi zövq alırsan, ondan xoş gələcəyə
doğru öyrənirsən.Yüksək pedaqoji
bacarığı, ünsiyyət mədəniyyəti onu
müəllim, şagirdlərin gözündə
ucaldır.Hazırda o, məktəbimizin 10-cu “t” sinif rəhbəridir.Burada
31 uşaq oxuyur, onların əksəriyyəti “əla” qiymət
alır.Mehman müəllimin şagirdləri savadlı olmaqla
bərabər, həm də vətənpərvər boy
atırlar.Ümumiyyətlə, Mehman müəllimin fəaliyyəti,
qazandığı uğurları təkcə məktəbimizdə
deyil, rayonda nümunə, örnək sayıla bilər”.
Keçmiş
şagirdi, hal-hazırda rayonun Dəmirçi kənd məktəbin
müəllimi Tünzalə Qardaşova da Mehman müəllim
haqqında ürəkdolusu danışır:
“Öz
işini kamil bilən gözəl pedaqoq, yaxşı insan
olduğuna görə Mehman Məmmədov qədər
rayonumuzda təhsil sahəsində hörmət, nüfuz qazanan
ikinci bir adam yoxdur. Uzun illərdir müəllim
peşəsini ləyaqətlə daşıyır.Əsl
ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri,
dərin zəkası, geniş dünyagörüşü həmişə
ona el-oba sevgisini gətirir.Mənim gözümdə Mehman
müəllim ürəkdən bağlandığı millətin
sabahına sözün əsl mənasında ümid
çırağı, sönməz məşəldir.Xoşbəxtliyini
məktəb divarları arasında görməklə dəyərli
ziyalı ömrünü yaşayır.Mehman təcrübəli
ingilis dili müəllimdir.Bütün biliklərini şagirdlərinə
verə bilir.Buda onu şagirdlərinə həssas münasibətdən,
eləcə möhkəm bilik əldə etməkdən
ötrü onların qəlbinə, yaddaşına yol tapmaq
bacarığından irəli gəlir.Mehman Məmmədov
çox savadlı və məsuliyyətli müəllimdir.Həmişə
öz üzərində işləyir, odur ki, fikri,
düşüncəsi günəş qədər
parlaqdır.Pedaqoji işdə təzə olanlar bunu nəzərə
alaraq biliklərini artırmaqdan ötrü daha çox ona
müraciət edir, o, da hər bir gəncin sorğusuna təmkinlə
cavab verir, öyrədir, doğru yol göstərir.Onu da deyim
ki, Mehman öz yetirmələri ilə həmişə fəxr
edir.Çünki onlar seçdiyi sənətlərə sədaqətli
olmaqla kami vətəndaş kimi cəmiyyətin
inkişafında fəallıq göstərirlər.Şagirdlərdən
Fərqiyyə Qardaşova, Sevana Gülverdiyeva, Vüsalə Məmmədova
onunla bir kollektivdə çalışırlar.Namiq Yəhyayev
Fransa Səfirliyində işləyir. Daha bir şagirdi
Rüstəm Həşımov Amerika ştatlarının
birində “FB”-də tanınmış kompüter mühəndisdir...”
Müəllim həmkarı Nurəddin Məlikovun da M. Məmmədov
barədə deməyə sözü vardır. Onu da dinləyək:
“Xoş təbiəti, nəcib, mehriban xisləti
dünyada ən müqəddəs peşə sayılan
müəllimliyi ona gözəl yaraşdırır. Elə
ziyalılıq da bu alicənab insanın daxili aləmində,
mənəviyyatındadır.Məhz buna görə də
Mehman müəllimin tərbiyə verməyə mənəvi
hüququ böyükdür. Könül verdiyi müəllimlik
ondan ötrü hər şeydən yüksəklikdə
dayanır, ömrünü gənc nəslin təlim-tərbiyəsinə
həsr etməyi ən şərəfli iş bilir və
onların Azərbaycanımızın gələcək həyatında
layiqli mövqe sahibi olması üçün səy göstərir.
Bu təmiz istəklə müəllim işlədiyi illərin
səfində xalqının yoluna səpdiyi ziya nuru sayəsində
yaşadığı dünyada öz layiqli yerini
tutmuşdur.Fəqət, Mehman Məmmədovun dərin
savadından, yaxşı ziyalı kimi yüksək etik mədəni
davranışdan, bəşər övladına tac olan
humanist keyfiyyətlərdən götürməyə dəyər”.
Daha bir ürək sözü. Dəmirçi kənd məktəbin
müəllimi, şair-publisist Asif Abbaszadə:
“Mehman Məmmədov rayonumuzun nüfuzlu müəllimidir. Daim hörməti,
ehtiramı yüksək saxlanır.Öz sənətini hərarətlə
sevir, başqalarına da belə olmağı arzulayır.Qibtə
olunacaq yaradıcı təfəkkür sahibi olduğu
üçün uğurları böyükdür. Mehman
müəllim 2003-cü ildə Amerika Dövlət Departamenti
və Amerika Beynəlxalq Təhsil Şurasının birgə
təşkil etdiyi “Təhsil üzrə yüksək
mükafatlar Proqramı” nın birinci və
ikinci mərhələsinin qalibi olmuş, sertifikat,
mükafatlar almışdır. Daha sonra, yəni
2004-2005-ci illərdə həmin müsabiqənin birinci mərhələsinin
qalibi adını qazanır. Bunlardan əlavə
2003-çü ildə Amerikanın Sülh Korpusunun
Könüllü müəllimlərin hər hansı məktəbdə
işləməsi üçün rayonda ingilis dili müəllimlərin
arasında aparılan sorğuda M. Məmmədovun cavabları
birinci yerə layiq görüldüyü üçün
könüllü müəllim Ceyk Cons iki il
(2003-2005) Masallının Həsənəkücə məktəbində
ingilis- dili müəllimi işləyir. Mehman
müəllimin belə ürək açan uğurları
çoxdur. Qaldı ki, bu dəyərli ziyalının
dünyadan yeganə umacağı millət, dövlət
yolunda vicdanla çalışıb el məhəbbətini
qazanmaqdır...”
Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran Mehman Məmmədovun həm də gözəl ailəsi vardır.Mənəvi təmələ, xoş niyyət və arzulara tapınmış, əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutmuş ailə rayonda nümunə göstərilir.Həyat yoldaşı Esmira ana doğma el-obada yaxşı insanlığı sayəsində hörmət qazanmış qəlbi nurlu əsl Azərbaycan xanımıdır.Onun gözəl, nəcib əməllərində insanların arasında səmimiyyət, mehribanlıq yaratmağa bir müqəddəslik yaşayır. Elnur, Elnurə, Kənan bu halal ailə ocağının övladlarıdır. Onlarda daxili aləmində ilahi saflıq, yüksək mənəvi dəyərlərə tabe olan əxlaq yaşayır.Böyükləri kimi el-obaya, dövlətinə, xalqına sədaqətli olmaqla mənalı ömür yaşayırlar.Elnur Kooperasiya Universiteti bitirib.Elnurə Azərbaycan Müəllimlər İnstitutunun məzunudur, ailə qurduqdan sonra Rusiyada yaşayır. Kənan isə Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının Bədən tərbiyəsi ixtisası üzrə ali təhsil alıb. Həyata əzəmət, ülviyyət gətirən əməllərlə ucalmaq onların əsas amalıdır.
Zəfər
Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cümhuriyyət.- 2020.- 16 iyul.-
S.13.