Yurdu azad olan şairdən Qələbə şeirləri: Vətən аnа, tоrpаq nаmus...

 

Kulis.az Cəbrayıl rayinunun bu günlərdə işğaldan azad olunan Böyük Mərcanlə kənd sakini, tanınmış şair İsmayil Mərcanlı İmanzadənin “Qələbə şeirləri”ni təqdim edir.

 

Türkiyə-Azərbaycan

 

Bir-birinə bənzəyir

Əkiz qardaşlar kimi.

Tanınıblar ən əziz

Dostlar-sirdaşlar kimi.

Ləhcələri şipşirin,

Harda var belə sərvət?

Müdriklər yaxşı demiş -

Bir millət, iki dövlət”!

Sən bir möcüzəyə bax,

Biri ürək, biri can -

Türkiyə-Azərbaycan!

 

Ay-ulduz nişanlıdır

Möhtəşəm bayraqları.

Şimşək kimi çaxıblar

Tapdananda haqları.

Ləkəsiz bir aynadır

Dənizləri, gölləri.

“Can” deyib, “can” eşidir

Obaları, elləri.

Dağları şah vüqarlı,

Həm sultandır, həm xan -

Türkiyə-Azərbaycan!

 

Yenilməz dar ayaqda

Ərənləri, ərləri.

Şəhid ucalığından

Güc alıb zəfərləri.

Cavad xan, Məmməd Əmin,

Atatürk, Heydər adlı

Qibləgahları canlı.

Ulu tarixlərinin

Hər sətri, sözü şanlı.

Böyük türk dünyasının

Cismində dövr edən qan -

Türkiyə-Azərbaycan!

 

Düşmənə göz dağıdır

Şəhərləri, kəndləri.

Bir qala timsallıdır

Bərələri-bəndləri.

Əzəl gündən hər biri

Dosta-dostdur, yada-yad.

Keçmişləri şərəfli,

Çağdaş günləri abad.

Dar ayaqda yan-yana

Dayanıbdılar hər an -

Türkiyə-Azərbaycan.

 

Azərbaycan əsgəri

 

Yurdumun əzəməti,

Ucalan haqq səsisən.

Könlümdə qanadlanan

Bir zəfər nəğməsisən.

Yeri düşmən üstünə,

Babəkin, Xətainin

Ruhu sənə yar olsun!

Yenilməz hünərinlə

Xalqım bəxtiyar olsun!

Nur saçsın yurdumuzun

Al günəşli səhəri -

Azərbaycan əsgəri!

 

Qarabağa nicat ver,

Laçında, Kəlbəcərdə

Zəhminlə-qəzəbinlə

Çatlat düşmən bağrını!

Əllərinlə dart-qopart

Torpağın sinəsindən

Hər dərdi, hər ağrını!

Çağır-qisasa çağır,

Səslə ərəni-əri -

Azərbaycan əsgəri!

 

Şəhidlərin yaralı

Ruhu and yerin olsun!

Qələbə əzmin hər an

Ümmandan dərin olsun!

Savaş günü halay vur -

Düzlən dəstə-dəstə sən!

Göyçədə, Zəngəzurda

Üçrəngli bayrağımı

Qaldır basin üstə sən!

Al yağı əllərindən

Neçə kəndi, şəhəri -

Azərbaycan əsgəri!

 

Dayan düşmən önündə

Yenilməyən dağ kimi!

Yaşa ürəyimizdə

Yurd kimi, torpaq kimi!

Ucalt səsini, ucalt -

El sığınsın adına!

Son qoyaq hünərinlə

Vətənin fəryadına!

Dön işıqlı sabaha,

Yaramızın üstə yax

Sən qələbə soraqlı

Xoş müdəni, zəfəri -

Azərbaycan əsgəri,

Azərbaycan əsgəri!

 

Vətən аnа, tоrpаq nаmus...

 

Dua etdim, ulu Tаnrım dаdımа yеtdi,

Ərən yurdum nər biləkli оğul böyütdü.

Yаddа sахlа, bаbаlаrdаn qаlаn öyüddü -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

Dədəm Qоrqud zəfərdədir şərəfаn-dеdi,

Şəhid ruhu yеrdə qаlmаz nаhаq qаn-dеdi.

Хudаfərin hаrаy çəkdi, Sаvаlаn dеdi -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

Qаrı düşmən,vаrlığımdır аnаm Qаrаbаğ,

Gözünü аç, tariximə bir də yaxşı bах.

Еşitdinmi, öz ləhcəmdə söylədi hər dаğ -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

Kitаb kimi varaqladım Kürlə Аrаzı,

Əcdаdımın Qоbustаndаn gəldi аvаzı.

Bаbək döyüş bаyrаğınа qаnıylа yаzıb -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

Vətən оğlu igid əsgər, sаbаhın хеyir,

Səhər mеhi təbəssümlə qаpını döyür.

Göyçə səndən nicаt umur, Zəngəzur dеyir -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

Mən üç rəngli bаyrаğımlа kеçmişəm оddаn,

Vətən sözü müqəddəsdir hər cürə аddаn.

Аtа millət, аnа millət, çıхаrmа yаddаn -

Vətən аnа, tоrpаq nаmus, sеvgi əmаnət!

 

 

İsmayil Mərcanlı İmanzadə

 

Cümhuriyət.- 2020.- 8 oktyabr.- S.14.