Hərbi tariximizin
şərəfli adları: Çar dövrünün və cümhuriyyət
dönəminin generalları
Məlumdur ki, Azərbaycan-Ermənistan arasında gərginlik yenidən artıb. Bu müddət ərzində ən çox məsuliyyət, güc Azərbaycan generallarının, hərbiçilərin, müharibə qəhrəmanlarının üzərinə düşür. Tarix boyu Azərbaycan generallarının, müharibə qəhrəmanlarının əməyi danılmazdır. Son illərdə də Azərbaycan generalları vətənə xidmətlərinə görə mükafatlandırılıblar.
Cebhe.info son 150 ilin Azərbaycan generalları, müharibə qəhrəmanları və onların uğurları haqqında olan araşdırmanı təqdim edir. Azərbaycan generalları arasında cümhuriyyət generalları olan Səməd bəy Mehmandarovla Əlağa Şıxlinskinin adları xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə general Əlağa Şıxlinskinin 150, general Səməd bəy Mehmandarovun 160 illik yubileyləri bütün respublika miqyasında qeyd edilib. Səməd bəy Sadıq bəy oğlu Mehmandarov hələ çar Rusiyası ordusu tərkibində xidmət edərkən artilleriya üzrə tam general (general-polkovnik) rütbəsinə qədər yüksəlmişdi. S.Memandarov Azərbaycanın hərb tarixində Hüseyn xan Naxçıvanskidən sonra bu yüksək hərbi rütbəyə layiq görülmüş ikinci azərbaycanlı idi. Əlağa Şıxlinski isə bu rütbəyə S.Mehmandarovun təqdimatı əsasında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə layiq görülüb. Ümummilli lider Heydər Əliyev bu generalları həm I Dünya müharibəsinin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin iştirakçısı kimi xatırlayırdı. Heydər Əliyev hər iki generalın Port-Artur müharibəsinin iştirakçısı olmasını da xatırlayaraq deyirdi: "Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha da tanışdırlar. Onlar Rusiya-Yaponiya müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmişlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur" .
Səməd bəy Mehmandarov Port-Artur cəbhəsində ikən general-mayor rütbəsinə layiq görülüb. Rus ordusunun Port-Arturda məğlub olmasına baxmayaraq Səməd bəyin general rütbəsinə layiq görülməsi də onun bir hərbçi kimi malik olduğu potensialdan xəbər verirdi. Qazax qəzasında doğulmuş İbrahim ağa Usubov çar ordusunda general-mayor rütbəsini alıb. Artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşub. Üçüncü dərəcəli "Müqəddəs Vladimir" (1916), ikinci dərəcəli "Müqəddəs Stanislav", ikinci dərəcəli "Müqəddəs Anna", 4-cü dərəcəli "Müqəddəs Georgi" ordenli Hüseyn Əfəndi Qayıbovun kürəkəni, Əliağa Şıxlinskinin bacanağı, Nigar xanım Usubovanın atasıdır. İbrahim ağa Usubov Birinci Dünya müharibəsində az şücaət göstərməyib. Müharibədən sonra Xarkov şəhərində yerləşən 122-ci Tambov süvari alayında hərbi xidmətə başlayıb. İbrahim ağa Usubov görkəmli dövlət xadimi Nəriman Nərimanov, Mixail Frunze və başqaları ilə yaxın idi, 1915-ci il avqustun birində döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilib.
Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri Cəmşid xan
Naxçıvanski Kəngərli sülaləsinin sonuncu generalıdır. Cəmşid xan Naxçıvanski Birinci
dünya müharibəsində müsəlmanlardan
təşkil olunmuş süvari
eskadronun (bölüyün)
komandiri olub, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edib.
Avstriya-Rumıniya cəbhəsində üç
dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş
silahla mükafatlandırılıb, 2-ci
Müqəddəs Anna ordenli
ilə təltif olunub. Cəmşid
Naxçıvanski 1917-ci ilin martında
Rumın cəbhəsindəki hərbi xidmətlərinə
görə, 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və
qılıncla təltif edilib. O, 9 may 1917-ci ildə poruçik
(leytenant) rütbəsinə, elə həmin
il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə
layiq görülüb.
Cəmşid Naxçıvanski hərbi şücaətinə
görə, 1917-ci il 15 apreldə Müqəddəs
Anna ordeninin 3-cü dərəcəsi,
22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi
ilə mükafatlandırılıb. Cənub-Qərb
cəbhəsi dağıdıldıqdan sonra
ştabs-rotmistr C.Naxçıvanski
başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana
qayıdıb. 15 sentyabrda türk
qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan
"Sentrokaspi Diktaturası" qüvvələrindən
təmizlənib. Azərbaycan Xalq
Cümhuriyyətinin naziri, artilleriya
generalı Səmədbəy Mehmandarovun
24 mart 1920-ci il tarixli əmri ilə I süvari
tatar alayının komandiri
podpolkovnik Cəmşid Naxçıvanski
II Qarabağ süvari
alayının komandiri təyin edilib. 1920-ci ilin
martında onun Qarabağda
(Şuşada) yerləşən alayı
daşnaklara və daxili
düşmənlərə qarşı döyüş
əməliyyatlarında fəal iştirak
edib. Cəmşid
Naxçıvanski Bakıda yaradılmış Azərbaycan
Birləşmiş Komanda Məktəbinin
rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın
ilk milli atıcı
diviziyasının komandiri təyin edilib, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm
rol oynayıb. C.Naxçıvanski
1923 və 1928-ci illərdə Moskvada
qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya
kurslarında oxuyub, Azərbaycana
qayıtdıqdan sonra yenidən diviziya komandiri olub. Görkəmli dövlət xadimi Xosrov Paşa
bəy oğlu Sultanov
10 may 1879-cu ildə Yelizavetpol
quberniyasında anadan olub.
X. Sultanov
1919-cu ilin 15 yanvarında
Qarabağın general-qubernatoru
təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi
dəstələri Qarabağa
yeganə keçid olan Əsgəran keçidini zəbt edib. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq
etdiyi Azərbaycan əsgərləri tərəfindən
mayın 30-da darmadağın
edilib, Xankəndi və Şuşa
geri alınıb.
Müasir
dövrümüzün qəhrəmanları
Qarabağ döyüşlərinin qəhrəman
şəhidlərindən biri
Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı, "N" saylı
hərbi hissənin
2-ci motoatıcı hərbi
bölüyünün komandiri
olub. Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu
sıralarına yazılıb.
Dəstəsi ilə bərabər
Dağlıq Qarabağın
Başkənd, Madagiz,
Gülüstan, Buzluq,
Çartaz, Erkəç,
Mənəşli kəndlərini
düşmən işğalından
azad edib. 1992-ci ildə Ağdərə
uğrunda olan döyüşlərdə həlak
olub. Ölümündən
iki il
sonra, 16 sentyabr
1994-cü ildə Heydər
Əliyevin sərəncamı
ilə "Azərbaycanın
Milli Qəhrəmanı"
adına layiq görülüb. Bakıda yerləşən
Şəhidlər xiyabanında
dəfn edilib. Onun haqqında 2 film ekranlaşdırılıb,
bir neçə məqalə, kitablar nəşr edilib və şeirlər dərc olunub. Bakıda və Oğuz şəhərində
adına küçə var. Bakının
Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.
Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov da Qarabağ müharibəsində şəhid
olub. 1992-ci il mart ayının 11-ində qəflətən
həyəcan siqnalı
verilir. Erməni faşistləri Əsgəran
yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar.
Öz
PDM-i ilə döyüşə atılan
Səfiyar Behbudov tapşırığı uğurla
yerinə yetirərək
düşmənin müqavimətini
qırıb və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir.
O, Qaraqaya deyilən yerdə düşmənin
böyük qüvvəsilə
qarşılaşsa da,
geri çəkilmir. Lakin bir müddət irəlilədikdən sonra
cəsur döyüşçünün
PDM-i vurulrb. Ermənilər onu ağır
yaralı vəziyyətdə
əsir götürürlər.
10 günlük əsir həyatında olmazın işgəncələrə
məruz qalan mərd döyüşçümüz
düşmənə heç
bir sirr vermədiyi üçün
ayaqlarına məftil
bağlayaraq üzərinə
neft töküb yandırılır. Gənc
zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam
Rayon Milis şöbəsinin
köməkliyilə almaq
mümkün olur.
Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin
7 iyun 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna "Azərbaycanın
Milli Qəhrəmanı"
fəxri adı verilib.
Müasir
dövrümüzün qəhrəmanlarından
biri də Azərbaycan ordusunun general-mayoru, aprelində Qarabağda gedən döyüşlərin iştirakçılarından
biri də Mais Şükür oğlu Bərxudarovdur . 1998-ci ildə
baş leytenant Mais Bərxudarov "Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilib. Bu ordeni ona şəxsən Heydər
Əliyev təqdim edib. O, bu ordenə düşmən
arxasında fəaliyyətinə
görə layiq görülüb. 2012-ci ildə polkovnik Mais Bərxudarov "Vətən uğrunda"
medalı ilə təltif edilib.
2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər
zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər
başlayan kimi, özü də əsgərlərə qoşularaq,
birbaşa döyüşlərdə
iştirak edib. O, Lələtəpə yüksəkliyini
və on kilometrlərlə
ərazini azadetmə əməliyyatında şəxsən
iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı
qüvvələrini çox
məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən
tankın üzərində
əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə
çağırıb. Məlumatlara
görə, Bərxudarovun
tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla
döyüşməyə başlayıb. Mais Bərxudarova
Lələtəpənin alınmasında
göstərdiyi şücaətə
və hərbi bacarığa görə,
general-mayor rütbəsi verilib.
Semra Ələkbərli
Cümhuriyət.- 2020.- 24 sentyabr.-
S.12.