Qarabağ: Bayrağı ilə dəfn
edilən şəhidin son arzusu
İkinci Qarabağ müharibəsi milli kimliyimizi özümüzə qaytarmaqla yanaşı, bizə bu Vətənin qəhrəman oğullarını tanımağa da imkan yaratdı.
Onların öz canlarını qurban verməsi ilə bu Vətən bütövləşdi, bu xalq yumruğa dönüb bir hədəfə yönəldi. "Vətən sağ olsun" deyərək döyüşə atılan qəhrəman oğullarımız ölümün gözünə dik baxmağı öyrətdi, Vətənin necə müqəddəs olduğunu bizə bir daha xatırlatdı.
Canını Vətən uğrunda qurban verən igidlərimizdən biri də Şəhid Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədi Bağırlı 12 iyun 2000-ci il Tərtər şəhərində anadan olub.
O, 2006 cı ildə Kəlbəcər rayonunun 66 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 10 iyul 2018-ci ildə həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonundaki "N" saylı hərbi hissəsində keçib, daha sonra isə könüllü olaraq Çevik Hərbi Dəstəyə yazılıb. 28 yanvar 2020-ci ildə gizirlik kursunu bitirib, 30 mart 2020-ci ildə DSX-nın "N" saylı hərbi hissəsində ÇHD snayper vəzifəsinə təyin olunub.
27 sentyabr tarixində başlayan Vətən müharibəsində iştirak edib və son döyüşü 10 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində olub. Cəbhənin həmin istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin anası Sədaqət Bağırlı Cebhe.info-nun əməkdaşı ilə söhbətində onun döyüş yolundan, qəhrəmanlığından söhbət açıb.
"15 dəqiqədən sonra zəng gəldi ki, oğlunuz şəhid olub"
"Son dəfə onunla oktyabrın 8-də danışdıq. Bundan qabaq da qardaşına səs atmışdı ki, mənə nəsə olsa, anama, atama yaxşı baxın, başınızı dik tutun. Deyib ki, telefonu yığırlar, qayıdanda yığacağam. Yığmasam da, Vətən sağ olsun. Ayın 10-u bizə onun nömrəsindən zəng gəldi ki, bu telefon kimindir? Atası dedi ki, oğlumundur. Füzulidə marketin önündə düşüb, gəlib götürün, ya biz göndərək. Sədinin nömrəsini yığdıq, söndürülmüşdü. 15 dəqiqədən sonra zəng gəldi ki, oğlunuz şəhid olub, yəqin, bu telefon onun üstündən çıxıb. Ayın 10-u biz onun nəşini gətirdik, dəfn edildi. Müharibədən öncə hələ Qazaxda idi, 3 günlük gəlməyə icazə vermişdilər. 3 gün tamam olanda maşına mindi, sonra tez düşüb gəlib məni qucaqladı. Hərbi salam verdi, dedi, ana, qayıdacağam. Sonra müharibə başladı. Arada danışırdıq, deyirdi, gəlib sürücülük vəsiqəsi alacağam. Amma qismət olmadı".
"Dedi, ana, dua etdim ki...”
Səadət xanım deyir ki, Mirsədi döyüşdə iştirak etdiyini anasından gizlədib:
"Sədi hər
şeyin yerini bilən idi. Son nəfəsini verənə
qədər deyib ki, anama müharibədə
olduğumu deməyin,
anam xəstədir, ölər. Deyirdi, yerim
rahatdır. Amma mən
bilirdim ki, o müharibədədir, amma
bunu bildiyimi ona demirdim. Əsgərlikdən gələndə müqəddəs ocağa
onun üçün qurban verdik. Orada qadın dedi ki, hamınız
arzu tutun. Evə gəldik, soruşduq ki, nə arzu
tutdun? Dedi, ana, dua etdim
ki, Allah Qarabağ torpağında məni şəhid eləsin. Allah onu arzusuna
çatdırdı. Çox vətənpərvər
uşaq idi. Ona pul verirdik, o, pulu yığıb bayraq alırdı. Mən xahiş etdim ki, kəfənin üstündən bayraq qoyun. Çünki balamın bayraq
sevgisi çox böyük idi. Məsciddə xahiş etdim
ki, kəfənin üstündən bayraq qoyun. Bayrağını sinəsində özü
ilə məzara apardı".
"Demişdi ki,
bu torpağı mən almasam, sən almasan, kim alacaq?"
Şəhid anası oğlunun
vətənpərvərliyini belə təsvir edir:
"Atasına həmişə deyirdi ki, Umudlu kəndi alınacaq, orada yaşayacağıq. Atasıda Birinci Qarabağ müharibəsind?%9 iştirak etmişdi, onun da rolu olub. Qardaşına deyirdi ki, o mənfurların cavabını layiqincə veririk. Erməni kimdir ki, ondan qorxaq? Bir dəfə ona sual verilmişdi ki, niyə hərbiyə yazıldın? Demişdi ki, bu torpağı mən almasam, sən almasan, kim alacaq? Uşaqlıqdan deyirdi ki, bizim yolumuz Mübariz yoludur. Mən də elə qəhrəman olmaq istəyirəm. Heç nədən qorxmazdı, çəkinməzdi. Polad Həşimov şəhid olduqdan sonra deyirdi ki, Mübarizlərin, Poladların qisasını alacağıq".
“Oğlu Vətən üçün böyüdürük”
Səadət xanım deyir ki, oğlunu itirdiyi üçün üzülsə də, qürurludur:
"Əsgərlikdən gələndə müqəddəs ocaqda onun üçün qurban verdik. Orada qadın dedi ki, hamınız arzu tutun. Evə gəldik, soruşduq ki, nə arzu tutdun? Dedi, ana, dua etdim ki, Allah Qarabağ torpağında məni Şəhid eləsin. Allah onu arzusuna çatdırdı. Şəhid olandan sonra 2 dəfə yuxuma gəldi. Yanımda oturmuşdu, gülürdü, mənimlə danışırdı. Sonra gördüm ki, getdi belini baş daşına söykədi, orada da yoxa çıxdı. Bu dözülməz dərddir, amma bir yandan da qürurvericidir. Oğlum şəhid oldu, oğlum o zirvəyə ucaldı. Vətən sağ olsun. Oğlu Vətən üçün böyüdürük. Oğul düşmən çəpəridir. Lazım gələndə döyüşməlidir. Bütün şəhidlərimizə Allah rəhmət eləsin".
Naibə Məmmədova
Cümhuriyət.- 2021.- 4 fevral .- S.10.