Qara dəlik ya Qaranlıqdan işığa doğru

 

(Cahangir ƏləkbərovunQara dəlikpovesti haqqında düşünərkən)

 

 Əslində son dönəmlər heç bədii ədəbiyyat oxumağı sevmirdim. Yox ki, həvəsim yox idi. Sadəcə olaraq mövzu etibarı ilə elə bir maraqlı povest ya romana rast gəlmirdim. İlk baxışda adı diqqətimi çəkdi. Qara dəlik”. Niyə məhzQara dəlik”? İlk anda düşündüm ki, görəsən müəllif bu adla nəyə işarə edir? Bilirdim ki, “Qara dəlik” – kosmosda olan işığın belə qaça bilmədiyi çox güclü bir qravitasiya sahəsinə sahib olan kosmik cismdir. Ancaq fikrim məni heç yanıltmamışdır. Müəllif  kosmik cismlərdən söhbət açmaq belə niyyətində deyildi. Bəs məqsəd idi? Elə bu düşüncələrlə Cahangir Ələkbərovun bu günlərdə nəşr olunan hələ ki, çox səssiz mülahizələr burulğanında işıq saçanQara dəlikpovesti haqqında danışmaq istəyirəm. Qeyd etdiyim kimi hələ ki, səssiz mülahizələr burulğanında var-kər edən bu povest qısa zaman kəsiyində böyük səs-küyə səbəb olmaqla geniş müzakirələr burulğanına yol açacaq.

 

İlk oxunuşda povest bir ailəni faciəli sonluğa təhrik edən qəhrəmanın həyat hekayəsindən bəhs edildiyi təsəvvürünü yaradır. Əslində isə heç belə deyil. Müəllif  tərəfindən  hadisələr  o  qədər  dəqiqliklə  ardıcıl olaraq bir sap üzərində eyni ölçüdə düzülmüş mirvari qaşına bənzəyən yozumla izah olunur ki, hadisələr burulğanının iştirakçısına çevrilməyə bilmirsən. Çox zaman isə povesti oxuduqca sanki hadisələrin elə müəllifin həyatının bir hissəsi olduğunu zənn etməklə düşündükcə hadisələrin cərəyan prizmasından baxışında isə daha dolğun faktların məkanların dəqiqliyi ani olaraq bu fikirdən yan keçməyi təlqin edir. Povestdə hər bir sözün deyimində müəllif əslində 70 illik Postsovet məkanının XX əsrin sonlarında baş verən burulğanlarından qaynaqlanan xalqların faciəsini çox ustalıqla bir ailənin fonunda öz oxucusuna təqdim edir. Bununlada o, baş verən hadisələri daha bəşəri dillə təqdim etməyi bacarır.

 

Hadisələr bir otaqda iki nəfərin səssiz bir-birilərindən sanki qisas alırlarmış kimi baxışları ilə qaranlıqları yaracaq sabahın açılmasını gözləyir. Ata qəddar oğul. Müəllif obrazlı şəkildə hər addımında öz günahlarını da onun boynuna bicərək  necə can verməsini, ölümün pəncəsində necə çabalamasını buna rəğmən onun varisi olaraq  varidatının əldə olunması üçün can verən atanın sinəsi üstündə yazılan kağız parçasının açılmasını səbirsizliklə gözləyən bir oğulun surətini vəziyyətlər halından daha çox  əqidəsizliyin, vicdansızlığın  nümunəsi  kimi təqdim edir. Qisas hissinin gücünü atanın timsalında Epiloq şəklində şərh edən müəllif sonrakı hissələrdə hadisələri dərinləşdirməklə daha dolğun müfəssəl formada təqdim etməyi bacarır. Hadisələr dörd iştirakçının dilində oxunur, təkrarlanır  ancaq hər dəfəsində hadisələri yenidən danışırmış kimi müəllif  təqdimatında  daha  maraqla izlənilir. Bu məqamda müəllif yazır: “Qocanın sifətindəki qəribə təbəssüm kişini qıcıqlandırırdı. O, başa düşdü ki, hətta indi ölüm yatağının yanında əyləşməyinə baxmayaraq bu adamı fikrində belə ata deyərək çağırmaq istəmir ya “ “İstəklioğul iləəzizata arasında gözyaşardıcı  vidalaşma  mərasimi əlbəttə ki, olmayacaqdı. Qocanın ölümü onu əsla həyəcanlandırmırdı. Onun marağını qızışdıran yalnız can verən qocanın sinəsinin üstündəki qalın zərf idi. Artıq  neçənci dəfə idi ki, zərfin üstünü oxuyurdu: “Zairə. Yalnız dəfnimdən sonra açılsın.” O, can verən qocanın qarşısındakı üstünlüyündən imtina edərək onun vəsiyyətini yerinə yetirəcəyinə qərar verdi”. Bax beləcə hadisələr gərginləşir daha da kəskin hala keçməklə vəziyyətlər halından kənarlaşır.

 

Qeyd etmək istəyirəm ki, həm müəllif mövzunun davamı olaraq hər bir fəsli daha geniş bir formada xüsusi ad vasitəsilə bir az da fəlsəfi baxış bucağında təqdim  etməyə  çalışır. Elə bunun nəticəsidir ki, oxucu ilə povest arasında hər hansı bir səd hiss edilməməklə hadisələrin necə bitəcəyini vəziyyətlər halının real həyatla eyniliyinin təcəssümü meydana gəlir.

 

Epiloqdan sonrakı birinci fəsilOğuladlanır. Bu fəsildə baş verən hadisələrin müəllif təfərindən 1982-ci ildə Postsovet məkanının rəhbəri hesab edilən Brejnevin vəfat etdiyi vaxtlara təsadüf edildiyi bildirilərək Bakının Montin qəsəbəsində təsvir edilir. İki gəncin milliyyətcə erməni olan Eduard (Edik) azərbaycanlı Zairin arasında baş verən hadisələr bir daha deməyə əsas verir ki, münasibətlər bir millətin digər millətə qarşı olan psixoloji müharibəsi, zehni gərginlik utancverici münasibətlərin fonunda cərəyan edir. İlk günlər münasibətlər dostluq zəminində başlasa da sonda erməni Eduardın azərbaycanlı Zairə qarşı cinsi zorakılıq göstərməsi ilə hadisələri daha da gərginləşdirmiş olur. Bununla da müəllif povestdə erməni xislətinin hər an qədər düşünülmüş formada bir ailənin timsalında millətin aşılanması psixoloji gərkinlik fonunda düşmənçilik münasibətlərindən söhbət açır. Povestdə hətta Zairi ailəsinə dəvət edən Eduardın anası ermənilərin guyamilli xörəyiadlandırdığı süfrəyə təqdim etdiyi dolmanın təsvir edilməsi belə uzun illərdən bəri erməni daşnaqsütun xilqətindən xəbər verir. Ortaya maraqlı bir sual çıxır. Niyə müəllif  məhz povesti bu kimi xoşagəlməz sadə olduğu qədər mürəkkəb bir münasibətlər fonunda qurmağa çalışır? Məqsəd heç gündəlik həyat tərzinin təqdim edilməsi deyil. Məqsəd bir ailənin timsalında Postsovet məkanın pərdəarxası çürük etik tərbiyyəsinin forma etibarı ilə göstərilməsi psixoloji müharibənin Postsovet məkanından qaynaqlanmasının təqdimidir. Müəllif bu məqamda yazır: “Bundan sonra bizim görüşlərimizin sayı daha da artdı. Artıq dərsdən qaçmağımız gözə çarpmağa başlamışdı. Hadisənin ən xoşagəlməz tərəfi o idi ki, Edik təfsilatı ilə bizim yaxınlığımız haqqında sinif yoldaşına danışdı, o isə eşitdiklərini məktəbin direktoru olan xalasının ovcuna qoydu. Direktor da öz növbəsində valideyinlərimizi məktəbə çağırdı bu dəhşətli sirri onlara açdı”.

 

Beləliklə, müəllif povestdə hadisələri daha da gərginləşdirməklə gündəlik həyat tərzindən formalaşan surətlər tipini təqdim etməklə sonradan qloballaşacaq milli problemə çevrilən, 1988-ci il hadisələrinə Qarabağ probleminin millətin, xalqın bəlasına çevrilıməklə ilkin mərhələdə formalaşmasından xəbər verir. Müəllif  bu  fəsildə  qeyd  edir  ki, baş  verən məlum 1988-ci il hadisələrindən sonra Eduard (Edik) anası ilə birgə Krasnodara köçmüş, azərbaycanlı soyadını erməni soyadına dəyişdirərək hərbi məktəbə daxil olmuşdur. Hadisələr fonunda ailənin baş verən cinsi zorakılıqdan sonra üzqarasından yaxa qurtarmaq məqsədilə Gəncəyə köçməsini  təsvir edən müəllif vəziyyətlər halını Zairin  burada təhsil aldığı orta məktəb direktorunun da milliyətcə erməni Lyudviq Vartanoviç olması ziyalı görkəmli adam təsəvvürü yaradan daxilində isə qatı millətçi olan birisinin Artsax erməni terror təşkilatının rəhbərlərindən sponsorlarından biri  olması faktı ilə daha da dərinləşdirmiş olur. Ailə daxili vəziyyətlərin gəginləşməsi fonunda müəllif  yazır: “Azərbaycanda növbəti hakimiyyət dəyişikliklərinin birində atam işsiz qaldı biz rəzalətin olduğunu bildik”.

 

Daha sonra müəllif  qüdrətli ölkəhesab edilən SSRİ-nin dağılması onun tərkibində olan respublikaların müstəqillik qazanması, hakimiyyət mülkiyyət uğrunda mübarizənin necə qızışması faktından söhbət açır. Bu dövrdə bütün respublikalarda olduğu kimi Azərbaycanda da hakimiyyətdə olan başıpozuqluq korrupsiya, rüşvətxorluq faktlarının vüsət aldığı diqqətlə izlənilir.

 

(Ardı var)

 

Anar Bürcəliyev

 

 Cümhuriyət.-2021.- 8-11 iyun.- S.14