Çəkməçi
və tək ayaqlı uşaq
İbrətamiz hekayə
Bakının qədim bir məhəlləsinə
kiçik ayaqqabı dükanı vardı. Dükanın
özü də ən az məhəllə qədər qədimi
idi.
Bir gün çəkməçi yeni gətirdiyi
malları vitrinə yerləşdirərkən küçədə
balaca bir oğlanın həvəslə ayaqqabılara
baxdığını gördü.
O ayyaqqabıların ən yaxşılarını
ön tərəfə qoyub pəncərəyə bir az da
yaxınlaşdı. Uşaq, qoltuqaltıdan istifadə edirdi.
Özü də çətinliklə… Kişi bir daha ona
baxdı. Geyindiyi şalvarın sol hissəsi dizin
aşağı hissəsindən sonra boş idi. Ona görə
də sağa–sola uçurdu. Balaca maraq dolu baxışlarla
ayaqqabılara baxırdı. Öz xəyal dünyasında bu
çəkmələrlə bağçada ora–bura
qaçır, digər uşaqlarla oynayırdı. Bir müddət
xəyallara dalıb yerindəcə qalmışdı.
Çəkməçi və tək ayaqlı
uşaq | İbrətamiz hekayə
Birdən özünə gəlib məyuscasına
yoluna davam edirdi ki, kişi cəld dükandan bayıra
atıldı və dedi:
– Ey balaca!.. Ayaqqabı deyəsən çox bəyəndin
hə? Bu ilki modellər superdir!
Bu ayaqqabılar ki var, sənə çox yaraşar!
Yaxşı da zövqün var ha… Gəl bir
ayağında yoxlayaq.
Balaca gülümsəyərək belə dedi:
– Onlar həqiqətən gözəldirlər!.
Bir müddət dayanıb sonra kədərli bir tərzdə
sözlərinə davam etdi.
–Amma anadangəlmə bir ayağım yoxdur. Bəs digər
tayını kim alacaq?
Çəkməçi sanki uşağın gözlərindəki
dərin kədəri gördü və bir anlıq susdu.
– Eh, Dərd etiyin şeyə bax!.. Bir tayını da
sol ayaqlı birinə satıram.
Balaca uşağın ağlı bu sözlə
razılaşdı.
O birdən çəkmənin qiymətini
görüb məyus oldu və dedi:
Amma üstündə 30 manat yazılıb. Mənim
üçün bunu almaq sadəcə bir xəyaldır !
Birdən çəkməçinin ağlına bir
fikir gəlir:
– Ayağındakı köhnə çəkmə ki
var, onu verirsən mənə, mən də sənə yenisini
verirəm. Bu qədər sadə.
– Zarafat edirsiniz? –deyə oğlan kəkələdi.
Altı deşilmək üzrədir. Köhnə
ayaqqabını kim alar?Özü də bir tay.
–Həqiqətən uşaqsan ki, uşaq. Əntiq əşyalar
haqqında heç nə bilmirsən demək… Antikvar nə qədər
köhnədirsə, bir o qədər bahalıdır. Ona
görə də sənin ayaqqabın mənim fikrimcə ən
azı 30–40 manat edər.
–Həyəcan və sevincdən balaca uşaq nə
deyəcəyini bilmədi. Sanki özünü
yuxudaymış kimi hiss edirdi. Bu gün onun üçün həyatının
ən unudulmaz günlərindən biri idi.
Çəkməçi soruşdu:
– Üstəlik, sən məktəblisən, elə
deyilmi?
– Hə, 7–ci sinifə gedirəm!.. – deyə oğlan həyəcanla
söylədi.
–Nə gözəl. Yeni dərs ilinə bu çəkməylə
başlayarsan. Ancaq mənə bir söz verməlisən.
Daha da həyəcanlanan uşaq soruşdu:
–Nə sözü?
– Çəkməçi mülayim bir tərzdəcə
dedi:
–Dərslərini bundan sonra daha yaxşı oxuyacaqsan.
Uşaq gülümsəyərək:
–Əlbəttə söz verirəm!
–O zaman razılaşdır. Sözündə dursan mən
də şad olaram.
Gəl keç ək içəri. Sən köhnəni
çıxart mən də təzəni gətirim.
Onlar birgə mağazaya keçdilər
İçəridəki rəflər onun bəyəndiyi
modellə dolu idi.. Uşağın sevincli görüb çəkməki
də yaman sevinmişdi. Bəlkə də bütün
ayyaqqabıları satsaydı heç bu qədər sevinməzdi.
O yeni ayaqqabını gətirdi və qayıdıb
uşağı oturtdu və təzə
ayaqqabılarını geyindirdi.
Çəkməçi:
– Gör necə yaraşdı! Elə bil
üçün hazırlanıb!
–Və çıxardığı köhnəni
göstərərək dedi:
Hə Köhnə dostuna da əlvida de. İndiyə qədər
bütün yollarda o yoldaşlıq edib sənə.İndi isə
yeni yol yolaşın bax bu gözəl çəkmədir.
–Balaca ona sarılıb yanağından öpdü və
səmimi bir təbəssümlə təşəkkünü
bildirdi.
Ancaq balaca bir tərəfdən sevinirdisə, digər
tərəfdən də bir ayağına görə kədərli
idi. İçindən kaş ki dedi. Kaş ki hər iki
ayağım olaydı və hər ikisiylə yeni çəkmələrimi
geyinib hər uşaq kimi qaçardım, əylənərdim.
Sanki uşağın içindən keçənləri
duyan çəkməçi yavaşca söylədi.
–Kaş ki, insanın vicdanı yox, ayağı əskik
olaydı.
Bunu eşidən balaca bir müddət
düşünüb mənalı baxışlara söylədi:
– Birdən niyə belə dediz ki?
Çəkməçi:
– Yeni ayaqqabı səni ancaq bir müddət xoşbəxt
edər balaca, həmişə yox.
Həmişə Xoşbəxt olmaq istəyirsən?
Onda özünü və həyatı sev, Balaca.
–Axı mən qüsurluyam. Özümü necə
sevim? Hamı kimi uşaqlığımı yaşaya bilmirəm?
Həyatı necə sevim?
– De görüm səncə hər cəhətdən
mükəmməl və qüsursuz insan var?Yoxdur elədir?
Hər insanın müəyyən əksikləri
vardır əlbət… Hətta kənardan bizə mükəmməl
kimi görünənlərin belə..Nə qədər
çətin olsa da, önəmli olan bunlara böyük
qüsur kimi baxmadan yaşaya bilməkdir. Belə şeyləri
dərd edib arzu və xəyallarına əngəl olma, balaca.
Bəzilərinin əlləri yoxdur, bəzilərinin
də ayaqları. Amma elələri də vardır ki,
ağıl və vicdandan məhrumdurlar.Əsl budur qüsurlu
olanlar sən yox..
Balaca uşaq böyük maraq və diqqətlə onu
dinləyirdi. Çəkməçi həvəslə
sözlərinə davam etdi:
Bax mən də Qarabağ qazisiyəm və bir
ayağım protezdir. Səni çox yaxşı başa
düşürəm. Çünki, eyni
ağrı–acıları məndə yaşamış, o
yollardan mən də keçmişəm. Amma buna rəğmən
gənc yaşlarımdan çox çalışdım xəyalımdakı
ayyaqqabı dükanını qurdum. Və
yaşadığım çətinliklər məni daha
güclü etdi.
Balaca oğlan bu sözlərdən təsirləndi.
Bunu görən sözlərinə əlavə etdi:
– Sən təmiz ürəkli ağıllı bir
uşaqsan…
Ağlın, ürəyin və ən əsası təmiz
vicdanın ki var.Həm bu dünyada, həm axirət
dünyasında bütün xeyirli qapılar üzünə
açıq olacaqdır.
Sən yetər ki ümidini və inamını itirmədən
çoxlu çalış.
Həm bilirsənmi? Sən çoxlarından daha
yaxınsan Allaha və O səni hər zaman hər halınla
sevir və qoruyur.
Gün gələcək bu dediklərimi daha
yaxşı anlayacaqsan.
Balaca oğlan bir daha gülümsədi. Dediklərini
tam başa düşməsə belə ürəyində bir
rahatlıq hiss etdi. Təşəkkür etdi və birdən
sevincindən ağlayaraq onu möhkəm qucaqladı
Sanki, bu günə qədər çəkdiyi
ağrıları birdən yox olmuşdu.
Və o gün balaca həm də özünə bir
söz verdi:
“Bundan sonra həyatımı sevib daha yaxşı bir
insan olacaq, başqa insanlara yaxşılıq edərək
yaşayacam. Ailəmə, Vətənimə və
bütün dünyaya layiqli bir insan olacam.”
Səbinə
Cümhuriyət .- 2024.- 6-13 dekabr(¹47).-S.14.