Zəngəzur dəhlizinə müharibə “səddi”:
Ermənistan üçün daha çətin dövr
başlayır
İsrail və İran arasında qızışan
müharibə artıq təkcə bu iki ölkə
arasındakı qarşıdurma deyil.
Bu savaş bölgənin strateji çəkidəki
bütün güc oyunçularını, onların
ittifaqlarını və logistik marşrutlarını yenidən
dizayn edən katalizatora çevrilib.
Müharibənin nəticəsi nə olursa-olsun, o, Cənubi
Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər siyasi və
iqtisadi prosesləri kökündən dəyişəcək.
Bu dəyişikliklərin mərkəzində isə bir
neçə kilometrlik bir yol durur – Zəngəzur dəhlizi.
Bu layihə uzun müddət siyasi “tormozlanma”lara məruz qalsa
da, artıq qlobal miqyasda ehtiyac duyulan regional
bağlantının və iqtisadi inteqrasiyanın ayrılmaz
parçası kimi qəbul olunur.
İranın bu dəhlizə qarşı göstərdiyi
müqavimət isə həm onun regional ambisiyalarının,
həm də daxili siyasi prioritetlərinin əksi idi. Lakin
İsrailin son aylarda İrana qarşı cərrahi dəqiqlikdəki
zərbələr bu müqavimətin kökündən
sarsıldığını göstərir. İran təkcə
hərbi, diplomatik deyil, həm də geosiyasi cəhətdən
geri çəkilməyə məcbur edilir.
Bu vəziyyət Zəngəzur dəhlizi
üçün yeni imkan açır. Artıq Tehran
üçün bu dəhlizin "qırmızı cizgi"
statusunu qorumaq nə real, nə də dayanıqlı
görünür. Üstəlik, Ermənistanın özü
belə bu layihənin geosiyasi əhəmiyyətini və
iqtisadi məntiqini anlamağa başlayır.
Beynəlxalq münasibətlər üzrə ekspert
Əziz Əlibəyli "Cümhuriyyət”-ə
açıqlamasında bildirib ki, rəsmi Bakı Zəngəzur
məsələsini daim gündəmdə saxlayıb və
regiondakı bütün güclərə bu istiqamətdə
əsaslı mesajlar verib. Onun sözlərinə görə,
indiki vəziyyətdə, yəni İranda baş verən
proseslər fonunda Zəngəzur dəhlizinin yenidən
gündəmə gətirilməsi və bunu İran–İsrail
münaqişəsindən kənar saxlamaq ehtimalı olduqca
azdır:
"Məhz bu kontekstdə Zəngəzur məsələsinin
önə çəkilməsi bu gün ciddi təhlükələr
vəd edir. Ən azı ona görə ki, İranda bölgə
üzrə kifayət qədər ikitərəfli və
çoxtərəfli proksi qüvvələr mövcuddur .
Onlar münaqişənin miqyasının böyüməsində,
yeni aktorların prosesə cəlb
olunmasındamaraqlıdırlar. Azərbaycan üçün əsas
təhdid ondan ibarətdir ki, Zəngəzur dəhlizini indiki
anda açıq şəkildə ritorikasına daxil etsə,
avtomatik olaraq hədəf nöqtələrindən birinə
çevrilə bilər. Narahatlıq doğuran, dezavantajlı
istəklər də məhz bu yöndədir".
Ekspert hesab edir ki, sonrakı mərhələlərdə
müxtəlif ssenarilər inkişaf etməlidir.
"Bu ssenarilərdən biri də İranın gələcəyinə
və oradakı mümkün dəyişikliklərə
aiddir. Əgər bu dəyişikliklər baş verərsə,
Azərbaycanın Zəngəzurla bağlı mövqeyi daha
aydın, daha sistemli və daha qəti şəkildə təkrarlanacaq.
Yəni Azərbaycan bu məsələdə geri addım
atmır və atmayacaq da. Tehran rejiminin təsir
gücünün zəifləməsi isə Ermənistandan Zəngəzur
məsələsinə münasibətdə yumşalmanı
da gündəmə gətirir. İndi sual yaranır:
Paşinyan hakimiyyəti bu məqamdan istifadə edib
Ermənistanı regional və qlobal nəqliyyat şəbəkələrinə
bağlamağa çalışacaqmı, yoxsa bu fürsəti
də geosiyasi manevrlərlə itirəcək? Ermənistan–İran
müttəfiqliyi yüksək səviyyədədir. Amma bu
yaxınlaşma daha çox Ermənistan daxilindəki qərarverici
qüvvələrin, xüsusən də diaspor və lobbi
qruplarının təsiri ilə baş verir.
Eyni zamanda, bu əməkdaşlıq İranın
bölgəyə dair baxışındakı geosiyasi
yanlışlıqlardan da qaynaqlanır. Hazırkı vəziyyətdə
Ermənistanın ikili mövqe sərgilədiyini
görürük. Bir tərəfdən, Ermənistan
ritorikasında yumşalma var. Digər tərəfdən isə
bölgədə İranın gələcəyinə dair
hansı ssenarilərin reallaşacağı hələlik bəlli
deyil. İran və Ermənistan bu baxımdan qeyri-müəyyənlik
içindədirlər.
Məsələn, PKK və digər kürd terror təşkilatlarının
davranışlarına baxdıqda görmək olar ki, onlara
sanki "Kürdüstan" sözü verilib və
İranın parçalanacağı bir ssenaridə aktiv rol
oynadıqları üçün açıq şəkildə
hərəkətə keçiblər. Lakin eyni vəziyyəti
Ermənistan üçün demək çətindir.
Təbii ki, Ermənistan bu coğrafiyada yerli dəstək
almamış olsaydı, çoxdan öz mövqeyini dəyişmişdi.
Bu prizma ilə yanaşdıqda, bölgədə hadisələrin
inkişafı Ermənistanın da mövqeyində dəyişiklikləri
qaçılmaz edəcək."
Səbinə Uğur
Cümhuriyət .- 2025.-20 iyun-4 iyul(¹22).-S.8.