150 illik Azərbaycan mətbuatı:
Dövlətçiliyin keşiyindəki
müsəlləh əsgər
Böyük mütəfəkkir
Həsən bəy Zərdabinin redaktorluğu
ilə 1875-ci il iyulun 22-də əsası
qoyulan “Əkinçi”
qəzetinin nəşri
ictimai əhəmiyyətinə
görə böyük
tarixi hadisələrdən
biridir.
Bununla Azərbaycan
ictimai-siyasi həyatında
yeni bir dövrün əsası qoyulub, mədəni tərəqqinin genişlənməsinə
təkan verilib. Azərbaycan dilində yayımlanan ilk milli qəzetimiz olan “Əkinçi”-nin 1875-ci ildə başlayan fəaliyyəti
cəmi iki il çəksə də, milli mətbuatımızın formalaşmasında
mühüm rol oynayıb. “Əkinçi”
təkcə mətbuat
tarixi kimi yox, bir sıra
məsələlərə görə də xalqımızın ictimai
həyatında yeni bir dövrün başlanğıcıdır.
Azərbaycan dilinin
qorunması və inkişafı, dilimizin qrammatik əsaslarının
yazılı tətbiqi,
onun rəsmi statusunun formalaşması
baxımından da bir məktəb olub. Jurnalistikanın və jurnalistin peşə prinsiplərinin
sistemləşməsi, milli
ziyalılar nəslinin
formalaşmasında da
mühüm rol oynayıb.
“Əkinçi”-nin
nəşri publisistikanın
inkşafı ilə milli ədəbiyyatımızın
formalaşmasında da
əvəzsizdir. O dövrün
böyük maarifçiləri,
ziyalıları mətbuatda
müxtəlif janrlarda
çıxışlar edərək,
ədəbiyyatımıza da töhfə veriblər.
Mirzə Fətəli
Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və digər ziyalılarımıza
xalqın maariflənməsi,
tərəqqisi, elmin,
mədəniyyətin, ədəbiyyat
və incəsənətin
təbliği istiqamətində
yeni imkanlar açılıb, onlara mühüm bir ictimai tribuna verilib. Beləliklə də, jurnalistikamızda olduğu kimi, fikrimizdə, şüurumuzda,
ictimai düşüncəmizdə,
milli ədəbiyyatımızda
da yeni bir
mərhələ başlayıb.
Qəzetlərdə və jurnallarda dərc edilən felyeton, satirik şeirlər və
miniatürlər ədəbiyyatda
bu janrların təşəkkülündə
mühüm rol oynayıb.
“Əkinçi” qəzeti
sonrakı illərdə
Azərbaycanda çoxsaylı
qəzet və jurnalların nəşri üçün istinad, təməl rolunu oynayıb. Prosesin dinamikası XIX əsrin sonu - XX əsrin əvvəllərində nəşr
olunan “Ziyayi-Qafqaziyyə”,
“Kəşkül”, “Şərqi-rus”,
“Həyat”, “İrşad”,
“Təkamül”qəzetləri,
“Füyuzat” məcmuəsi,
“Molla Nəsrəddin”
jurnalı və digər mətbuat vasitələri üçün
bir mayak olaraq, yalnız Azərbaycanda deyil, bütünlükdə Cənubi
Qafqazda mətbuatın
inkişafına təkan
verib.
Müstəqil Azərbaycan
Cümhuriyyətinin işğalından
sonra, 1920-ci ildən başlayan Sovet dövründə Azərbaycan
mətbuatı kommunist
ideologiyası çərçivəsində
fəaliyyət göstərsə
də, öz inkişafını davam etdirib.
Dövrün tələbinə
uyğun siyasi senzura mövcud olsa da, milli
mətbuatın inkişafı
prosesi dayanmayıb və mətbuat cəmiyyətin gündəlik
həyatında fəal
yer tutub. Nə qədər çətin olsa da, bütün bu illər ərzində
mətbuat xalq arasında öz populyarlığını qoruyub
saxlaya bilib.
Hətta 1956-cı ildə
Azərbaycanda televiziyanın
fəaliyyətə başlaması
belə bunun qarşısını ala
bilməyib və mətbuat yenə də ictimai düşüncənin mərkəzində
olub.
Amma milli mətbuatımızın daha
çeşidli və
sürətli inkişafı
dövlət müstəqilliyimizi
qazandıqdan sonra başlayıb. 1991-ci ildə
Azərbaycanın dövlət
müstəqilliyi bərpa
olunduqdan sonra milli mətbuatın inkişafında yeni bir mərhələ açıldı. Müstəqil
Azərbaycanda plüralizmə,
demokratik dəyərlərə
əsaslanan tamamilə
yeni mətbuat təcrübəsi yayılmağa
və inkişaf etməyə başladı.
Təbii ki, bu dövrün də özünəməxsus
problem və çətinlikləri olub.
Mövcud siyasi
senzura bu prosesin daha da
dərinləşməsinə, söz və fikir azadlığının
tamamilə bərqərar
olmasına imkan vermirdi. Mətbuatı narahat edən əsas məsələ Sovetlər dövründən
qalan siyasi senzuranın ləğvi və azad mətbuatın
formalaşması ilə
yeni bir mərhələyə keçid
edilməsi idi.
Ümummilli lider
Heydər Əliyevin
1998-ci il avqustun 6-da imzaladığı fərmanla
ölkəmizdə mətbuat
üzərində senzuranın
aradan qaldırılması
müstəqil mətbuatın
inkişafı və fəaliyyətində yeni
bir dövr açdı. Bununla da Azərbaycanda söz və fikir azadlığının
təmin olunması istiqamətində mühüm
addım atıldı.
Mərhum Prezident
Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dönəmdə
hər zaman mətbuata xüsusi diqqət və qayğı hiss edilib, şəxsən Prezident özü jurnalistlərlə sıx
təmasda olub, onların problemlərini dinləyib və bu problemlərin həll olunması ilə bağlı müvafiq göstərişlər
verib.
Heydər Əliyevin
Azərbaycan mətbuatının
formalaşmasında, mətbuatın
müstəqilləşməsində xüsusi rolu var. 2000-ci illərin əvvəlində qəzetlərin
maliyyə resursları
imkan vermədiyindən,
nəşr olunduqları
nəşriyyata böyük
məbləğdə borc
yaranmışdı. Onun
göstərişi ilə
bu borclar silindi və milli mətbuatımız ayaqda dura bildi.
Bütün bunlar göstərir ki, Azərbaycan mətbuatı
hər zaman dövlətin qayğısını
öz üzərində
hiss edib.
Bu gün də müstəqil mətbuatımız dövlətin,
şəxsən cənab
Prezident İlham Əliyevin daim diqqət və qayğısını öz
üzərində hiss
edir. Yəni, Azərbaycan mətbuatının
inkişaf etdirilməsi
istiqamətində islahatlar,
ona dövlət dəstəyi sonrakı illərdə də davam etdirilib.
Aparılan islahatlar,
medianın inkişafı
ilə bağlı həyata keçirilən
proqram və məqsədyönlü tədbirlər
öz bəhrəsini
verir.
Azərbaycan mediası
da hər zaman dövlətin yanındadır. Milli və dövlətçilik
məsələlərində prinsipiallıq nümayiş
etdirir. 44 günlük
Vətən müharibəsi
zamanı mediamız da müsəlləh əsgər kimi Ali Baş Komandanın
ətrafında sıx
birləşərək, haqlı
qələbəmizin şərəf
tarixinə öz imkanları daxilində dəstək verdi. Bu gün də
özünü Müzəffər
Ali Baş Komandanın əsgəri hesab edir və
bu qələbə mətbuatımızın da
inkişafına impuls
verib.
Həyata keçirilən
islahatlar, görülən
işlər, Vətən
müharibəsindəki qələbəmizdən
sonra medianın da inkişafında yeni bir çağ
başlanıb.
Azərbaycanda media
haqqında yeni qanun qəbul edilib və beynəlxalq təcrübəyə
uyğun müasir qanunvericilik bazası yaradılıb.
Prezident İlham
Əliyevin 2021-ci il 12
yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası
Medianın İnkişafına
Dövlət Dəstəyi
Agentliyinin yaradılması
və onun fəaliyyəti, jurnalistlər
üçün keçirilən
müxtəlif peşə,
bilik və bacarıqlarının artırılması
ilə bağlı təlimlər mətbuata dövlət qayğısının
davam etməsinin bariz nümunəsidir.
Bütün bunlar
Azərbaycan mediasının
inkişafı və müasir beynəlxalq standartlara cavab verən, rəqabətədavamlı
media quruluşlarının
yaranması üçün
dövlət tərəfindən
həyata keçirilən
islahatların tərkib
hissəsidir.
MEDİA-nın fəaliyyətə
başlaması ilə
jurnalistlərin, müasir
texnologiyalar üzrə
mütəxəssislərin peşə biliklərinin artırılması, müasir
tələblərə cavab
verən bacarıqların
öyrənilməsi istiqamətində
geniş imkanlar əldə edilib.
Bu gün “Media
haqqında” Azərbaycan
Respublikasının Qanunu
media üçün
yol yeni xəritəsi, mətbuatımız
üçün üçün
yeni mərhələyə
keçid, jurnalistlər
üçün yeni imkanlar baxımından mühüm rol oynayır.
Media reyestrinin tətbiqi
ilə mətbuat tariximizdə uzun illər yaşanmış
xaos dövrü aradan qaldırıldı.
Bir zamanlar müəyyən mənada
cəmiyyət tərəfindən
qəbul edilməyən
mətbuat yeni yanaşmalardan, peşəkarlığın
artırılması üçün
həyata keçirilən
təlim və tətbiqlərdən sonra
ictimai fikrin ciddi qəbul etdiyi subyektlər sırasında aparıcı
yerini bərpa etdi. Bununla da
real mediapsevdo mediadan ayrıldı.
Yeni meyarlar jurnalistikada peşə kodeksinə əməl olunmasına, peşə əxlaqının oturuşmasına,
qərəzsiz və obyektiv media quruluşlarının formalaşmasına
səbəb oldu.
Reallıqdır ki,
müasir medianın qərəzsizliyi, obyektivliyi
və müstəqilliyi
ilə ciddi irəliləyişlər əldə
edilib. O cümlədən,
iqtisadi və sosial yanaşmalarda da dövlət tərəfindən müvafiq
dəstək göstərilir.
Bu gün vergi güzəştləri
tətbiq edilir, müxtəlif iqtisadi alətlərlə medianın
inkişafı üçün
münbit şərait
yaradılır.
Xüsusi qeyd etmək lazımdır ki, internetin və müasir texnologiyaların indiki inkişaf mərhələsində
çap mediasının
qorunub saxlanması üçün ayrı-ayrı
media subyektlərinə
göstərilən dəstək
mediaya dövlətin ən böyük qayğısıdır.
Bu il milli mətbuatımızın
150 illik yubileyi qeyd edilir. Bu
yubileylə bağlı
da dövlətin dəstəyi və qayğısı göz önündədir. Azərbaycan
milli mətbuatının
150 illik yubileyi ilə bağlı yüksək səviyyəli
müxtəlif tədbirlər
hazırda davam etdirilir.
Prezident İlham
Əliyev tərəfindən
Azərbaycan milli mətbuatının 150 illiyi
münasibətilə yubiley
medalının təsis
edilməsi təşəbbüsü
mətbuatımıza, bu
sahədə fəaliyyət
göstərənlərə, jurnalistlərə xüsusi
diqqət və qayğı, Azərbaycan jurnalistikasına, media sahəsində çalışan
insanların əməyinə
verilən ən böyük dəyər və qiymətdir.
Bütün bunlar
göstərir ki, Azərbaycanda mətbuatımızın
keçdiyi tarixi və şərəfli yol hər zaman
dövlətin diqqət
mərkəzindədir.
Cümhuriyət.- 2025.- 30 may - 6 iyun (№19).- S.8.