Şəkidə qurulan “Dar
ağacı”
Çağdaş Azərbaycan ədəbiyyatında
XX əsr poetik fikrinin görkəmli nümayəndəsi olan
Xalq şairi Bəxtiyar Vahabzadə
yaradıcılığı və xüsusilə onun
dramaturgiyası öz aktuallığını hər zaman
olduğu kimibu gün də qoruyub saxlamaqdadır.
Vahabzadə yaradıcılığında və dramaturji
yanaşma mövqeyində vətən və onun taleyi
mövzusu bir mərhələ və yabirdövr olaraq əks
etdirilmirdi. Əksinə, yaradıcılığı boyu
xüsusi olaraq bir xətt boyunca davam edən daimi
aparıcı mövzuların orjinal aktuallığına əsaslanaraq
bütöv və böyük Azərbaycanın milli şairi
kimi dərk olunmaqla bu missiyanın daşıyıcısı
olması ilə qürur duyurdu.
Bu missiya onun dramaturgiyasında daha çox
özünü təsdiqləməklə müasir peşəkar
Azərbaycan teatrının repertuar zənginliyinə,
dolğunluğuna və maraqla izlənilməsinə xidmət
edirdi. Şairin 100 illik yubileyi ərəfəsində Şəki
Dövlət Dram Teatrının səhnəsində Əməkdar
İncəsənət xadimi Mirbala Səlimlinin rejissor
traktofkasında ədibin qələmə aldığı
“Dar ağacı” tarixi faciə janrında olan pyesinin
tamaşasına maraqla baxdım.
Dramaturqun tarixi mövzuda qələmə
aldığı və bu istiqamətdə ilk qələm təcrübəsidə
məhz “Dar ağacı”dır.
Özünün də tarixi
faktları maraqla izləməklə hadisələri
mövzuya gətirib çıxaran bədii niyyətin
orijinallığı məhz
müəllifin ideya və
düşüncələrini
bu əsərdə daha dolğun şəkildə
göstərib.Belə ki, bu pyesdə Babək
xatırlanır, talelərə və əməllərə
onun ruhu və qəhqəhələri ilə yekun vurulur.
Rejissor, Əməkdar İncəsənət xadimi
Mirbala Səlimli səhnə quruluşunda tarixi mövzulu
dramaturgiyanın ana xəttinə sadiq qalaraq orjinal səhnə
traktofkasında təqdim edilməsinə müvəffəq
ola bilib. Onun rejissortraktofkasındaBabəklə
bağlı tarixi yaddaş və milli şüurun
oyadılması aspektindən yanaşması ilə faciə
janrına xas olan ştrixlərin quruluş, konflikt, qəhrəmanlıq
elementləri qabarıq şəkildə göstərilir.Rejissor
səhnə quruluşunda həm də tarixi mübarizənin,
milli azadlıq uğrunda fədakarlığın
obrazlarını uğurla fərdi qaydada
ayrı-ayrılıqda təqdim etməklə,insanların vətən,
azadlıq uğrunda canlarını fəda etməsinin mənəvi
və əxlaqi tərəfləriniön planda böyük
uğurla göstərə bilir.
Məhz Mirbala Səlimli öz səhnə
quruluşunda “ədalətsizliyə,
işğalçılığa, zülmə qarşı
müqavimət vacibliyinin haqq və azadlıq
ideyasından doğaraq sonda qalib gəlməlidir” fikrinin təzahürü
olaraq üstəlik əqidə qarşıdurması, fərqli
mövqe,vətənçilikvə işğalın
yanında dayanmamaq kimi dramatik xətti uğurla təqdim edib.
Müəllif ideyasından irəli gələrək
süjet xətti xronoloji deyil, tarixi hadisələrin müəyyən
dövrünü əhatə edir. Babəkin mübarizəsi,
onun ölümündən sonra xalqda oyana biləcək
üsyan potensialı üzərində hadisələrin
lokanik və ardıcıllıqla bir xətt boyunca
qurulması tamaşanın maraqla izlənilməsinə ciddi təkan
vermiş olur.
Xüsusi olaraq qeyd etmək
lazımdır ki, tamaşa boyu səhnədə bir neçə
simvolik olaraq dar
ağaclarının qurulmasıdainsan taleyinin ancaq bir ipdən
asılı olması ilə yanaşı, qiyam, edam
bununladayalnızfaktikiolaraq bir hadisə kimi deyil, ideya simvolu
kimi də uğurla təqdimatına yönəlir. Estetik
baxımdan tamaşa boyu“Dar ağacı” səhnədə
rejissor traktofkasından irəli gələrək zəngin, səlistdiləmalik
olması ilə yanaşı, memarlıq, xalqının
tarixindəkidöyüşlər, vətən hissləri
poetik təsvir elementi kimi geniş bir formada daha dolğun şəkildə
istifadəolunmaqla təqdim edilir.
Tamaşada Respublikanın Əməkdar artisti Xanlar Həşimzadə
Xalq nümayəndəsi Ağsaqqal
obrazındaçıxış edir. Aktyorun ifasında
Ağsaqqal obrazı əsərdə sadəcə bir fərd
deyil, xüsusi olaraq xalqın ümumi iradəsinin,
düşüncəsinin, narahatlığının və ədalət
hissinin təcəssümü olaraq təqdim edilir. O, sanki
pyesdə danışan və heç zaman susa bilməyən
bir vicdan funksiyasını da öz üzərində
daşıyır.
O, haqsızlığa susmur, ədalətə
çağırır və zülmə qarşı
mövqeyinibildirir. Məhz “Dar ağacı” pyesində də təqdim
edilənAğsaqqal obrazı Azərbaycan ədəbiyyatında
klassiknümunəolaraq müdriklik, xalq bilgisi, həyat təcrübəsi
və ədalətsimvolu olaraq təqdim edilir. Məhz
tamaşa boyuncaaktyorun ifasında təqdim edilən Ağsaqqal
obrazı da öz xalqının keçmişini, çəkdiyi
iztirabları yaxşıxatırlayan və onlardan nəticəçıxaran,aydın
baxışlı bir şəxs
kimi təqdim olunur.
Əməkdar artist Xanlar Həşimzadə səhnədə
ifa etdiyi obrazı ilə bir daha
passiv müşahidəçi deyil, aktiv mövqe
nümayiş etdirən, xalqı ayılmağa, haqq-ədalət
uğrundamübarizəyə çağıran el
Ağsaqqalıolaraq obrazın mahiyyət etibarı ilə tam
olaraq ifasına müvəffəq olub.Aktyorun ifasında təqdim
edilən obraz, sadəcə bir qoca deyil. O, xalq yaddaşı,
tarix və mədəniyyətin
daşıyıcısıdır. Məhz Xanlar Həşimzadəninifasında
Ağsaqqal xalqın müdrikliyini, ədalətəolan
inamını, keçmişin təcrübələrini və
xüsusilə gələcəyə verilən ümidləri
təcəssüm etdirir.
Səhnədəmaraqla baxılansurətlərdən
biri də Respublikanın Əməkdar artisti Əbülfət
Salahovun ifasındaXilafətin nümayəndəsiolanİbn
Zeyd obrazıdır.İbn Zeyd
tamaşa boyuXilafətin, yəni hökmranlıq edən
və zülm edən qüvvənin təmsilçisi olaraq
çıxış edir. O, mərkəzi hakimiyyətin sərt,
ədalətsiz vərepressiv təbiətini əks
etdirir.Aktyor tamaşa boyu İbn Zeyd obrazı vasitəsilə
diktatura rejimini və onun məhdudlaşdırıcı eləcə
dəinsan haqlarını pozan xarakterini uğurla təqdim edə
bilir.İbn Zeyd obrazında daxili insani tərəflər və
konfliktlər demək olar ki, yoxdur. O, tamamilə hakimiyyətin
və qanunun sərt tərəfindədayanmaqdadır. Bu obraz
vasitəsilə diktatorun insanlıqdan uzaq, yalnız hakimiyyətə
bağlı tərəfi
xüsusi
olaraqvurğulanır.
“Dar ağacı” tamaşasındaİbn Zeyd və
Akşin obrazları arasında ideoloji, əxlaqi ziddiyyət əsas
dramaturji xəttikimi xüsusi olaraq göstərilir. İbn
Zeyd azadlıq,ədalət uğrunda mübarizəyə
qarşı olan zülm və ədalətsizliyin təmsilçisidir.Aktyorun
ifasındaİbn Zeyd obrazırepressiv hakimiyyətin,
özgürlük və insan hüquqlarını boğan
qüvvənin simvolu olaraq da təqdim edilir. Onun xarakteri vasitəsilə
pyesdə ədalətsizlikvə zülm qınanır,
azadlıq uğrunda mübarizənin vacibliyi isə xüsusi
olaraq önə çıxarılır.
Tamaşa boyu maraqla izlənilən surətlərdən
biri də Babəkin teyfi obrazıdır. Bu obrazı
Respublikanın Əməkdar artistiRəhimQocayev ifa edir. Aktyorun ifasındaBabəkin
teyfi obrazı güclü iradəyə malik, qorxmaz və qəhrəmanolmaqla
yanaşı, zorakılığa, haqsızlığa
qarşı mübarizəapararaq ən çətin şəraitdə
beləideallarından dönməzdir. Məhz aktyorun
ifasında təqdim olunan Babəkin teyfimüqavimətin və
milli ruhun təcəssümü olaraq maraqla izlənilir.Aktyor
səhnədə öz ifa tərzi ilə bir daha Babəkin
teyfiobrazında birliyə və həmrəyliyə böyük
önəm verdiyini maraqlı ştrixləri ilə təqdim
etməyi bacarır.
Məhz tamaşa boyu Babəkin teyfi ilə
bağlı səhnələrdə pyesin əsas ideyası
olanazadlıq vəədalət uğrunda mübarizənin
vacibliyiaydın şəkildə göstərilir. Əməkdarartist
Rəhim Qocayev obrazın mahiyyət etibarı ilə rejissor
traktofkasından irəli gələrək uğurlu səhnə
həllinə nail olub.
Pyesdə əsas obrazlardan biriXilafətin Azərbaycanda
valisi olan Akşindir. Bu obrazı aktyor Xəyal Salahov ifa edir.
Akşin “Dar ağacı” pyesnin əsas obrazlarından biridir və
o, pyesin dramatik mühitində mühüm rolu olan xarakteri
hesab edilir. Onun xarakteri, duyğuları və
davranışları əsərdəkiəsas ideyanı ifadə
etmək üçünxüsusi
olaraqistifadə olunur.Tamaşa boyu aktyorun ifasında
Akşin obrazı qardaşının əks istiqamətinə
yönəlməklə, ərəb xilafətinin göstərişlərinə
daha çox bağlılığıilə diqqət mərkəzində
olmağı bacarır.
Öz hökmranlığını qorumaq, beynəlxalq
və daxili güc balansının isə bəzən daxili
narahatlıq və vicdan ziddiyyəti, yaltaqlıqla qorxu
arasında olan seçim kimi təqdim etməklə obrazın
psixologiyasının tam olaraq açılaraq təqdim
olunmasına nail ola bilir.
AktyorunifasındaAkşin təkcə ideallara
bağlı olmayan, həm də duyğusal, insani tərəfləri
olan bir obrazdır. Onun daxili konfliktləri, qorxuları, sevgi və
dostluqduyğuları səhnədə ifa
vasitələrindəmüxtəlif detallarlatəqdim
edilir. Həmçinin Akşinin taleyi pyesin tragik xəttini təşkil
edir.Hətta onun doğma qızı ilə zindan səhnəsində
həyati təhlükəsinin
necə qorxaqlıq və
rəzillik arxasında gizlənməsi iləmüşahidə
olunması obrazın mahiyyət etibarı ilə daha dolğun
təqdim olunmasının göstəricisidir.
Tamaşada maraqlı surətlərdən biri də
Sabutay obrazıdır.Sabutay obrazı Babəkkimi milli qəhrəmanların
və Akşin kimi mübarizlərin soyundan doğulangənc nəsli
təmsil edir. Onun vasitəsilə təqdim edilən səhnə
əsərindəazadlıq və milli azadlıq uğrunda
mübarizənin davamlılığı göstərilir.
Sabutay həm keçmişin qəhrəmanlarını, həm
də indiki dövrün ümidlərini özündə birləşdirir.Həmçinin
Sabutay obrazı gəncliyin idealizmini və enerjisini özündəəks etdirir. O,
öz dövründə baş verən zülm və ədalətsizliklərə
qarşı çıxan, gələcəyə ümidlə
baxan bir gənc kimi təqdim olunur.
Tamaşa boyu Sabutayın xarakterində azadlıq və
ədalət arzusu güclü şəkildə hiss olunur. Bu
obrazı aktyor Rəşid Mirizadəmaraqlı detallarla təqdim
etməyə müvəffəq ola bilib. Obrazın daxili aləmi
aktyorunsəhnə mizanları ilə yanaşı, mübariz
ruhda olan birgəncin iç dünyasında gedən daxili
mübarizəsindəəks olunur. O, öz kimliyini, azadlıq
ideallarını və şəxsiyyətini
formalaşdırmağa çalışır.
Aktrisa Lalə Məmmədin ifasında Akşin və Babəkin anası
obrazı da orjinalsəpkili
surətlərdən biridir.
Maraqla izlənilən və Lalə Məmmədin ifasında
təqdim olunan Ana səhnədə hər
zaman qadın iradəsinin eləcə də
gücünün təcəssümü olaraqzorakılığa və ədalətsizliyə
qarşı dayanan, ruhdan düşməyən bir obraz olaraq təqdim
edilir.Aktrisanın ifasında Ana surəti həmçinin Vətənin,
millətin, xalqın analıq rəmzidir.
Onun çəkdiyi ağrılar, iztirablar,
övladlarını azadlıq yolunda itirməsi, Vətənin
işğal və zülm altında qalan halını simvolizə
edir.Lalə Məmmədobrazın daxili aləmindəşəxsi
faciəni, həm dəxalqın ümumi faciəsiolaraq
özündə birləşdirməklə böyük
ustalıqlatəqdim etməyə müvəffəq olub.Həmçinin
aktrisanın ifasında Ana nəsillərarası mübarizəruhunun
daşıyıcısıolmaqla, keçmişinmübarizə
tarixini, Babəkin dövründən Akşin və Sabutaya qədər uzanan azadlıq
ruhunundavamlılığınıözünün maraqlı
ştrixli səhnə oyunu
ilə təqdim edir.
Tamaşa boyu maraqla izlənilən surətlərdən
biri də Akşinin qızı Çılğın obrazıdır. Gənc, cəsarətli və azad
ruhlu bir qız
olan
Çılğın sərbəstvə
həyatda öz yolunu seçmək istədiyini aşkaranə şəkildə bildirən obraz
olaraq təqdim edilir. Obrazın daxili aləmindən irəli gələrək
aktrisaGülxar İmamhüseynovanınifasında təqdim
edilən Çılğın obrazı qadın
azadlığı və şəxsiyyətin
formalaşmasıbaxımından maraqla izlənilir.
İbn Tahir Akşinin yaxın dostu, vəziri və
etibarlı məsləhətçisikimi
çıxışlar edir. O, Akşinə ağıllı
və praktik məsləhətlər verir, onun mübarizəsində sanki stratejiroloynayır. Məhz
obrazdüşüncəli, ağıllı və
strateji təfəkkürə malik şəxs kimi təqdim
olunur. İbn Tahir mübarizənin yalnız
güc yolu ilə deyil, ağılla da aparılmasının
tərəfdarıdır. Ancaq Akşinin arxasından onun əməllərini yadelli
işğalçılara
çatdırması vəzifə və
tax-tac, səltənət üzərində istək və arzularını da
dilə gətirməklə Ərəb xilafətinə bir
növ sədaqətini nümayiş etdirməklə sonda
bu hakimiyyətə sahib
olur. Məhz Akşin də
İbn Tahirin əli ilə edam
edilir. Bu obrazı maraqlı cizgiləri ilə aktyor Fərahim Fətəliyevifa edir.
Obraz aktyorun ifasında maraqla izlənilir və diqqət mərkəzində
olmağı bacarır.
Ərəb ordusunun sərkərdəsi və hakimiyyət
nümayəndəsikimi təqdim olunanİbn Süheyl
obrazı da hadisələrin gedişatı zamanı baş
verən vəziyyətlərin cərəyan etməsində əsas
qüvvə olaraq təqdim edilir.O, hakimiyyətin və
işğalçı qüvvələrin bir parçası kimi, zorakı və
avtoritar mövqedə dayanır. İbn Süheyl obrazıvasitəsilə
tamaşa boyuişğalçı qüvvələrin,
zorakılıqvəədalətsizliklə yanaşanbirtəbəqənin
simvolutəqdim edilir.Tamaşaboyuncaİbn Süheylobrazı həm
də qorxu və təzyiq vasitəsilə xalqı idarə edən
bir fiqurdur. AktyorPərviz İsmayılovun ifasında bu
obrazdavranışları iləpyesdə
zorakılığın və ədalətsizliyin təzahürü
olaraq təqdim edilir. Aktyorun obraz üzərində təqdimatı
bir daha qəhrəmanlıq, insani dəyərlər yox,
hakimiyyətin qorunması və zor gücünü ön
planda göstərməsi məqamındaazadlıq və insan
ləyaqəti uğrunda mübarizə edənlərə
qarşı olan amansız mövqeyi ilə seçilə bilməsi
qədər maraqla baxılır.
Altay pyesdə gənc, enerjili və idealist obraz kimi təqdim
olunur. O, azadlıq uğrunda mübarizəyə qoşulan
yeni nəsli təmsil edir. Altayın xarakteri mübarizənin
davamlılığını və gələcəyə
olan ümidlərinin göstəricisidir. O, çətinliklərə
baxmayaraq, qorxmadan mübarizədə iştirakedir.
Cəsarəti və iradəsiiləpyesdə gənclərin
rolunu ön planda təqdim etməyə müvəffəq olur.Obraz aktyor Elvin Mabudovunmaraqlı
səhnə ştrixləri ilə diqqət mərkəzində
olmağı bacarır. Səhnədə təqdim olunan
obrazlardan biri də ənənəvi və mühafizəkar
qadın obrazı olaraq təqdim edilən aktrisa Nazilə
İmamhüseynovanın ifasında olan Çılğının
xalası surətidir. Müəllif ideyasına görə,Çılğının
xalası pyesdə daha çox ənənəvi dəyərlərə
bağlı, mühafizəkar və stereotipik qadın
obrazı kimi təqdim olunur. O, cəmiyyətin və ailənin
mövcud qaydalarını qorumağa çalışan, dəyişikliklərə
ehtiyatla yanaşanbir fiqurdur.
Aktrisanın ifasında məhz bu obraz müəllifideyasına,
həmçinin rejissor traktofkasından irəli gələrəkdəyişiklik,
eləcə də yenilikdən qorxan, gələcəyə
qarşı isətərəddüd
hisslərinin daşıyıcısı kimi təqdim
olunur. O, azadlıq və
mübarizə ideyalarına şübhə ilə yanaşır,
hər zaman isətəhlükəsizlik və sabitlik arzusu ilə
hərəkət etməyə çalışır. Aktrisa
Nazilə İmamhüseynovaXala obrazı ilə ənənəvi
qadın rolunun, onun mühafizəkar mövqeyinin mənfi tərəflərini özündə daha geniş formada
ehtiva etməklə əks etdirə bilir.
“Dar ağacı” pyesində əsas obrazlardan biri də
Yarqıtaysurətidir. Yarqıtaypyesdə ərəb xilafətinin
hərbi sərkərdəsi olaraq təqdim edilir. O, fiziki
güc, təzyiq və qorxu vasitəsilə xalqı itaətdə
saxlamağa çalışan rejimin
bir qoludur. Onun üçün əsas məsələ
xalqı susdurmaq, itaətə məcbur etmək və
üsyanı yatırmaqdır. Onun
üçün haqq, ədalət, vicdan kimi dəyərlərin
heç bir əhəmiyyəti yoxdur. Bu obraz aktyorAzad Məmmədov
tərəfindən münaqişənin dramatikgərginliyini
artıransurət olaraq təqdim
olunur.Yarqıtay obrazı pyesdə əsas dramatik
qarşıdurmalardan birinin xalqın iradəsi iləişğalçı
zor arasında dayanır.
Quruluşçu və geyim üzrə rəssam Nicat
Məmmədovuntərtibatı, dekorları belə
tamaşanın uğurlu səhnə həllinə geniş
imkanlar açıb. Onun səhnənin
dərinliyində belə göstərməyə
çalışdığı “Dar ağacı” özü
çox güclü simvol olaraq istifadə edilməklə ədalətsizlik,
hökmranlığa qarşı müqavimət,
ölümün simvolu, həm də azadlıq uğrunda fədakarlıq
rəmzi kimi təqdim edilir. Tamaşanın sonunda məhz
Akşinin öz tax-tacınınsimvolik olaraq
dar ağacı ilə
əvəzlənməsi səltənətin
sonda qançanağı
olaraq öz başına yıxılması qədər acılı bir
sonluğun nəticəsiolaraq rəssam
düşüncəsinin
uğurlu təzahürü olaraq
təqdim edilir.
Mahnıların bəstəkarı olaraq Xatirə
Orucovanın, baletmeysteri Çingiz Novruzəliyevin, vokal
üzrə müəllim
Fərqanə Salamovanın eləcə də musiqisi Azərbaycan
və SSRİ Xalq artisti Aqşin Əlizadənin, səhnə
döyüşlərinin qurulmasındaisəSahib Novruzovun
uğurlu və maraqlıişləmələritamaşanın
ümumi ana xəttinin açılmasındaxüsusi qeyd edilməlidir.
Beləliklə, “Dar ağacı” tarixi pyesinin
tamaşasına nəzər yetirdikdə belə bir nəticəyə
gələ bilərik ki, Bəxtiyar Vahabzadə bütün
poeziyasında olduğu kimi, tarixi pyeslərində də
böyükhəmçinin
ciddi həyat məsələləri üzərində
düşünərək xalqın tarixi taleyi, bu taleyi
özündə, mübarizələrində əks etdirən
maraqlı və orjinal dramaturgiyasının əsas fəlsəfi-estetik
düşüncələrini böyük usatlıqla qələmə ala
bilib.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi
Cümhuriyət .- 2025.- 17-24 oktyabr(¹37).- S.14.